(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Fuad Musayev dəfn olundu

Fuad Musayev dəfn olundu

Bu gün AFFA-nın ilk prezidenti Fuad Musayevlə vida mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, mərasim "Təzə Pir" məscidində baş tutub.

Vida mərasimində Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllimov, Milli Məclisin deputatları Arif Rəhimzadə, Vahid Axundov, Səbail rayon icra başçısı Eldar Əzizov, AFFA-nın baş katibi Elxan Məmmədov, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev, "Neftçi"nin Müşahidə Şurasının sabiq üzvü Bəhram Bağırzadə, futbol veteranları, 1990-cı illərdə partiya və dövlət orqanlarında təmsil olunmuş bir çox şəxs, futbol veteranları və ictimaiyyət üzvləri iştirak edib.

Cənazə namazından sonra Fuad Musayev Yasamal qəbiristanlığında dəfn edilib. O, “Qurd qapısı” qəbiristanlığında atası Ənvər Musayevin yanında dəfn olunub.

Qeyd edək ki, Fuad Musayev 11 yanvar 1938-ci ildə Bakıda anadan olub. Atası Şuşadan, anası Gəncədəndi. 6-cı rus məktəbini qurtarıb, inşaat fakültəsində oxuyub. 12 yaşından idmanla məşğul olub. 1952-ci ildən futbol və voleybol oynamağa başlayıb.

1977-ci ildə Dövlət Planlaşdırma Komitəsində sədrin 1-ci müavini təyin olunub. Elə həmin ildə də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib və 1995-ci ilə kimi deputat mandatını daşıyıb. Fuad Musayev 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Mərkəzi Komitənin tikinti üzrə katib vəzifələrində çalışıb.

O, 1983-cü ildən 1988-ci ilə kimi Bakı şəhər Partiya Komitəsinin I katibi vəzifəsində fəaliyyət göstərib. 1990-cı ildə Mərkəzi Komitənin iqtisadiyyat, tikinti və təsərrüfat üzrə katibi olub.

Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra - 1992-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti seçilib, 2003-cü ilə kimi quruma rəhbərlik edib.

Fuad Musayev 16 iyun 2017-ci ildə uzun sürən xəstəlikdən sonra Moskvada böyrək çatışmazlığından vəfat edib. Fuad Musayev səhhəti ilə əlaqədar Estoniyada müalicə alırdı. Müalicəsini başa vuran keçmiş AFFA prezidenti Moskvaya gedərkən vəziyyəti qəfildən pisləşib, xəstəxanada vəfat edib.

1 oğlu, 1 qızı, 4 nəvəsi var. Oğlu Tofiq Musayev hazırda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidi.


 
tarix: 18-06-2017 16:00


 
Xəbər lenti
18.01.2018

03:02   “Çelsi” penaltilərlə mərhələ adladı

02:30   PSJ-dən 8 cavabsız qol - VİDEOLAR

02:14   “Barselona” səfərdə, “Atletiko” evdə uduzdu - VİDEOLAR

01:55   Yevgeni Kaleşin: “Hər kəs “Qarabağ”ın bu hərəkətini alqışladı”

01:42   “Qəbələ” - “Sürix” matçından FOTOLAR

01:14   “Başakşəhər” dayandı, “Beşiktaş” 1/4 finalda

00:38   “Arsenal”ın hücumçusu rəsmən “Everton”da - FOTO

17.01.2018

23:50  Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında

22:35  “Neftçi” Türkiyədə ilk məşqə çıxdı - FOTOLAR

22:00  “Neftçi” artıq Antalyadadı - VİDEO

21:31  Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı

20:55  Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”

20:48  Qriqorçuk: "Rəqib yaxşı məşq etməyimizə səbəb oldu"

19:48  “Qarabağ” ilk sınağında heç-heçəyə razılaşdı - VİDEO

19:22  “Qarabağ”dan feyr-pley nümunəsi: Mədətov penaltini kənara vurdu - VİDEO

18:22  “Qəbələ” “Sürix”ə uduzdu

17:49  Maksimov həmyerlisini özünə köməkçi gətirdi

17:23  “Keşlə” yeni transferlərini açıqladı - FOTOLAR

17:02  “Qarabağ” oyun günü məşq etdi

16:45  Ansi Aqolli: “Qarabağ”ın əsas devizi intizam və peşəkarlıqdı”

15:43  İki dövrəyə qısa baxış

15:27  Nazarovun komandası yenə uduzdu

15:05  Şehiç: “Qarabağ”ı və məni qane edəcək təklif olsa..."

14:31  “Azərbaycandan əla təklif almışam”

14:18  Yunis Hüseynov: “Azərbaycana gələn nə Messi olur, nə də Ronaldo”

14:06  AFFA-dan daha bir texniki məğlubiyyət

13:55  Millimiz beynəlxalq turnirdə iştirak edəcək

13:27  Elxan Məmmədov: “Rəşad Sadıqovun “Qarabağ”da da çalışmasının əleyhinə deyilik”

12:45  “Sumqayıt” - “Səbail” matçının başlama saatı açıqlandı

12:11  Millimizə daha bir futbolçu qoşuldu

11:21  Liqa 1-dən Bundesliqaya

11:00  “eTopaz”da günün canlı oyunları

10:51  Prosineçkinin Azərbaycanda gördüyü fərq

10:34  “Neftçi” bu futbolçuları Antalyaya apardı (SİYAHI)

10:27  Futbolçu dopinqdə ilişdi - 1 illik cəza

10:14  Paraqvaylı yarımmüdafiəçi rəsmən "Neftçi"də

10:00  “TOPAZ”DA BU GÜN

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az