(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

İsrafilovun klubunu La Liqaya buraxmadılar

İsrafilovun klubunu La Liqaya buraxmadılar

İspaniya La Liqasına sonuncu vəsiqə uğrunda pley-off oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, bu gecə həlledici oyuna vəsiqə qazanan ikinci komanda da bəlli olub. 

Yarımfinalda qarşılaşan "Tenerife" ilə Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis"in cavab görüşü daha gərgin alınıb. 

Xatırladaq ki, bu komandaların ilk oyununda futbolçumuzun komandası doğma meydanda minimal hesablı qələbəyə sevinmişdi. Cavab görüşündə isə "Tenerife" oxşar hesabla qalib gəlib. Bu üzdən də matç əlavə vaxta gedib. Lakin artırılan yarım saatda da başqa qol olmayıb. Belə olan halda yarışın əsasnaməsinə uyğun olaraq, İspaniya ikinci liqasında mövsümü 5-ci yerdə başa vura "Kadis"dən daha üst pillədə (4-cü) qərarlaşan "Tenerife" finala yüksəlib.

Qeyd edək ki, Eddi bu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Digər yarımfinal cütündə "Xetafe" "Hueska"nı üstələyib (səfərdə 2:2, evdə 3:0). Beləliklə, La Liqaya son vəsiqə uğrunda "Xetafe" və "Tenerife" mübarizə aparacaq. Tərəflər arasındakı ilk oyun iyunun 21-də, cavab görüşü isə ayın 24-də baş tutacaq.


 
tarix: 19-06-2017 09:00


 
Xəbər lenti
23.05.2018

01:03   “Səbail”in futbolçusu Uelslə oyunlara dəvət olundu

00:12   Super Liqada daha bir klub baş məşqçisini yola saldı

00:05   Nazarovlu “Ersgebirge” 2-ci Bundesliqada qaldı

22.05.2018

23:38  Samir Əliyev “Səbail”lə yollarını ayırdı

23:27  Region Liqası başa çatdı

18:33  Azərbaycan kubokunun qalibi bəlli oldu

18:11  Həm evdə, həm də səfərdə

18:07  Abışovla Hacıyev üçün əlamətdar tur

17:44  “Qəbələ”nin futbolçularına qarşı 100 min manatlıq dələduzluq!

17:39  “Yaz turniri”nə yekun vuruldu

17:38  Final matçının hakimləri açıqlandı

17:25  Azərbaycan futbolunda ilk

13:53  Yunanov “Keşlə”də

13:47  Tuheli Favr əvəz etdi

13:37  Dağıdılan neft pulları: "Keşlə" yeyinti məhsulları

13:12  Premyer Liqada dövrənin və 2018-ci ilin ən yaxşısı

12:55  Alxasova Polşadan dəvət

12:15  “Sumqayıt”da yarpaq tökümü başladı

12:01  Pelleqrini yenidən Premyer Liqada

11:22  La Liqada yeni klub

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  “Slaviya”dan Muradovsuz qələbə

10:00  “TOPAZ”DA BU GÜN

09:37  “Volfsburq” Bundesliqada qaldı

09:00  Çempionun hüzurunda

01:13  U-11 Liqasının qalibi bəlli oldu

00:50  “Qarabağ”a çempionluq kuboku təqdim olundu - FOTOLAR

00:35  “Qəbələ” gümüş, “Neftçi” bürünc medallarına qovuşdu - FOTOLAR

00:09  Baqali Dabo: “Çempionluğu seçərdim”

00:01  Ramil Şeydayev: “Harada oynayacağımı hələ bilmirəm”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az