(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

İlkin Fikrətoğlu
Elnur Məmmədli
“Beşiktaş”ı Bakıya “Qəbələ” gətirir

“Beşiktaş”ı Bakıya “Qəbələ” gətirir

Türkiyənin "Beşiktaş" klubu Azərbaycana gələcək. Bu barədə klubun prezidenti Fikrət Orman "Vətən" qəzetinə müsahibəsində deyib.
 
O deyib ki, təlim-məşq toplanışı çərçivəsində 10-12 ölkəyə getməli planlaşdırırlar. Bu ölkələr arasında Azərbaycan da var: "Müsəlman ölkələrində rəğbət qazana bilərik. Məsələn, Azərbaycanda inanılmaz sayda "Beşiktaş” azarkeşi var. Keçən il ora gedə bimədik. Amma bu il Azərbaycana gedəcəyimiz dəqiqləşib. Çin isə bizim üçün başlanğıcdır. Pakistan və Hindistanın da yerləşdiyi Uzaq Şərqdə milyarda yaxın müsəlman var. Biz "Real”, "Barselona” və ya "Mançester Yunayted” deyilik. Heyətində Messi, Ronaldo, İbrahimoviç olan komandalardan azarkeş qoparmaq asan iş deyil. Qazaxıstana, İndoneziyaya, Malayziyaya yollanacağıq və oralarda oyunlar keçirəcəyik. Hədəfimizdə təxminən 10-12 ölkə var".
 
Ötən ilin dekabrında "Beşiktaş"ın Azərbaycanda "Qarabağ"la yoxlama oyunu keçirəcəyi xəbərləri yayılmışdı. Ancaq bu səfər gerçəkləşməmişdi. Bu il isə planlar başqadı.
 
Belə ki, “Futbolinfo”nun əldə etdiyi özəl məlumata görə, “qara qartallar”ın Bakıya səfəri başqa bir klubumuzun dəvəti hesabına reallaşacaq. Türkiyə klubu “Qəbələ” rəhbərliyi ilə Bakıda yoxlama matçı keçirməklə bağlı razılığa gəlib. Hazırda tərəflər matçın vaxtını dəqiqləşdirirlər.

 
tarix: 19-06-2017 12:15


 
Xəbər lenti
24.06.2017

01:00   Messi ötən mövsümün ən yaxşısı seçildi

00:30   Topaz Premyer Liqasında yay bazarığı - YENİLƏNİR

23.06.2017

23:30  Premyer Liqa klubunda yeni baş məşqçi

22:00  Fransa yığmasının sabiq üzvü "Qəbələ"də!

21:30  Super Liqa klubunda yeni baş məşqçi

19:30  Belhanda "Qalatasaray"da

18:00  Kolleksiyasında ən dəyərli forma Azərbaycan millisinindi - FOTO

17:20  Super Liqa klubunda belçikalı qapıçı

17:00  "Sumqayıt" hazırlığa start verdi - VİDEO

16:30  "Futbolu xoşlamayan kişilərə qəribə baxırdım"

16:15  "Qarabağ" ÇSKA-ya qarşı

16:00  "Səbail" Türkiyə toplanışı üçün Kartepeni seçdi

15:50  "Zirə" üçün təcrübəsiz FİFA referisi

15:25  Rəşad Sadiqov: "Hələ qrupa düşmək haqda düşünmürük" 

15:00  "Qəbələ"nin sabiq baş məşqçisi İngiltərə klubunu alır

14:45  Messi həbsdən 252 min avro ilə qurtuldu

14:20  “Zirə”nin oyununu qazax hakimlər idarə edəcəklər

14:10  "Zirə" - "Differdanj" matçının biletləri nə vaxt satışa çıxacaq?

13:59  Əliyar Ağayev Çempionlar Liqasında

13:00  "Qəbələ"nin potensial rəqibi 6 qola sevindi

12:45  "Qarabağ"ın rəqibi hücumçu aldı

12:30  Rekord qolla yubiley

12:15  Almaniya millisinin sabiq qapıçısı "Maynts"da

12:00  "Palermo"da yeni baş məşqçi

11:50  "Qəbələ"yə qarşı yaxşı mübarizə apardıq"

11:40  "River Pleyt"də dopinq şoku

11:30  Millimizin forvardı yeni baş məşqçiyə də lazım olmadı

11:20  "Real"dan "Deportivo"ya

11:10  "Qarabağ"dan Türkiyə klubuna

11:00  "Qəbələ" bolqarlara belə uduzdu - VİDEO

10:45  “TOPAZ”DA BU GÜN

10:30  Traorenin biri gedib, biri gəldi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az