(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

“Qarabağ” üçün “Samtredia” - YENİLƏNİB

“Qarabağ” üçün “Samtredia” - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında 2017/18 mövsümünün ilk püşkatması keçirilib. Futbolinfo.az xəbər verir ki, Sürix şəhərində baş tutan və Bakı vaxtı ilə saat 14:00-da start götürən mərasimdə qitənin ən nüfuzlu klub turnirinin 1-ci və 2-ci təsnifat mərhələlərində mübarizə aparacaq komandalar öz rəqiblərini tanıyıblar.
 
Ölkəmizi ÇL-in yeni mövsümündə də “Qarabağ” təmsil edəcək. Azərbaycan çempionu yarışa ikinci təsnifat mərhələsindən start verəcək. Komandamızın mübarizəyə başlayacağı 2-ci təsnifat mərhələsində 34 iştirakçı olacaq.
 
Ağdam klubu səpələnmişlər sırasında yer alıb. Azərbaycan çempionu püşkatmada aşağıdakı komandalardan biri ilə qarşılaşa bilərdi:
 
"Jalgiris" (Litva)
“Dudelanj” (Lüksemburq)
“Buduçnost” (Çernoqoriya)
“Samtredia” (Gürcüstan)
1-ci təsnifat mərhələsinin 5 qalibindən biri
 
Öncə I təsnifat mərhələsinin püşkü atılıb (27-28 iyun/4-5 iyul).
1. “Vikinqur” (Farer adaları) - “Trepça” (Kosova)
2. “Hibernians” (Malta) - “İnfonet” (Estoniya)
3. “Alaskert” (Ermənistan) - “Santa-Koloma” (Andorra)
4. TNS (Uels) - “Europa” (Cəbəllütariq)
5. “Linfild” (Şimali İrlandiya) - “La Fiorita” (San-Marino)
 
Ardınca 2-ci təsnifat mərhələsinin cütləri bəlli olub. Püşk nəticəsində "Qarabağ" “Samtredia” (Gürcüstan) ilə görüşəcək. “Qəbələ”nin ötən il yendiyi bu komanda indi çempionumuzla üz-üzə gələcək. İlk oyun 11-12 iyulda Bakıda, cavab matçı 1 həftə sonra Tiflisdə baş tutacaq.
 
Xatırladaq ki, "Samtredia"  ötən il Avroliqanın birinci mərhələsində "Qəbələ"yə rəqib olub. İlk görüşdə Roman Qriqorçukun komandası rəqibinə 5:1 qalib gəlib, cavab görüşündə 1:2 hesabı ilə uduzub və mərhələ adlayıb.
 

Beləliklə II təsnifat mərhələsində bu komandalar üz-üzə gələcək:

APOEL (Kipr) - “Düdelanj” (Lüksemburq)

“Qarabağ” (Azərbaycan) - “Samtredia” (Gürcüstan)

“Jalgiris” (Litva) – “Lüdoqorets” (Bolqarıstan)

“Qarabağ” (Azərbaycan) - “Samtredia” (Gürcüstan)

“Partizan” (Serbiya) - “Buduçnost” (Monteneqro)

I təsnifat mərhələsinin 2-ci cütünün qalibi - “Zalsburq” (Avstriya)

“Şerif” (Moldova) - “Kukesi” (Albaniya)

“Astana” (Qazaxıstan) - “Spartak” (Latviya)

BATE (Belarus) - I təsnifat mərhələsinin 3-cü cütünün qalibi

“Jilina” (Slovakiya) - “Kopenhagen” (Danimarka)

“Hapoel” (Beyer Şeva, İsrail) - “Honved” (Macarıstan)

“Rieka” (Xorvatiya) - I təsnifat mərhələsinin 4-cü cütünün qalibi

“Malmö” (İsveç) - “Vardar” (Makedoniya)

“Zrinski” (Bosniya və Hersoqovina) - “Maribor” (Sloveniya)

“Dandalk” (İrlandiya) - “Rusenborq” (Norveç)

“Hafnarfyordur” (İslandiya) - I təsnifat mərhələsinin 1-ci cütünün qalibi

I təsnifat mərhələsinin 5-ci cütünün qalibi - “Seltik” (Şotlandiya)

“Mariehamn” (Finlandiya) - “Legiya” (Polşa)


 
tarix: 19-06-2017 14:25


 
Xəbər lenti
23.05.2018

01:03   “Səbail”in futbolçusu Uelslə oyunlara dəvət olundu

00:12   Super Liqada daha bir klub baş məşqçisini yola saldı

00:05   Nazarovlu “Ersgebirge” 2-ci Bundesliqada qaldı

22.05.2018

23:38  Samir Əliyev “Səbail”lə yollarını ayırdı

23:27  Region Liqası başa çatdı

18:33  Azərbaycan kubokunun qalibi bəlli oldu

18:11  Həm evdə, həm də səfərdə

18:07  Abışovla Hacıyev üçün əlamətdar tur

17:44  “Qəbələ”nin futbolçularına qarşı 100 min manatlıq dələduzluq!

17:39  “Yaz turniri”nə yekun vuruldu

17:38  Final matçının hakimləri açıqlandı

17:25  Azərbaycan futbolunda ilk

13:53  Yunanov “Keşlə”də

13:47  Tuheli Favr əvəz etdi

13:37  Dağıdılan neft pulları: "Keşlə" yeyinti məhsulları

13:12  Premyer Liqada dövrənin və 2018-ci ilin ən yaxşısı

12:55  Alxasova Polşadan dəvət

12:15  “Sumqayıt”da yarpaq tökümü başladı

12:01  Pelleqrini yenidən Premyer Liqada

11:22  La Liqada yeni klub

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  “Slaviya”dan Muradovsuz qələbə

10:00  “TOPAZ”DA BU GÜN

09:37  “Volfsburq” Bundesliqada qaldı

09:00  Çempionun hüzurunda

01:13  U-11 Liqasının qalibi bəlli oldu

00:50  “Qarabağ”a çempionluq kuboku təqdim olundu - FOTOLAR

00:35  “Qəbələ” gümüş, “Neftçi” bürünc medallarına qovuşdu - FOTOLAR

00:09  Baqali Dabo: “Çempionluğu seçərdim”

00:01  Ramil Şeydayev: “Harada oynayacağımı hələ bilmirəm”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az