(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
"Zirə" üçün 14 yaşlı, amma avrokubok təcrübəsi olan rəqib

"Zirə" üçün 14 yaşlı, amma avrokubok təcrübəsi olan rəqib

“Zirə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Differdanj”ın yaranma tarixi 2003-cü il hesab edilir. Futbolinfo.az xəbər verir ki, klub iki komandanın birləşməsi nəticəsində fəaliyyətə başlayıb.

Belə ki, 2003-cü ildə “Red Boys Differdanj”la “AS Differdanj” birləşəndə birincilər II, ikincilər isə III liqada mübarizə aparırdılar. 2003-04 mövsümündən Lüksemburqun II divizionunda mübarizəyə başlayan “Differdanj” iki il sonra çempion kimi elitaya vəsiqə əldə edib. 2008-09 və 2014-15 mövsümlərində Lüksemburq çempionatının gümüş medalını qazanan komanda 4 dəfə də (2009-10, 2010-11, 2013-14, 2014-15) ölkə kubokunun qalibi olub. İki klubun birləşməsindən əvvəl isə “Red Boys Differdanj” 6 dəfə ölkə çempionu olub, 15 dəfə də kuboku qazanıb.
 
2007-ci ildə avrokubok macərasına başlayan “qırmızı-qaralar” 2009-10 mövsümündən bəri Avropa arenasında müntəzəm çıxış edirlər. “Zirə”nin rəqibi hətta bir dəfə Avropa Liqasında pley-off mərhələsinə qədər irəliləyib. Belə ki, 2011-12 mövsümündə “Levadiya” və “Olimpiakos”u mübarizədən kənarlaşdıran “Differdanj” yalnız PSJ səddinə ilişib.
 
2013-14 mövsümündə Avroliqanın 3-cü təsnifat mərhələsinə qədər “Laçi” və “Utrext”i üstələyən Lüksemburq təmsilçisi ümumilikdə avrokuboklarda 30 matçda iştirak edib. Bunun 10-da qələbə qazanıb, 16-da məğlubiyyətə üzülən komanda 4 dəfə heç-heçəyə imza atıb. “Differdanj” avrokubokda sonuncu qələbəsini 2015-16 mövsümündə Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Bala Taun” (Uels) üzərində qazanıb.

Fransalı Paskal Karzaniqanın çalışdırdığı “Differdanj” ev oyunlarını 2400 tamaşaçı tutumuna malik olan “Munisipial de la Ville” stadionunda keçirir.

Komandanın heyətində 24 futbolçu var ki, onlardan 8-i əcnəbidi. Belə ki, Fransadan 6, Tunis və Belçikadan isə 1 oyunçu “Differdanj”ın formasını geyinir. Apasport


 
tarix: 19-06-2017 17:21


 
Xəbər lenti
17.01.2018

03:00   “Lester”lə “Vest Hem” də növbəti mərhələyə vəsiqə qazandı

02:46   Çempion yenə xal itirdi - VİDEOLAR

02:16   “Sürix”lə matç öncəsi son məşq

01:12   “Fənərbaxça” 1/4 finalda, “Bursaspor”la “Trabzonspor” dayandı

00:24   Divizion təmsilçilərinin duelində 3 qol - VİDEO

16.01.2018

23:32  Mustafa Dənizli Azərbaycan klubu ilə razılığa gəldi

22:31  “Sürix”lə ikinci sınaq - VİDEO

20:36  “Qarabağ” “Kuban”la oyuna hazırdı

19:20  Rəşad Sadıqovdan uğurlu debüt

18:54  “Qarabağ” dünyanın 100 ən güclü klubu sırasında

18:33  “Kəpəz” daha 3 transferi rəsmən açıqladı - FOTO

18:11  “Çempionatın startına kimi tam hazır olmağa çalışacağıq” - VİDEO

17:50  “Neftçi” futbolçusu ilə müqaviləyə xitam verdi

17:31  “Sabah” “Binə”yə qalib gəldi

17:11  “Qəbələ” - “Sürix” matçının başlama saatı açıqlandı

16:47  Prosineçkidən Şehiç açıqlaması

16:23  Millimizdən 6 qolluq qələbə

16:00  Sergey Litovçenko “Kəpəz”i seçməsinin səbəbini açıqladı

15:45  Türkiyə klubu Mahirə olan borcunu ödəmədiyi üçün cəzalana bilər

15:17  “Kəpəz” iki legionerlə müqavilə imzaladı

14:27  Fransa millimizlə oyuna 14 futzaçı ilə hazırlaşacaq

14:07  “Neftçi” 2 dövrənin antirekordçusudu

13:54  Rəqib baş məşqçi yekun heyəti açıqladı

13:08  Stadionda faciənin qarşısı alındı - FOTO

12:19  “Azərbaycan millisinə qiymət vermək çətindi”

11:55  UEFA Superkuboku üçün 9 namizəd

11:41  “Sumqayıt” Divizionun liderinə belə qalib gəldi - VİDEO

11:20  “Zirə” - “Keşlə” matçının məkanı bəlli oldu

11:00  “eTopaz”da günün canlı oyunları

10:27  Futbolçunu vuran hakim cəzalandı, qərarı ləğv olundu

10:00  “TOPAZ”DA BU GÜN

09:36  Büdcəni aşan komitəyə “qulaqburma”

09:28  AFFA-nın yalanı: hollandlar razılıq verməyibmiş

09:24  Erməni məşqçiyə ömürlük cəza

09:12  Aleksandr İaşvili: “Razılaşmamız rəsmi xarakterli deyildi”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az