(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Ban

Ban

Cavad email: futbolinfo@mail.ru

Var xoruz banı, var evin banı, bir də var “Neftçi”nin banı.

Rayon - şəhərli mübahisələrin qızğın vaxtında kənddən danışmaq qorxulu olsa da, yazım ki, səhərləri xoruz banıyla açardıq. Ban bizim üçün yeni günün başlandığını bildirən canlı saat zəngi olardı.

Evin banı cənub bölgəsində çox işlənən sözdü. Çox yerdə “çardaq” deyilir. Evi örtən damın altıdı. Orada qışa azuqə saxlayar, yay vaxtı hərdən çıxıb sərinlənərlər də.

“Neftçi”nin banı isə təzə məsələdi.

Öncə məlum açıqlamanı xatırlayaq: “Müxtəlif vaxtlarda və müxtəlif səbəblərdən “Neftçi” klubunun rəsmi Feysbuk səhifəsində ban olunan bütün istifadəçilər blokdan çıxarıldı. İstənilən məsələ ilə bağlı istənilən fikri yazmaqda müstəqilsiniz. Sadəcə, bunu etik qaydalar çərçivəsində - söyüş və təhqirə keçmədən etməyiniz xahiş olunur”.

***

“Neftçi”nin "Feysbuk" səhifəsində kilidlənən üzvlərinin oradan çıxırılması yaxşı xəbərdi. Barışıq jestidi. Klub çətin vaxtlarında dəstək istəyir və bunu ilk növbədə azarkeşlərindən gözləyir. Yersiz banlayıb, acıladıqları, özlərindən uzaqlaşdırdıqları azarkeşlərdən…

Fanatlar da sağ olsun, klubun onlarla görüşüb, münasibətləri qaydaya salmaq təklifinə arxa çevirməyib. Barışıblar.

***

Qəribə olan azarkeşlərə sanki minnət qoyarcasına davranılmasıdı. Əslində, klub barışıq üçün daha ciddi addım atmalıydı. Ban etmələri bir ayıb, bandan çıxarmaları da bir. Bəli, təhqirlər olurdu, amma bunun səbəbi fanatların səviyyəsizliyi deyildi, işi yarıtmayanların, klubu yaman günə qoyanların günahı idi.

Klub artıq anlayıb ki, azarkeşsiz komanda heç kimə lazım deyil. Və yeni mövsümdə gözlənilən təzyiqlərdən qaçmaq üçün bu addımı atıblar. Bunu azarkeşləri sevdiklərindən yox, özlərindən, sabahlarından qorxduqları üçün ediblər. Çünki azarkeşləri ban edənlərin əvvəlcə özləri “Neftçi”dən ban edilməli, azarkeşləri “xuliqan”, “bandit” sayan məşqçiyə qapı göstərilməlidi.

“Neftçi” nə “Bandırmaspor”du, nə də hansısa Banqladeş klubu. Bu komanda xalqındı, Banişevskinin əmanətidi, Müşahidə Şuraları, prezidentlər gəldi-gedərdi, “Neftçi” həmişə dövlətdən dəstək alan milli dəyərdi. Azarkeşləri bandan çıxarmaqla ələ alacağını düşünənlər yanılır, Elxan Abdullayev dediyi qeyri-etik ifadələrə görə rəzmən üzr istəməyincə, hətta klubdan getməyincə ulduzlar barışmayacaq. Görüntü xatirinə bu gün birlik jestləri edilə bilər. Lakin bir gün “Bakcell Arena”da elə bannerlər açılacaq ki, “Qarabağ” azarkeşlərinin gətirdiyi “vaqon” yalan olacaq.

***

Klub rəhbərliyi bu gün azarkeşlərin ayağına getməyə, dabanlarından öpməyə məcburdu və bu, fanatların qələbəsidi. Lakin klubu da bu şəkildə - gülə-gülə ələ keçirib, dağıtdılar, məhv etdilər. İstəklərinə çatan kimi yenə azarkeşə arxa çevirəcəklər.

AFFA-dan göndərilən “banda”nın, eləcə də Kamil Məmmədovla Riad Rəfiyevin şərikli yağmaladığı “Neftçi”nin bu jestinin banan sevdası olduğunu tezliklə hamı görəcək.


 
tarix: 05-07-2017 00:55


 
Xəbər lenti
16.12.2017

18:00   Nazarov yenə fərqləndi, komandası qələbəni əldən verdi

16:37   “Neftçi”nin göndərəcəyi oyunçuların siyahısı

16:36   Fransa klubu baş məşqçisini qovdu

15:28   FİFA İspaniyanı DÇ-dən qovmaqla hədələdi

14:36   “Qəbələ”nin qış hazırlıq planı açıqlandı

13:59   “Qəbələ”də yeni müqavilə

13:42   “Kəpəz”də baş məşqçi istefaları

13:39   “Neftçi” legioneri ilə yolları ayırdı

13:16   Yubiley təxirə salındı - qərarı İcraiyyə Komitəsi verəcək

13:02   Adil Şükürov Türkiyə millisi və “Traktorsazi” rəhbərliyi ilə görüşdü

12:01   BOM-da təqdimat - FOTOLAR

11:46   “eTopaz”da günün canlı oyunları

11:22   “TOPAZ”DA BU GÜN

11:08   Nazim Süleymanov yenidən “Alaniya”da

10:05   Ziya Əzizov oynamadı, komandası uduzdu

02:08   “Monako” “Sent-Etyen”i 4 cavabsız qolla yendi - VİDEO

01:56   La Liqada 16-cı tura qolsuz start - VİDEO

01:30   “Borussiya”dan inamlı qələbə - VİDEO

15.12.2017

23:35  Ölkə kubokunda böyük sensasiya - FOTOLAR

23:07  “Qəbələ” yarımfinala belə yüksəldi - FOTOLAR

22:25  “Qarabağ” kubokdan belə kənarlaşdırıldı - VİDEO

21:59  “Qarabağ”ın məğlubiyyəti, yoxsa “Sumqayıt”ın qələbəsi?

21:55  Qurban Qurbanov: “Futbolçuların üzərinə çox getmədim”

21:40  “Bundan sonra kubok daha maraqlı olacaq"

21:36  “Büdcəmizdə qırmızı işıq yanır”

21:10  Azərbaycan Kuboku: Yarımfinalçılar müəyyənləşdi

20:55  “Sumqayıt” “Qarabağ”ı kubokdan kənarlaşdırdı

19:03  “Qəbələ” “Səbail” səddini belə keçdi - VİDEO

18:50  “Səbail” üç legionerini yola salır

18:27  Samir Əliyev: “Belə rəqiblərlə eyni səviyyədə mübarizə aparmağa hazır deyilik”

18:09  Roman Qriqorçuk: “Tətilə xoş hisslərlə gedirik”

17:35  Türkiyə klubu Popoviçlə yollarını ayırdı

17:00  Pro kursunun 5-ci modulu başa çatdı - FOTOLAR

16:12  MOİK 3 futbolçunu transferə çıxardı

15:51  “Zirə”nin qış hazırlıq planı açıqlandı

15:25  “Zirə”də ilk rəsmi ayrılıq

15:10  “Neftçi”nin hazırlıq planı rəsmən açıqlandı

14:55  Region Liqası: 1-ci turun təqvimi açıqlandı

14:29  Rəşad Sadıqov Françesko Totti ilə bir arada - FOTO

14:01  Riad Rəfiyevin futbol imperiyası

13:07  Millimizin Dubaya gedəcək heyəti açıqlandı

12:52  “Keşlə” yubanmamalıdı!

12:44  “Azərbaycan çempionatında çəkindiyim hücumçu yoxdu”

12:30  “Kəpəz”in qış hazırlıq planı müəyyənləşdi

12:24  Döyüşlə qazanılan qələbə

11:45  UEFA-dan məktub gəldi: Gəncədəki feyr-pley nümunəsinə görə

11:25  “Neftçi” kapitansız qaldı

11:04  “eTopaz”da günün canlı oyunları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az