(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Filmin sonu: “Neftçi”nin sabahı da məhv edilib

Filmin sonu: “Neftçi”nin sabahı da məhv edilib

Va-bank, yoxsa özünüxilas cəhdi? Hər nə olursa-olsun qəribə hadisələr baş verir. Və hiss olunur ki, məhv olmaq üzrə olan “Neftçi”nin taleyi yuxarılarda ciddi müzakirə olunur.
 
“Neftçi”dəki struktur dəyişikliyindən sonra Orxan Hüseynzadə prezident kimi ilk geniş müsahibəsini verib. O, sport24.az-a elə məqamlardan danışıb ki, üstündən sakit keşmək olmur. Bu adamlar nəinki bugünün, hətta klubun gələcəyini də xərcləyiblər. “Neftçi” daha 4 il borc ödəməli, sürünməlidi.
 
Hüseynzadənin müsahibəsində açıqladığı rəqəmlər sanki etirafdı. Ya Orxan bəy göstərmək istəyir ki, riskə getmişik və nəticəsini gözləyirik, ya da vəziyyətin çətinliyini açıqlayıb, köhnə rəhbərliyin boyuna məsuliyyət yükü qoymaq istəyir. O, bu aşıqlamalarla işə nəzarət etməyən SOCAR-ı da zərbə altında qoyub.
 
Əvvəla onu qeyd edək ki, Hüseynzadə “Futbolinfo”nun üzə çıxardığı faktı etiraf edib. O, deyib ki, klub üçün kredit götürülüb. Müddət kimi 4 il göstərilib və elə bu məqamdan aydın olur ki, baş məşqçi Elxan Abdullayevlə 3 illik yeni müqavilə niyə imzalanıb. Bu insanlar kredit müddəti başa çatana kimi iş başında olmaq, zibillərini təmizləmək istəyirlər.
 
Bu yandan təsisçinin klubda struktir dəyişikliyi aparması da məsuliyyəti Hüseynzadənin boynuna qoymaq cəhdidi. İndi prezident kimi bütün məsuliyyət onun boynundadı. Orxan bəy ya zirvəyə, ya da dəmir barmaqlıqlar arxasına getməlidi.
 
Orxan bəy inkişafdan danışır, hələ də nəyəsə ümid edir. Amma onun yeni idarəetmə metodunun “Sumqayıt”da uğurla həyata keçirilməsini deməsi özü gülüş doğurur. Bu adam “Neftçi”ni “Sumqayıt”la müqayisə edirsə, deməli, hələ öyrənəcək çox şeyi var.
 
Hüseynzadənin İcraçı Direktor və Müşahidə Şurası arasındakı iş bölgüsü barədə dedikləri də maraqlıdı. O, faktiki şuranın yararsızlığını etiraf edib.
 
Prezidentin kreditlə bağlı dediklərini isə olduğu kimi oxuyaq: “Neftçi”yə gəldikdən sonra gördüm ki, burda problem tək oyunla bağlı deyil. Daxildə ümumi problemlər var. Əlbəttə, büdcə azaldılıb və bu, öz mənfi təsirini göstərməyə bilməzdi. Üstəlik, qısa zaman kəsiyində 2 dəfə devalvasiya baş verib. Demək olardı ki, klub müflisləşmə həddinə çatmışdı. Biz bura 8:0-lıq məğlubiyyətdən sonra gəldik. Tanıdığım futbolçuları yanıma çağırdım və nəyin baş verdiyini, komandanın belə acınacaqlı məğlubiyyətədək necə yuvarlandığını soruşdum. Məlum oldu ki, bir neçə aydı ki, komanda maaş üzü görmür. Üstəlik, “Neftçi”nin borclu olduğu futbolçuların siyahısı olduqca uzun idi. Ard-arda məktublar gəlirdi ki, bu borcları bağlamalıyıq. Əks halda sanksiyalar qaçılmaz olacaqdı. Çıxış yolunu bankdan kredit götürməkdə gördük. Borcları bağladıq və yaxın bir neçə ildə kredit bağlamalı olacağıq. Deməli, onsuz da kəsilmiş, daha sonra isə 2 devalvasiyaya məruz qalmış büdcəmiz daha bir azalmaya məruz qaldı. Bu cür şəraitdə başlamaq olduqca müşkül məsələ idi. Ölkənin aparıcı klubları daha çox legionerlərə bel bağlayır. Biz də istisna təşkil etmədik. Ancaq əcnəbi futbolçu ölkəyə düşən kimi problemlərlə, qeyri-müəyyənliklə üzləşir. Heç kim konkret bir söz demir. Nəyin necə olacağını, problemin nə qədər davam edəcəyinə dair heç bir söz deyilmir. Futbol təsərrüfatında çoxdan çalışıram. Bu cür vəziyyət daxili gərginlik yaradır. Belədə, oyun keyfiyyəti də aşağı düşür, legionerlərin oyununa birbaşa təsir göstərir. Desək ki, çox pis oyunçular idi ədalətsizlik olar. Sadəcə, lazımsız zamanda gərəksiz yerdə oldular. Götürün həmin Denisi. İndi uğurla Braziliyada çıxış edir. Gəlişimizdən sonra onlara şans verdik. Təqribən 1 ay. Bəzi oyunlarımız oldu ki, qələbə qazandıq. Ancaq məğlubiyyətlərimiz daha çox oldu. Başa düşdük ki, bu əcnəbilərdən artıq xeyir görməyəcəyik. Onları əvəzedici komandaya göndərdik. Artıq anlamışdıq ki, bu uşaqları dəyişmək lazımdı. Zəif oyunçu olduqları üçün yox, psixoloji cəhətdən komandamıza fayda verə bilməyəcəklərinə görə. Bəli, müəyyən riskə getdik. Bəlkə də məhz bu addım bizi avrokuboklardan kənar qoydu. Çünki ehtiyat qüvvəmiz qalmamışdı. Ehtiyat oyunçular skamyasında oturanlar sadəcə, say xatirinə idi, oyunumuzu gücləndirmək iqtidarında deyildilər. Mövsümün ilk yarısında cəmi 9 xal qazandıq. Bu, faciəvi idi. Ancaq biz büdcəyə qənaət edə bildik. Axı, əməkdaşlığımızı davam etdirsəydik, onlara müqavilədə göstərilən məvacibləri ödəməli idik. Əvəzində 7 futbolçuyla qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Düşünürəm ki, Azərbaycan futbolunda belə bir şeyi edən olmamışdı. Həmişə vidalaşmalar yekunda FİFA çəkişmələrinə aparıb çıxarıb. Qərara aldıq ki, heyəti qışda dəyişəcəyik. Məqsədimiz komandanın mövsümün 2-ci yarısında formalaşdırmaq, yeni heyətin bir-birinə isnişməsini təmin etmək idi. Bu əcnəbilərin hər biri ilə 1-1,5 illik müqavilələr imzalandı ki, növbəti çempionatı da bu heyətlə oynayaq. Qışda komandanın qarşısına məqsəd qoyduq ki, avrokuboklara çıxmaq uğrunda mübarizə aparsınlar. Əlbəttə, aktivində cəmi 9 xal olan klubun qitəmiqyaslı yarışlara qatılmaq şansı demək olar ki, yox idi. Ancaq futbolçulara desəydik ki, bu mövsüm heç bir məqsədimiz qalmayıb, daha pis fəsad verərdi. Pis başlamadıq. Ancaq 10 gün kəsiyində keçirdiyimiz 4 oyun (üçü “Qarabağ”la və biri “Sumqayıt”la) uğursuz alındı. Zədələr baş qaldırdı, əvəz etməyə ehiyat qüvvəmiz yox idi. Bütün bunları bilən yox idi axı. Bu, komandanın daxilindəki vəziyyət idi. Futbolda möcüzələr olmur. Dreksa və Petrov zədələndilər, Ruslan Abışov daim eyni problemdən əziyyət çəkdi. Bu da nəticələrimizdə öz əksini tapmaya bilməzdi. Yarımmüdafiənin mərkəzində ancaq Folprextin ümidinə qalmışdıq. O da təkbaşına çox əziyyət çəkirdi. Doğrudu, əcnəbi futbolçu almaq üçün daha uğurlu mövsüm yaydı. Bəli, riskə getdik. Ancaq hesab edirəm ki, bu risk özünü döğrultdu. Nəticədən razı qalmadıq, ancaq onların işlərinə, kluba münasibətindən məmnun qaldıq. Bir neçə klubda işləmişəm. Müqayisə etsək, gördüklərim arasında bu, ən sağlam kollektivdi”.
 
Hüseynzadə bu açıqlaması ilə göstərib ki, futbola dəxli olmayan adamdı. Belə problemlər hər zaman, hər yerdə olur. “Qəbələ”də də eyni problem var idi, büdcə 3 dəfə azalmışdı, amma komanda Avropa Liqasının qrupuna vəsiqə qazandı. Bəhanə axtarmaq nəyə lazımdı? Bəli, borclar var idi, lakin ondan qurtulmaq üçün sizin etdikləriniz çıxış yolu deyil axı.
 
Sitata baxın: “Rabitəbank”dan götürdüyümüz kredit illik büdcəmizin 50 faizini təşkil edirdi. Bu məbləğin müəyyən hissəsini Avropa Liqasındakı çıxışımızdan əldə edilən gəlir hesabına bağladıq. Hazırda aylıq büdcənin 15 faizini kredit borcumuzun bağlanmasına xərcləyirik. Kreditin bağlanmasına hələ 4 il var”.
 
Aydınlaşdıraq. Hər ay SOCAR-dan “Neftçi”yə 600 min manat gəlir. Bu, illik 7 milyon manatdan çox vəsait deməkdi. Büdcənin 15 faizi kreditə gedirsə, deməli, aylıq 100 min manat ödənilir – illik 1 milyon manatdan çox. Və daha 4 il kredit ödəniləcəksə və indiyə kimi ödənibsə, deməli, 5 milyonluq kredit götürülüb.
 
Amma Orxan bəy bu kreditə görə nəyi girov qoyduqlarını açıqlamır. Halbuki hər nə qədər özlərinə yaxın bank da olsa, girovsuz bu boyda məbləğin kredit verilməsi inandırıcı görünmür. Yoxsa “İnter Arena” kimi sabah “Bakcell Arena”, klubun təlim-məşq bazasının da taleyi sual altına düşəcək?
 
Bu insanlar “Neftçi”nin sabahını da sual altına qoyublar. Daha 4 il kredit ödəmək o deməkdi ki, klub daha 4 mövsüm özünə gəlməyəcək, transfer etməyəcək, autsayder kimi sürünəcək.
 
(davamı olacaq)
 
CAVAD

 
tarix: 08-07-2017 18:48


 
Xəbər lenti
19.07.2018

23:25   “Qəbələ” də Avroliqanı qələbə ilə tərk etdi

23:20   “Neftçi” “Uypeşt”ə uduzur - YENİLƏNİR

21:57   “Keşlə” qalib gəlsə də, Avroliqa ilə vidalaşdı

20:49   “Sumqayıt” “Əl-Şəhaniyə” ilə heç-heçəyə razılaşdı

19:56   “Səbail” Super Liqa klubuna məğlub oldu

19:21   “Zirə”nin hazırlıq planında dəyişiklik

18:46   “Sabah” daha 3 oyunçu ilə müqavilə bağladı - FOTO

18:04   İspaniya yığmasının yeni baş məşqçisi rəsmən təqdim olundu - FOTO

17:14   "Sabah"a niyə AFFA-dan pul ayrılır?

16:08   “Sumqayıt” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTOLAR

15:55   Bayıl stadionunun süni örtüyünə FİFA sertifikatı verildi

14:35   Rauf Əliyev: “Qarabağ” “Kukesi” ilə oyunların favoritidi”

14:01   Premyer Liqa klubundan 20 milyonluq transfer

13:12   İlk yoxlama matçında 5 cavabsız qol

13:07   “Sumqayıt” ilk yoxlama oyununa çıxır

12:33   “Qarabağ”ın “Kukesi” ilə oyunlarının vaxtı açıqlandı

12:11   “Sabah”ı da AFFA maliyyələşdirəcək

12:05   Venesuela yığmasının forvardı İtaliya klubunda

11:54   Elxan Məmmədovun cəh-cəhi, bəh-bəhi

11:35   Portuqaliyalı futbolçu Super Liqa klubunda

11:07   Millimizin baş məşqçisi: “Qəbələ” bizim üçün çox güclü rəqib oldu”

11:03   Həminki “Qarabağ”

10:22   “eTopaz”da günün canlı oyunları

10:17   Azərbaycan 1 pillə gerilədi - UEFA reytinqi

10:11   “Qarabağ”ın potensial rəqibləri

10:06   Millimizin üzvünün debütü

10:00   “TOPAZ”DA BU GÜN

09:53   Cavid revanşa köklənib: “Qəbələ”nin bu komandaya uduzmağa haqqı yox idi”

09:31   Vaqner da Silva: “Bu, məni narahat etmir”

09:00   Avroliqada 1-ci təsnifat mərhələsinə yekun vurulur - YENİLƏNİR

03:14   “Neftçi” Budapeştdə - VİDEO

02:31   Rəşad Sadıqov: “Belə davam etsə, onu da itirə bilərik"

02:27   Abdullah Zubir: “İlk oyun məndə xoş təəssüratlar yaratdı”

02:22   Emin Mahmudov: “Cavab matçında motivasiya çatışmazlığı olmayacaq”

02:19   Roberto Bordin: “Buna hazır olmalıyıq”

02:04   “Qarabağ” - “Olimpiya” 0:0 - VİDEO

01:17   Millimizin oyunçusundan “Astana”da uğurlu debüt

00:51   ÇL-də birinci təsnifat mərhələsinə yekun vuruldu

00:32   Avroliqa: “Jelezniçar” da növbəti mərhələdə

18.07.2018

23:58  Qurban Qurbanov: “Daha yaxşı oyun göstərməyə qadirik”

23:39  İliya Stoliça: “Qarabağ” asan rəqib deyildi”

23:05  “Neftçi” “Keşlə”yə məğlub oldu

22:53  “Qarabağ” ÇL-in növbəti mərhələsində!

22:37  “Güclü olduğumuzu sübut etmək istəyirik”

22:29  Millimiz 2 cavabsız qolla qalib gəldi

19:40  “Sabah” rəhbərliyini barmağına dolayan Əhmədov: kluba dəyən ziyan onun maaşından tutulmalıdı!

19:16  “Qol buraxmağa haqqımız yoxdu”

19:06  “Sabah” Türkiyə klubu ilə “sülh bağladı”

18:45  “Səbail” Super Liqa klubu ilə qarşılaşacaq

17:27  “Zirə” 4 yaşında

16:38  "Sabah" 2 illik müqavilə bağladığı xorvat futbolçu ilə müqaviləni ləğv etdi

16:24  “Qarabağ”ın rəqibindən iki yeni transfer

15:10  Baqali Dabo: “Budapeştə qələbə üçün yollanırıq”

14:25  “Neftçi” Macarıstana yola düşdü

14:02  Qəbələdəki qələbə Baştoşu da şoka salıb: “Evdə daha çətin olacaq”

13:43  Premyer Liqa klubundan La Liqaya

13:23  “Sumqayıt”ın rəqibləri məlum oldu

12:59  “Sabah” “Girəsunspor”a qarşı

12:26  AFFA Dəniz Yılmazı unudub: "Bu barədə çox danışmaq istəmirəm"

12:19  “Trabzonspor”dan Ramil Şeydayevlə bağlı qərar

11:22  Mərakeş yığmasının üzvü Super Liqa klubunda

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  “Beşiktaş”ın sabiq forvardı Portuqaliya klubunda

10:21  “Neftçi”ni dünənində kölgələnənlər

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Daha bir milli komanda baş məşqçisiz qaldı

09:00  “Keşlə”ylə AFFA-nın şərikli fırıldağı

01:12  “Neftçi” “Uypeşt”ə qarşı - VİDEOANONS

01:00  ÇL: 10 klub 2-ci təsnifat mərhələsində!

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az