(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Filmin sonu: Talan edilən büdcə

Filmin sonu: Talan edilən büdcə

 
Hüseynzadənin etirafı ilə görülən işin hesabatı barədə dedikləri düz gəlmir. Ölkədə büdcəyə görə 3-cü klub olduqlarını deyir, amma nəticə buna uyğun deyil – komanda ötən mövsüm heç sondan 3-cü də ola bilmədi, daha zəif nəticə göstərdi. O zaman maraqlıdı: bəs, pulu hara dağıtmısız?
 
Sitat: “3-cü pilləni, ən pis halda 4-cü yeri tutmağa borcluyuq. Əgər ən minimuma da nail olmasaq, deməli, menecmentdə səhvlər buraxılıb. Bu, baş verəcəyi təqdirdə, hesab edirəm ki, qalmağa heç bir əsas olmayacaq. Deməli, xeyir verə bilmirsən. Bax, bu səbəbdən də qarşıdan gələn mövsümü sınaq ili hesab edirəm. Ötən mövsüm əlimizdə bayraq var idi ki, komandanı pis vəziyyətdə qəbul etmişik, hər gün borclarla bağlı yeni-yeni məktublar alırdıq. Qərara aldıq ki, bir banka borclu olaq, nəinki xeyli insana. İndi isə bəraət üçün heç bir əsasımız yoxdu. Çıxıb nəyə qadir olduğumuzu götrmək zamanı yetişib”.
 
Əvvəla, avrokuboklara vəsiqə olmasa, getməyəcəksiz, qovuacaqsız! İkincisi də nəticənin necə olacağını gözləyən kimdi? Hər tur, hər oyun son imtahan olacaq, komanda daim təzyiq altında çıxış edəcək. Elxan Abdullayevsə o səviyyəli məşqçi deyil ki, belə pressinq qarşılığında duruş gətirsin. Deməli, qovulmaq labüddü.
 
5-7 milyon aralığında olan büdcə ilə nə etmək olardı? Hüseynzadə görünür bu məbləği az hesab edir. Amma ölkənin ən yüksək büdcəli 3-cü klubu elə azı 3-cü pilləyə sahib olmalı idi. Komanda mövsümü yalnız illik 130 min (50 dəfə az!) büdcəsi olan AZAL-dan öndə bitirdi. Bu məbləğ “Neftçi”nin bir futbolçusunun illik maaşı qədərdi.
 
Və ya daha öndə olan “Sumqayıt” və ya “Kəpəz”in 1 milyonluq büdcəsi ilə müqayisə etdikdə, aydın olur ki, sadəcə, dövlətin pulu dağıdılıb. Hətta avrokuboklarda çıxış edən “İnter” və “Zirə” də buna daha az büdcəylə nail olub.
 
Mövsüm ərzində “Neftçi” 16 əcnəbiyə güvəndi. Dünənin uşağı olan, bu pula layiq bilmədiyimiz Elnur Cəfərova aylıq 6 min manat maaş verilirsə, deməli, legionerlər heç olmasa, 15-20 min qatlayır. Aydın olur ki, təkcə gəlmələrə 3 milyon sərf olunub. Bir çox oyunçularla qarşılıqlı razılaşma, bəziləri ilə kompensasiya qarşılığında yollar erkən ayrıldı. Deməli, 1 milyon manat qənaət edildi. Amma yenə də xərclənən 2 milyona çox böyük işlər görmək olardı.
 
Məsələn, Filip Ozobiç “Qəbələ”də illik 100 min alırdı və komandanı arxasınca daşıyan lider idi. Digər legionerlər də aşağı-yuxarı bu məbləğə oynayırdı. Məntiqlə komandaya Ozobiç kimi səviyyəlsi olan 20 legioner də götürmək olardı. Bu isə birbaşa çempionluğa oynayan heyət deməkdi. Və ya Flavinyo, Vobay, Almeyda, Ndlovu, Aqolli səviyyəsində 6-7 legioner transfer etmək olardı ki, bu da əla komanda qurmağa imkan verəcəkdi.
 
Amma “Neftçi” neylədi? Çexləri baş məşqçi, bir neçə legioneri Kamil Məmmədov, bir o qədərini Riad Rəfiyev gətirdi. Bu menecerlər klub rəhbərliyinin dostu olduğu üçün təklif olunan istənilən futbolçuya, istənilən məbləğə “hə” deyildi. Nəticədə kəmiyyət yüksək, keyfiyyət sıfır. Qazananlar hər keçidə görə 20-30 min manatlıq kompensasiya alan menecerlər oldu. İstisna deyil ki, real qiyməti 6-7 min olan bu əcnəbilərlə ikili danışıqlar da olub. Deyək ki, “sənin qiymətin 7 mindi, 15 minlik müqavilə bağlayırıq, ortada qalan 8 mini bölürük”.
 
Pul dövlətin, şəraiti yaradan dostlar – hamı cibini doldurdu, ortada kredit borcuna girən klub oldu. İndi isə həmin kluba illik 7 milyon manat bəs etmir. Halbuki yaxşı seleksiya işi, düzgün idarəetmə ilə 2-3 milyona super heyət qurmaq olardı. Digər xərclər isə böyük olmamalıdı. AZAL illik 130 minə, “Kəpəz” 1 milyona yaşayırsa, “Neftçi” də eyni şeyi edə bilər. Yəni ki, qalan xərclər üşün 2-3 milyon manat hesablamaq olmaz. Bəs, pul hara gedir? Klub dost-tanış, qohum-əqrəba ilə doldurulub, hamısına yüksək şərait yaradılıb, hətta sürücünün də sürücüsü var. Üstəlik, klubun stadionu, bazası AFFA-nın baş katibi Elxan Məmmədovun şərik olduğu firmaya tapşırılıb və onlar üçün fantastik büdcə (digər klublarla müqayisədə 10-12 dəfə artıq) ayrılıb. Bu səbəbdən xərclər həddindən artıq çoxdu.
 
Bu şəraitdə klubu dolandırmaq təbii ki, çətindi. Halbuki adi hesablamalarla bəlli olur ki, “Neftçi” 3 milyonluq büdcə ilə rahatca çempionluğa oynayan heyət qura bilərdi. İndi Hüseynzadə bütün bunları açıqlamaqla guya ki, real mənzərəni çatdırmaq, problem içində olduqlarını demək istəyib. Halbuki bu, özünüifşadı. Bacarıqsızlığın, səriştəsizliyin ifşası.
 
Vəziyyətin bu həddə olduğunu, idarəçilərin bacarıqsızlığını artıq SOCAR-da da anladılar.Və bu səbəbdən məlum struktur dəyişikliyi edildi. Bütün bu xaosun yaranmasının səbəbkarı olan Hüseynzadə prezident təyin edilməklə həm də məsuliyyət sahibi elan edildi. İndi onu damğalayaraq qovmaq daha asan olacaq. Həm də struktur sanki yeni gələcək idarəçilər üçün düşünülüb. Yeni gələn kiminsə əlinin altına yox, birbaşa kluba rəhbər olmağa gələcək.
 
(davamı olacaq)
 
CAVAD

 
tarix: 09-07-2017 09:01


 
Xəbər lenti
23.11.2017

02:35   ÇL-də gecənin bütün qolları - VİDEOLAR

02:18   Maksim Medvedev: “Məni futboldan küsdürdülər”

01:55   “Atletiko” “Qarabağ” üçün şans yeri qoymadı

01:32   Şenol Günəşdən "Qarabağ"a dəstək, Qurban Qurbanova hədiyyə - FOTO

01:26   “Hakimdən “Qarabağ”a qarşı ağılsız qərar” – “The Sun”

01:04   Rövnəq Abdullayev: “Bu qərarın məqsədli olduğunu deməzdim”

00:45   Rəşad Sadıqov: “Hakimlər bizə qarşı çox sərt mövqe tuturlar”

00:21   Qurban Qurbanov: “Çelsi”nin belə köməyə ehtiyacı yox idi”

00:05   Antonio Konte: “Hakim heç bir halda tərəf tutmamalıdı”

22.11.2017

23:10  “Qarabağ” “Çelsi”yə belə uduzdu - VİDEO

22:49  “Qarabağ” "Çelsi" ilə evdə də bacarmadı

21:14  Bu da “Qarabağ” – “Çelsi” matçında gözlənilən xoreoqrafiya

19:24  “Qarabağ”ın rəqiblərinin oyununda 3 qol

18:25  “Qarabağ” “Çelsi”yə evdə də uduzdu - FOTOLAR

17:57  “Çelsi” fanatı olan Ndlovu: 0:6-dan sonra forma dəyişə bilməzdim

17:10  Şenol Günəş Bakıya gəlir - BOS-dakı dəstəyə görə

16:50  “Qarabağ”ın gəncləri "Çelsi" ilə yenə bacarmadı

16:34  Daha bir milli komanda baş məşqçisiz qaldı

16:11  “Hakimlər hadisəni bəzən düzgün qiymətləndirmirlər”

15:56  Miçel: “Çelsi” ilə oyunda xal qazanmalıyıq”

15:38  Xərçəng xəstəsi olduğunu matçın fasiləsində dedi

15:17  Növbəti turu kim buraxacaq?

14:56  “Zaqatala” “Ağsu”ya doğma meydanda uduzdu - VİDEO

14:40  “Payız turniri” başladı: 3 oyuna 26 qol

14:25  “Mil-Muğan” “Xəzər”i belə məğlub etdi - VİDEO

14:16  AFFA İsgəndər Cavadovun komandalarına texniki məğlubiyyət verdi

13:58  13-cü turun oyun cədvəli bəlli oldu

13:44  Yaşar Seyidovun tövsiyə planı və reallıq

13:38  Topaz Premyer Liqasında 13-cü turun oyun cədvəli

13:24  “Zirə”nin futbolçusuna 1, “Kəpəz”liyə 2 oyunluq cəza

13:15  Divizion klublarının cəzası açıqlandı

13:07  İbrahim Şehiçlə Dedimar Fereyraya 3 oyunluq cəza

12:55  9-cu turun hakim təyinatları açıqlandı

12:42  “eTopaz”da günün canlı oyunları

12:32  “TOPAZ”DA BU GÜN

12:27  “Neftçi” rəhbərliyi Konte ilə görüşdü - FOTO

11:56  Bakıda FIFA-nın sammiti keçirildi - FOTOLAR

11:35  Koke: “Qarabağ”ın uğur qazanmasına ümid etməliyik”

11:26  “Real” və Ronaldodan rekordlar

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az