(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Sadıq Sadıqova “tikilən torba”

Sadıq Sadıqova “tikilən torba”

Həbib Aslanov email: futbolinfonews@gmail.com

“İnter” növbəti qələbəsini qazandı”; “Debütant “Zirə” növbəti mərhələdə”; “Qarabağ” yeni transferlərini təqdim etdi” – iyulun 6-da idman saytlarını bəzəyən bu cür başlıqlı oxunaqlı xəbərlərin arasında “Neftçi” haqda məlumatın yer alması bir anda hər kəsi təəccübləndirdi. Kluba yeni prezidentin təyin olunmasıyla bağlı xəbəri nəzərdə tuturam. İlk baxışdan o qədər cəlbedici görünürdü ki, yazını oxumadan keçmək mümkün deyildi. Hər halda, söhbət ölkənin ən köklü klubu və olduqca mühüm vəzifədən gedirdi. Başlıq diqqətçəkən, amma içi boş.

Elnur Məmmədovun gedişindən sonra onun yerinə təyin olunan Orxan Hüseynzadə bundan sonra prezident səlahiyyətlərini icra edəcəkmiş. Nə xəbər kimi xəbərdi, nə yenilik kimi yenilik. Yenilik o şeyə deyilir ki, həmin yeniliyin içində gələcəyə fayda verən nəsə olsun, oxucu, ya da azarkeş xəbərlə tanış olanda sevinsin, kədərlənsin, ya da nə bilim, təəccüblənsin. Onsuz da Orxan Hüseynzadə bugünə qədər “Neftçi”də əsas söz sahibiydi. Müşahidə Şurasındakılara və sponsorlara hesabat verən də o idi, klubun transfer siyasətinə nəzarət edən də. Məhz bu faktı Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev mətbuata açıqlamasında dəfələrlə dilinə gətirib, məsuliyyətin Orxan bəyin çiyinlərində olduğunu gizlətməyib. Yəni adı icraçı direktor olsa da, bir növ prezident səlahiyyətlərini daşıyırdı. Sadəcə, ştat cədvəlində yenilik etmək üçün bu addım atılıb. Yenilik xatirinə yenilik.

Məsələnin ikinci tərəfi var. İstənilən klubda prezident postu olmalıdı. Necə ki, “Qəbələ”sində, “Qarabağ”ında, hətta “Sumqayıt”ında belə, bu mövcuddu. Əslində, “Neftçi”də də var idi. 2010-cu ildən 2015-ci ilə qədər məlum vəzifəni Sadıq Sadıqov daşıyırdı. Gözəgörünməz qüvvələr Sadıqovu klubun başından yox etmək üçün manevr etməliydi. Klubda Müşahidə Şurasının yaradıldığını, bununla yanaşı, prezident postunun ləğv olunduğunu deməklə sabiq prezidentə mədəni yolla “yaxşı yol” dedilər. Bir göz qırpımında yoxa çıxan post 3-5 ayın içində yenidən bərpa oluna bilməzdi. Bunun üçün aylar, illər ötməli, münasib vaxt seçilməliydi. Ki, media əhli “niyə ləğv etmişdiz, niyə bərpa etdiz” sualını verməsin, uğurlara alışmış azarkeşlər ayağa qalxmasın. Və ən vacibi, zaman məsələsi. Ssenarini yazan kimdisə, mükəmməl iş qabiliyyətinə sahibdi. Elə bir vaxt seçdi ki, “Neftçi” haqda xəbər heç kimi maraqlandırmasın, futbol ictimaiyyəti hansısa başqa hadisənin təsiri altında göylərdə uçsun. Bu, “İnter”lə “Zirə”nin ardıcıl 4 qələbə sayəsində növbəti mərhələyə adladığı dövrə təsadüf etdi. Söhbətin məğzini görənlər gördü, bilənlər bildi. İcraçı direktorun prezident postuna yüksəlməsi 2 il əvvəl Sadıq Sadıqova “tikilən torba”nın cırılması demək idi.

Müşahidə Şurasının işi müşahidə etmək, hesabat tələb etməkdisə, maraqlıdı, “Neftçi”dəki struktur dəyişiklikləri ilə bağlı qərarları verən kimdi belə? Vəli Qasımovla Elnur Məmmədova klubda iş verən, neçə-neçə məşqçini yola salan, yararsız futbolçulara dövlətin pullarını xərcləyən, dünən prezident postunu ləğv edib, bu gün həmin vəzifəni Hüseynzadəyə etibar edənləri tanımaq hamımıza maraqlıdı. Onlar həm də “Neftçi”ni bu günə salanlar, 8 ildən sonra avrokuboksuz qoyanlar, 8 komanda arasında 7-ci pilləni tutmasına göz yumanlardı. Mənasız qərarlar qəbul edənlər, nə etdiyini bilməyənlər, ölkənin ən köklü klubunun anasını ağlar qoyandılar. Bütün bu əməllərin arxasında duranlar mühüm qərar qəbul etmək gücündə olmayan Müşahidə Şurasının üzvləri deyil. Heç Orxan Hüseynzadənin adını da ağlınızın ucundan keçirməyin. Kimdisə, “yağlı” yerdəndi, ictimaiyyətin fikrini vecə almayandı, ölkə futbolunu əlinə keçirəndi. Deyilənə görə, AFFA-nın baş katibi Elxan Məmmədovdu...

Budcəsinə, ad-sanına, təcrübəsinə görə sizdən geri qalan “İnter”lə “Zirə” avrokuboklarda xarüqələr yaratsın, xalqı qələbələrlə sevindirsin, siz isə papaq dəyişməyinizdə olun. Gələn həftə qeydə alınacaq qələbələrdən sonra da avtobus sürücüsü Mərdan dayını Orxan Hüseynzadənin şəxsi sürücüsü elan edərsiz, olar əsl manşetlik xəbər.


 
tarix: 09-07-2017 13:50


 
Xəbər lenti
20.08.2017

03:00   "Qalatasaray" səfərdə qalib gəldi - VİDEO

02:40   "Atletiko" və "Sevilya" xal itkisi ilə başladı - VİDEO

02:25   Lion "Olimpik"i və "Monpelye" evdə xal itirdi - VİDEO

02:03   Dortmund "Borussiya"sı darmadağınla başladı - VİDEO

01:35   "Yuventus"la "Napoli" yeni mövsümə qələbə ilə başladı - VİDEO

01:11   "Arsenal" məğlub oldu, MY və "Liverpul" qalib gəldi - VİDEO

00:49   İsrafilovun komandası mövsümə qələbə ilə başladı

00:28   Əsgərovdan Latviyada növbəti qol

00:03   “Fakel”dən Samirsiz qələbə

19.08.2017

23:55  Kamran Ağayevin klubu doğma meydanda darmadağın oldu

23:46  Futbolçularımızın klubu ilk qələbəsini qazandı - VİDEO

23:26  "Qarabağ"dan ardıcıl 2-ci qələbə - FOTOLAR

23:19  "Səbail"dən tarixi qələbə - FOTOLAR

23:03  "Qarabağ" "İnter"i məğlub yola saldı - VİDEO

22:50  Sadıqov: "Hər şey özümdən asılıdı"

22:42  "Qarabağ"ın rəqibindən çətin qələbə - VİDEO

22:33  Qurban Qurbanov: "Mahir Mədətova görə narahatam"

22:07  Renat Dadaşovun dublu "Ayntraxt"a qələbə qazandırdı

21:52  “Neftçi” “Səbail”ə uduzdu, "Qarabağ" "İnter"ə qalib gəldi

21:18  Samir Əliyev: "Meydana ən azı 1 xal üçün çıxmışdıq"

21:01  "Qəbələ" - "Sumqayıt" matçının anonsu - VİDEO

20:41  "Səbail" "Neftçi"yə belə qalib gəldi - VİDEO

20:15  "Neftçi" "Səbail"in tarixinə düşdü

20:04  "Neftçi" azarkeşləri yenə istefa tələb etdi

17:35  Erat oynadı, komandası ilk qələbəsini qazandı

17:03  Millimizə qarşı oynaya bilməyəcək - zədəyə görə

16:37  “Kopenhagen”in futbolçusu: “Özümü 100 faiz hazır hiss edirəm”

16:24  Tiflis "Dinamo"su Qəbələdə

16:08  Rauf Əliyev "Kukesi"də debüt etdi

15:54  "Tottenhem" "Ayaks"dan futbolçu transfer etdi

14:47  "İnter"dən "Valensiya"ya

14:23  “Qəbələ” - “Sumqayıt”: 21-ci duel

14:00  "Monako"nu yenə Falkao sevindirdi - VİDEO

13:48  “Kopenhagen” Azərbaycana qadağa qoydu

13:27  "Zirə"dən Hindistan klubuna

13:15  La Liqada da yeni mövsüm başladı - VİDEO

13:05  "Beşiktaş" səfərdə xal itirdi - VİDEO

12:55  "Bavariya" yeni mövsümə də qələbə ilə başladı - VİDEO

12:48  90 dəqiqə oynadı, qələbəyə sevindi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az