(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Filmin sonu: Çingiz Abdullayevin şurası ofsaydda

Filmin sonu: Çingiz Abdullayevin şurası ofsaydda

 
- “Neftçi”dəki struktur dəyişikliyi hansı zərurətdən yarandı?
- Bu, təsisçilərin qərarıdı və sual onlara ünvanlanmalıdı.
 
***
 
“Neftçi”nin prezident üsul-idarəsinə keçidi sıradan olay deyil. Klub idarəetməsindəki dəyişiklik bəlkə də sonun başlanğıcı, yeni eranın xəbərçisidi. Axı, hər şey yolunda gedirdisə və ideal idisə, birdən-birə nə dəyişdi. Klub təsisçilərin keçmişə qayıdışı ziyanın yarısından qayıtmaq cəhdi deyilmi?
 
Yazının əvvəlində oxuduğunuz dialoq “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərliylə söhbətdən çıxarışdı. Ertəsi klubun yeni prezidenti Orxan Hüseynzadə də müsahibəsində eyni sözləri təkrarladı.
 
Klub rəsmisindən iyulun 6-dakı struktur dəyişikliyinin səbəbini soruşduq. Bizə maraqlı idi: axı, hansı zərurət yarandı ki, klub belə bir dəyişikliyə getdi? Real mənzərə o idi ki, “Neftçi”də hər şey qaydasındadı, idarəçilikdə problem yoxdu, çatışmazlıq yalnız idman nəticələri ilə bağlıdı və onun da səbəbi heyət, eyni zamanda maliyyə yetərsizliyidi.
 
Əfsərli yalnız klubun mövqeyini çatdırmaqla kifayətləndi və əlavə şərh vermədi. Əslində, buna ehtiyac da yoxdu. Çünki elə bu cavabda əsl səbəb gizlənir. Sadəcə, analiz etmək, keçmişi vərəqləmək, yaddaşı qurdalamaq lazımdı.
 
***
 
Təsisçilər – “Neftçi” İdman Klubu İctimai Birliyi (İK İB) futbol klubunun strukturunu dəyişməyi qərara alıb. Və bunu Müşahidə Şurası ilə məsləhətləşmədən edib. Halbuki təsisçinin klubla birbaşa təması şura vasitəsi ilə olmalıdı. Çünki “Neftçi”yə “müşahidəçilər” nəzarət edir və sponsor/himayədarla təması Çingiz Abdullayevin rəhbərlik etdiyi qurum tənzimləyir. Lakin bu qərar göstərir ki, fəaliyyətini çoxdan dayandırdığı deyilən şura prosesdə rol almayıb.
 
Bunu “Neftçi”dəki struktur dəyişikliyinin elan edilməsindən həmən sonra yerləşdirilən növbəti material da sübut etdi. Belə ki, bu dəfə Müşahidə Şurasının adından bəyanat yayıldı və orada qeyd edildi ki, qurum qərarı dəstəkləyir. Halbuki, şuranın mövqeyi ilk qərarda olmalıydı. Deməli, nələrsə düz getmir.
 
Bəs, düz getməyən nədir? Səbəb nədir ki, “Neftçi” 2 il öncəki quruluşa qayıdır. Axı, “Neftçi” AFFA-nın baş katibi Elxan Məmmədov və onun SOCAR-dakı himayədarı tərəfindən zəbt olunanadək elə bu cür idarə olunurdu. Prezident üsul-idarəsi pis idisə, keçmişə niyə qayıdılır? Yoxsa o zaman “işğal” üçün bəhanə lazım idi?
 
STOP! Deməli, 2 il təcrübə dovşanı olan “Neftçi”dəki praktika göstərdi ki, Elxan Məmmədovun ideya müəllifi olduğu Müşahidə Şurası variantı lazımsızdı. Belə qurumların olduğu klublar canı ilə əlləşdiyi, nəticələri ilə utandığı vaxt Müşahidə Şurasını yaxın buraxmayan, ya da kağız üzərində yaradan “Qarabağ”la “Qəbələ” Avropa Liqasında qrup mərhələsində oynayır, “İnter” 3-cü mərhələyədək iərliləyirdi.
 
Nəhayət, SOCAR-dakılar ayıldı və mətbuatın tənqidlərini də nəzərə aldılar. Hamı gördü ki, Müşahidə Şurası ideyası mənasızdı və ya yalnız bir qrup adamın mənafeyinə xidmət edir. “Neftçi”də dövlət vəsaitinin havaya sovrulduğu, əvəzində heç bir nəticənin olmadığı aydınlaşanda isə proseslərə müdaxilə etmək qərara alındı.
 
Bu, Elxan Məmmədovun 10 illik hakimiyyəti dövründə ilk ciddi məğlubiyyətidi. İK İB bu qərarla faktiki ona yerini göstərdi. Yəni, indiyədək sən deyəni etdik, indi çəkil kənara, bizi izlə.
 
(davamı olacaq)
 
CAVAD

 
tarix: 09-07-2017 14:11


 
Xəbər lenti
24.07.2017

12:25   Millimizin Bakı toplanışı üçün heyəti açıqlandı

12:09   "eTopaz"da günün canlı oyunları

11:43   Rəşad Sadiqov "Zirə"dən qovuldu

11:26   "Fiorentina"nı tərk edib, "Olimpiakos"a üz tutdu

11:07   “TOPAZ”DA BU GÜN

10:34   Hakim matç zamanı futbolçunu ölümdən xilas etdi - VİDEO

10:04   Komanda yoldaşı açıqladı: "O, "Barsa"da qalır" - FOTO

09:14   Ufuk oynadı, komandası qalib gəldi

00:30   "Qəbələ" artıq Afinadadı

00:20   Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

00:10   Öncə Qurbanov, sonra Bordin

23.07.2017

23:06  "Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

22:38  Emin oynadı, komandası qalib gəldi

22:07  "Tottenhem" - PSJ 4:2 - VİDEO

21:39  “Sumqayıt” “Sivasspor”a böyük hesabla uduzdu

21:02  Millimizin sabiq üzvünün komandası azarkeşlərə ağız açdı

20:35  "Qarabağ" Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR

20:04  Nazarov "Antalyaspor"a qarşı oynadı

19:37  "Qəbələ"nin yunanlarla ilk oyunu ispana tapşırıldı

19:06  Lam Almaniyada ilin ən yaxşı futbolçusu seçildi

18:31  Ukraynalı futbolçu "Qarabağ"a gəlir?

18:01  "Çelsi"də yeni kapitan

17:34  Super Liqa klubunda isveçrəli yarımmüdafiəçi

17:05  Dani Kintana: "Şerif" səddini də keçmək şansımız var"

16:36  Sabiq "Latsio"lu rəsmən "Roma"da

16:03  "Real"ı "Mançester Siti"yə dəyişdi - Rəsmi

15:37  Eddi İsrafilov “Kadis”ə qələbə qazandırdı - VİDEO

15:02  Tahir Gözəl: "Fan-şop bizə lazım idi"

14:39  "Qarabağ"ın ilk fan-şopu rəsmən açıldı

14:01  Belçika Superkubokunun qalibi müəyyənləşdi

13:33  Həsənov: "Sumqayıta daha yaxşı vəziyyətdə qayıdacağıq" - VİDEO

13:06  "Barselona" "Yuventus"a qalib gəldi - VİDEO

12:38  "eTopaz"da günün canlı oyunları

12:02  Arnautoviç rəsmən Premyer Liqa klubunda

11:35  “TOPAZ”DA BU GÜN

11:00  "Qarabağ"ın rəqibi xal itirdi

10:01  Millimizin üzvü ehtiyatda qaldı

09:00  Rüfət Dadaşov dubl etdi, fırtına matçı yarıda qoydu

00:30  Əsgərov Latviyada darmadağına üzüldü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az