(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Filmin sonu: Eyvazovun üçgünlük təyinatı

Filmin sonu: Eyvazovun üçgünlük təyinatı

 
 
Əslində, baş katib ilk kiçik məğlubiyyətini hələ 2 il öncə almışdı. “Sumqayıt” kimi kiçik klubları qanadı altına alan Məmmədov “Neftçi”yə girişərkən daş qayaya rast gəlmişdi. O, ölkənin ən böyük klubunu bir uduma həzm edə bilmədi, loxma böyük oldu. Klubun idarəçiliyini ona versələr də, maliyyəylə bağlı vəziyyət fərqli idi. Digər klublara maliyyə birbaşa AFFA vasitəsi ilə ödənilirsə, “Neftçi” istisnadı. Klub maliyyəni İK İB-in idarəetmə aparatını rəhbəri Sadıq Sadıqovun adına yazılan məktubdan sonra əldə edir. Bir sözlə, klub pulu AFFA yox, ictimai birlik xətti ilə alır.
 
Məmmədov çox çalışsa da, məhz maliyyə nəzarətinə nail ola bilməmiş və ilk məğlubiyyətini o zaman almışdı. Budəfəki qərar isə sonun başlanğıcıdı. Baş katib tamamilə gözdən düşüb və havadarları da artıq onu qorumaq iqtidarında deyillər.
 
“Neftçi”də prezident üsul-idarəsi həm də o deməkdi ki, yeni gələnlər birbaşa kubun sahibi olacaqlar. Orxan Hüseynzadənin müsahibəsində qeyd etdiyi kimi, prezident klubda əsas söz sahibi sayılacaq. İndiki halda bu, Orxan bəydisə, gələcəkdə daha ciddi fiqur gələcək və həqiqətən söz yiyəsi olacaq. O zaman artıq Müşahidə Şurası da mövcudluğunu tamamilə itirəcək. Nə zaman? Hə, bu, çətin sualdı. Daha doğrusu, zamana ehtiyac var.
 
Təsisçilərin son addımları göstərdi ki, onlar qərarlarını səbrlə verir və baş katibin sistemi üzərində təmiz qələbəyə hesablayıblar. Ona görə də yeni mövsümün startındakı mümkün uğursuzluqdan sonra Hüseynzadənin əşyalarını qoltuğuna verdiklərini görsəniz, təəccüblənməyin.
 
Əcəba, təsisçilər, “Neftçi”nin sponsorları, Elxan Məmmədovun havadarları eyni adamlar deyilmi? Axı, onlar hamısı bir şirkətdədi. Hadisələr göstərir ki, fərqli güclərdi. Sadəcə, daxili çəkişmələr, qruplaşmalar var və indiyədək Məmmədovun olduğu dəstə üstün idisə, hazırda onları sıradan çıxaranlar var. Nüfuz müharibəsindəki qələbə və məğlubiyyətləri də məhz işdəki uğur müəyyənləşdirir. Müşahidə Şurası ideyası baş katibin dəstəsinin fiaskosu olduğundan indi digər qüvvələr fəallaşıb.
 
Təsisçilərin indiki rəhbərlikdən, onların ideya müəlliflərindən narazılığı bugünün söhbəti deyil. Sadəcə, hadisələr üst-üstə gəldi və indikilərə etimad limiti tükəndi. “Neftçi”nin ardıcıl uğursuzluqları, ötən mövsümü 7-ci pillədə başa vurması, qışda götürülən kreditin düzgün xərclənməməsi, indi həmin borcların qaytarılması üzündən heyətin gücləndirilməsinə imkan olmaması qalaqlanmış problemlərdi. Təsisçilər zaman-zaman olaylara müdaxilə etmək istəyib, lakin hər dəfə də indiki idarəçilər hadisələrin gedişini öz mənafelərinə xidmət edən məcraya döndəriblər. İndi isə son həddi və həmin “fırlatmalar”ın əvəzi çıxılır.
 
1 il öncəni xatırlayaq. “Neftçi”də ara qarışdı və Elxan Məmmədovun dəstəsi bərbad günə qoyduqları “Neftçi”ni əldən buraxmamaq üçün öz kadrlarını “vurmağa” məcbur oldular. Sadıq Sadıqovun göndərilməsindən sonra kluba gələn icraçı direktor Elnur Məmmədov baş məşqçi Vəli Qasımovla birlikdə yola salındı. Piyadaları şahı qorumaq üçün qurban verdilər. Lakin...
 
Tezliklə İK İB-in razılığı ilə SOCAR-dan Elnur Eyvazovu kluba icraçı direktor təyin etdilər. 2016-cı il sentyabrın 14-dəki bu təyinat 3 gün qüvvədə qaldı. Elxan Məmmədovun dəstəsinə qətiyyən aidiyyatı olmayan bu cavanı sıradan çıxarıb, yerinə öz adamlarını qoymaq üçün əməliyyat başladı. Eyvazov haqda məşhur “söyüş videosu” mətbuata çıxarıldı, ardınca bir neçə yazı və onun təyinatı beşikdəcə boğuldu. Baş katib bu materialları SOCAR-a çatdırdı və bildirdi ki, imicinə zərbə dəyən adamı kluba əsas söz sahibi qoymaq olmaz.
 
Plan ağlabatan oldu və Elxan Məmmədov öz adamı olan Orxan Hüseynzadəni icraçı direktor təyin etdirə bildi. Belədə gözlənilmədən icraçı direktorun müavini postu yaradıldı və Eyvazov ora yerləşdirildi. Çünki SOCAR-ın göndərdiyi bu adamı geri qaytarmaq olmazdı – o, maliyyənin əsas nəzarətçisi olmalıydı. Elnur bəyi idman direktoru postuna da qoymadılar və bu vəzifə ləğv edildi.
 
Təsəvvür edirsizmi, klub strukturunda müxtəlif vəzifələr ləğv edilir və ya yaradılır, amma heç birinə qərarı təsisçilər, ya da Müşahidə Şurası vermir? O zaman prezident üsul-idarəsi haqda qərarı, Əfsərlinin dediyi kimi, təsisçilərin verməsi qəribə deyilmi? Görəsən, o vaxt bunu edən indiki idarəçilər bu dəfə nəyə görə vəzifə bölgüsünə korrektəni özləri etmədi?
 
Eyvazovu göndərənlər bu prosesdə kiçik məğlubiyyət aldı, lakin açıq savaşa girmədilər, əsəblərini “seyfə qoyub”, növbəti uyğun zamanı gözlədilər.
 
(davamı olacaq)
 
CAVAD

 
tarix: 09-07-2017 18:02


 
Xəbər lenti
23.11.2017

02:35   ÇL-də gecənin bütün qolları - VİDEOLAR

02:18   Maksim Medvedev: “Məni futboldan küsdürdülər”

01:55   “Atletiko” “Qarabağ” üçün şans yeri qoymadı

01:32   Şenol Günəşdən "Qarabağ"a dəstək, Qurban Qurbanova hədiyyə - FOTO

01:26   “Hakimdən “Qarabağ”a qarşı ağılsız qərar” – “The Sun”

01:04   Rövnəq Abdullayev: “Bu qərarın məqsədli olduğunu deməzdim”

00:45   Rəşad Sadıqov: “Hakimlər bizə qarşı çox sərt mövqe tuturlar”

00:21   Qurban Qurbanov: “Çelsi”nin belə köməyə ehtiyacı yox idi”

00:05   Antonio Konte: “Hakim heç bir halda tərəf tutmamalıdı”

22.11.2017

23:10  “Qarabağ” “Çelsi”yə belə uduzdu - VİDEO

22:49  “Qarabağ” "Çelsi" ilə evdə də bacarmadı

21:14  Bu da “Qarabağ” – “Çelsi” matçında gözlənilən xoreoqrafiya

19:24  “Qarabağ”ın rəqiblərinin oyununda 3 qol

18:25  “Qarabağ” “Çelsi”yə evdə də uduzdu - FOTOLAR

17:57  “Çelsi” fanatı olan Ndlovu: 0:6-dan sonra forma dəyişə bilməzdim

17:10  Şenol Günəş Bakıya gəlir - BOS-dakı dəstəyə görə

16:50  “Qarabağ”ın gəncləri "Çelsi" ilə yenə bacarmadı

16:34  Daha bir milli komanda baş məşqçisiz qaldı

16:11  “Hakimlər hadisəni bəzən düzgün qiymətləndirmirlər”

15:56  Miçel: “Çelsi” ilə oyunda xal qazanmalıyıq”

15:38  Xərçəng xəstəsi olduğunu matçın fasiləsində dedi

15:17  Növbəti turu kim buraxacaq?

14:56  “Zaqatala” “Ağsu”ya doğma meydanda uduzdu - VİDEO

14:40  “Payız turniri” başladı: 3 oyuna 26 qol

14:25  “Mil-Muğan” “Xəzər”i belə məğlub etdi - VİDEO

14:16  AFFA İsgəndər Cavadovun komandalarına texniki məğlubiyyət verdi

13:58  13-cü turun oyun cədvəli bəlli oldu

13:44  Yaşar Seyidovun tövsiyə planı və reallıq

13:38  Topaz Premyer Liqasında 13-cü turun oyun cədvəli

13:24  “Zirə”nin futbolçusuna 1, “Kəpəz”liyə 2 oyunluq cəza

13:15  Divizion klublarının cəzası açıqlandı

13:07  İbrahim Şehiçlə Dedimar Fereyraya 3 oyunluq cəza

12:55  9-cu turun hakim təyinatları açıqlandı

12:42  “eTopaz”da günün canlı oyunları

12:32  “TOPAZ”DA BU GÜN

12:27  “Neftçi” rəhbərliyi Konte ilə görüşdü - FOTO

11:56  Bakıda FIFA-nın sammiti keçirildi - FOTOLAR

11:35  Koke: “Qarabağ”ın uğur qazanmasına ümid etməliyik”

11:26  “Real” və Ronaldodan rekordlar

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az