(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Filmin sonu: Təsisçilərə növbəti saymazyana jest

Filmin sonu: Təsisçilərə növbəti saymazyana jest

 
Növbəti həmlə bir də bu il oldu. İyunun əvvəlində Kaml Quliyevin “Neftçi”yə idman direktoru gönərildiyi aydınlaşdı. Sürpriz idi. Çünki Quliyev də baş katibin komandasına daxil deyildi və onu da təsisçilər göndərmişdi. Təyinatı geri çevirmək mümkün deyildi. Bu zaman Elxan Məmmədov və əlaltıları yeni variant axtarışına çıxdı. Təyinatın rəsmiləşməsi xeyli yubadıldı. Quliyevə elə bir post tapşırılmalıydı ki, əl-ayağa dolaşmasın, sadəcə, SOCAR-dan göndərildiyi üçün işlə təmin olunsun, amma əsas planlara qarışmasın. Buna da nail oldular.
 
Kamal bəy “Neftçi”yə gəldiyi, amma təyinatının hələ rəsmiləşmədiyi ilk günlərdə millidə də çalışan baş məşqçi Elxan Abdullayevi gözlədiyini, onunla məsləhətləşərək komandanı böhrandan çıxarmaq üçün yollar arayacağını deyirdi. Bu müsahibə də göstərirdi ki, Quliyev konkret olaraq vəzifəyə göndərilib.
 
Lakin yenə eyni ssenari oynanıldı. Bu dəfə qazanclı çıxan Eldəniz Yusifov oldu. Klubun aşağı yaş qrupları üzrə komandalarına koordinator kimi gətirilən sabiq həmkarımız birdən-birə əsas komandanın baş meneceri təyin olundu. Halbuki bu vəzifə dolayısı ilə Kamal bəy üçün nəzərdə tutulmuşdu. Və Orxan Hüseynzadə ağasının sözünə uyğun olaraq, Quliyevi Yusifov üçün nəzərdə tutulmuş posta təyin etdi.
 
Əslində, Quliyev təsadüfən seçilməmişdi. Onun təyinatından bir neçə gün öncə verdiyi müsahibədən seçmələrə diqqət edin:
 
- Ölkə kubokunda “Qarabağ”la dünənki oyundan (0:0) sonra “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev onu istefaya səsləyən azarkeşləri xuliqan adlandırıb. Buna münasibətiniz necədi?
- Birincisi, heç kimə səlahiyyət verilməyib ki, öz ölkəsinin vətəndaşına təhqiramiz söz işlətsin. Buna heç kimin ixtiyarı yoxdu. İkincisi, fanatları qruplara bölmək olmaz. Fan-klubların “Forza Neftçi” və ya digər adları ola bilər. Amma fanat fanatdı. Onun hansı qrupda yer almasından asılı olmayaraq, ortada bir “Neftçi” və onun azarkeşləri var. İstər məşqçi, istərsə də futbolçu olsun, fanatlara qarşı belə davranmamalıdı. Bu gün bizim istədiyimiz odu ki, Türkiyə və digər ölkələrdəki kimi, azarkeşləri stadiona yığaq. Buna çalışmaqdansa, onları meydanlardan uzaqlaşdırırıq. O sözləri işlətmək əvəzinə, insanları stadiona cəlb etmək lazımdı. Futbolun gözəlliyi qol və fanatlardı. Heç kimin xətrinə dəymək istəmirəm. Amma bu, şəxsi fikrimdi ki, heç bir halda azarkeşlərə qarşı belə çıxış etmək olmaz. Bu, komandaya biganə yanaşmaq kimi bir şeydi.
 
- Cari mövsümün əvvəlində rumıniyalı futbolçu Katalin Tira “Neftçi”nin azarkeşinə qarşı etdiyi hərəkətdən sonra klubdan uzaqlaşdırıldı. Rəhbərlik Elxan Abdullayevlə də bağlı eyni addımı atmalı deyil?
- Elxan Abdullayevin dünənki mətbuat konfransında dediyi sözləri oxudum. Mövsümün birinci yarısında başqa söhbət, müsahibələr olurdu. Amma indi dedikləri onlarla üst-üstə düşmür. “Neftçi” Azərbaycan futbolunun tarixidi. Klubun hazırkı durumuna görə çox təəssüf edirəm. Bu sözləri deməkdənsə, hər kəs öz işini görsə, daha yaxşı olar. Heç bir klubun çalışdırıcısı millidə köməkçi məşqçi vəzifəsində işləməməlidi. Sən Azərbaycanın tarixi klubunun baş məşqçisi ola-ola, yığmada da çalışa bilməzsən. “Neftçi”ni yeni götürüb, milli ilə təlim-məşq toplanışına gedir. Bu, məsuliyyətsizlikdi. Kor-kor, gör-gördü. Nəticəsi də belə olmalıdı da. “Neftçi”nin baş məşqçisi onunla nəfəs almalıdı, komanda ilə yatıb, komanda ilə durmalıdı. Amma baş məşqçi millinin heyətində təlim-məşq toplanışına yollanır. Bəli, hamımız yığma üçün çalışırıq. Ancaq sən klubun nəticəsinə cavabdehsən axı. Elxan Abdullayevin danışığına baxın. Bədbəxtliyimiz odu ki, sözün düzünü deyəndə xətirlərinə dəyir. Ataların məsəli var ki, səni tərifləyəndən qaç, tənqid edəndən yapış. Necə ola bilər ki, “Neftçi” kimi klubun qarşısına çempionluq və avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmasın? “Neftçi” bu dərəcədə aciz oldu ki, Avroliqaya düşmək uğrunda mübarizə aparmasın? Onda bu komanda çempionatda niyə çıxış edir? “Neftçi” bu gün şərait və büdcə baxımından çoxundan üstündü. Klubun hazırkı legionerlərinin hamısını göndərmək lazımdı. Düzdü, mən komandanın içində deyiləm. Amma kənardan hiss edirəm ki, “Neftçi”də əhval-ruhiyyə yaxşı deyil. “Sumqayıt”la matçda “Neftçi”nin mərkəz müdafiəçisi Pavel Dreksanın oyununu gördüm. Vallah, mən özümə ayıb bildim. Onu alçaltmaq istəmirəm, amma formadan çox uzaqdı.
 
- Baş məşqçinin istəyi ilə qış fasiləsində heyətə xeyli sayda yeni futbolçu cəlb edildi. Çempionatın III və IV dövrələrində “Neftçi”nin oyununda hansısa dəyişiklik hiss olundu?
- “Neftçi”nin oyununun düzələcəyinə dair söz verilmişdi. Hanı bəs? Mən “Sumqayıt”ı zəif saymıram, maşallah, özlərini sübut edirlər. Lakin “Neftçi” kimi komanda belə oyunlarda xallar itirməməlidi. Bu gün rəqib qapıçının qaytardığı topu “Neftçi”nin hücumçusu 3 metrlik məsafədən çərçivəyə yönəldə bilmirsə, biz hansı oyundan danışırıq? Elxan müəllimə də, klubun rəhbərliyinə də hörmətim böyükdü. Amma reallıq deyilən bir şey var. Həm qış fasiləsindən öncə, həm də ondan sonra komanda getdikcə daha ağır vəziyyətə düşür, uçuruma yollanır. Bu gün “Neftçi”də qələbə ruhu yoxdu. Elə çıxış edirlər, sanki “Neftçi” sıradan bir komandadı. Gələn oyunçulara klubun tarixini izah etmək lazımdı. Bilirsiz ki, bu komandada işləmək, oynamaq çox çətindi. Çünki daim göz qabağındasan, səndən nəticə tələb edirlər. O nə deməkdi ki, mən komandanı Avroliqaya çıxaracağıma söz verməmişdim? “Neftçi”nin adı elə komandanın məqsədindən xəbər verir də. “Neftçi”nin titulsuz, avrokuboklardan kənarda qalması nə deməkdi? Mən bunu başa düşmürəm. Bir-birimizi aldatmayaq, yalan danışmayaq. Düzü etiraf etmək özü mərdlik tələb edir. İşimizi itirməməyə görə nəyəsə əl atmaq lazım deyil. Komandanın uğursuzluğuna baş məşqçi cavabdehdi. Əgər bu işi görə bilmirsənsə, bəhanə gətirmək yersizdi, qoy, başqası gəlsin. Bəlkə o nəsə edə bildi.
 
İndi bu adam Elxan Abdullayevə nəzarət etməyə göndərilmişdi, amma rəhbərlik onu kənarda saxlamağı bacardı. Və təsisçilər onlara atılan silləni yenə sinəyə çəkib, səbr etdilər. Quliyevin klubda olması özü ciddi fakt idi və o, buzqıran rolunu oynamalıydı .
 
(davamı olacaq)
 
CAVAD

 
tarix: 09-07-2017 23:17


 
Xəbər lenti
25.02.2018

19:01   “Qarabağ” “Kəpəz”ə qarşı - YENİLƏNİR

18:46   Samir Abasov: “Allah bu 3 xalı bizə pay verdi”

18:31   “Sumqayıt”ın növbəti qələbəsi - FOTOLAR

18:07   “Sumqayıt” “Keşlə”yə də qalib gəldi - VİDEO

17:19   Yuri Maksimov: “Sumqayıt” “Keşlə”dən güclüdü”

17:12   Seymur Rəhimov: “Oyunçular dediklərimizi tam yerinə yetirdilər”

15:04   “İnter Arena”da 1 dəqiqəlik sükut

14:49   Müəllimləri istismar edən icra başçısının öz qohumları haradadı?

12:54   Aqibəti Antalyada müəyyənləşən “Neftçi”

11:33   “Duysburq” Eratsız qalib gəldi

11:09   “eTopaz”da günün canlı oyunları

10:50   Millimizin sabiq üzvü üçün 90 dəqiqə

10:26   Nəsirovsuz “Sportinq” yenə xal itirdi

10:00   “TOPAZ”DA BU GÜN

09:24   Pavel Paşayev üçün 90 dəqiqə və 3 xal

03:30   “Səbail”dən “Qəbələ”yə ağır zərbə - FOTOLAR

02:29   Çempion 3 qol vurub, 1 xal qazandı - VİDEO

02:08   “İnter”dən inamlı qələbə - VİDEOLAR

01:53   “Barselona” 6, “Real” 4 qolla qalib gəldi - VİDEOLAR

01:27   “Liverpul”dan darmadağın - VİDEOLAR

00:59   “Bavariya” xal itirdi - VİDEOLAR

00:17   “Trabzonspor”dan səfər qələbəsi

24.02.2018

23:50  Dmitri Nazarov üçün 79 dəqiqə və 3 xal

22:25  “Neftçi”nin “Zirə” ilə heç-heçəsi - FOTOLAR

22:18  Bombardirlərin yarışında fərq azaldı

21:36  “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”

21:26  Tərlan Əhmədov: “Gələcəyə ümid var”

20:45  Paytaxt derbisində hərəyə 1 qol, 1 xal - VİDEO

19:58  “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi

18:59  “Səbail” “Qəbələ”ni belə məğlub etdi - VİDEO

18:41  “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə

18:32  Samir Əliyev: “Qəbələ”yə qarşı 5 oyun sərgiləsək, hamısını uduzarıq”

18:19  Roman Qriqorçuk: “Bunu gözləmirdim”

17:18  “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə

16:16  “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü

14:49  AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi

13:03  “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu

12:16  “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”

11:40  Xidməti müqavilələr, şəxsiyyət vəsiqəsi olmadan alınan xarici pasportlar…

11:04  “eTopaz”da günün canlı oyunları

10:07  3,6 milyonu yeyən adamın yalanları

09:47  “TOPAZ”DA BU GÜN

09:34  Hollandiyada Azərbaycan derbisi qolsuz bitdi

02:04  Autsayderlərin duelində heç-heçə - VİDEO

01:56  Qolsuz başlanğıc - VİDEO

01:49  “Maynts”la “Volfsburq”dan heç-heçə - VİDEO

00:52  Təbriz klubu darmadağına üzüldü

00:01  Anatoli Banişevskinin xatirəsi belə yad olundu - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az