(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Filmin sonu: “Neftçi”dən sonra növbə digərlərinə çatacaq

Filmin sonu: “Neftçi”dən sonra növbə digərlərinə çatacaq

 
“Neftçi” rəhbərliyinin vəzifə bölgüsünü daxildə etməsi təsisçilərə xoş gəlmirdi. Əvəzində maliyyə “kran”ı bağlandı. Daha doğrusu, büdcə azaldılmadı, sadəcə, yeni transferlər üçün maliyyə ayrılmadı, hər ay üçün nəzərdə tutulan pulu köçürməklə kifayətləndilər. O məbləğ isə yalnız əməkhaqqı fonduna kifayət edirdi. Əvvəlki dövrlərdə milyonları havaya sovurub 8 komanda arasında 7-ci olanlara etimad limiti tükəndi. Yeni transferlər olmayacaqdı və kredit pulu ilə transfer edilən legionerlər yeni mövsümdə komandaya uğur qazandırmalıdı.
 
Vəziyyət o qədər kritikdi ki, Elxan Abdullayev yeni gətirmək istədiyi fiziki hazırlıq üzrə ukraynalı məşqçinin yanında da yalançı çıxdı. Bu üzdən o, bir neçə ay öncə qovduğu İqor Getmanı məşqçilər korpusuna qaytardı.
 
Və “Neftçi” nokautda ikən təsisçilər növbəti zərbəni vurdular. Sənəd-kağızla sahib olduqları klubu Elxan Məmmədovun dəstəsinin əlindən almaq yolunda son həmlə məlum struktur dəyişikliyi oldu.
 
Bir neçə aydan sonra Müşahidə Şurasının buraxılması haqda qərarı eşitsəz, təəccüblənməyin. Sadəcə, bu quruma çox hörmətli Çingiz Abdullayev sədrlik etdiyindən hələlik səbr edirlər. Xalq yazıçısı yəqin ki, özünə hörmət qoyub, özü bu bataqlıqdan çıxıb gedəcək, imicinin tam xərclənməsinə imkan verməyəcək. Ondan sonra isə təsisçilər yenidən “Neftçi”ni özlərinə qaytamaq, Elxan Məmmədovun havadarlarının əlindən xilas etmək üçün final addımını atacaqlar.
 
“Neftçi”də çox maraqlar toqquşur. Elxan Məmmədovun havadarları bir dəstədi, klubun təsisçiləri illərdi kluba birbaşa və ya dolayısı ilə nəzarət edirlər, Zaur Qəhrəmanov Müşahidə Şurasında təmsil olunmaqla yanaşı, gələcək karyerasını qurmaq baxımından futbola vasitə kimi baxır və s. və i. Ona görə də “Neftçi” dövlət pulunun xərcləndiyi, yeyildiyi müəssisədi. Kimisi özü qazanmaqla yanaşı, iş də görür, kimisi isə işləməyi də bacarmır, amma yeməkdən, talamaqdan doymur. Və hazırda kluba bu baxımdan ən arzuolunmaz şəxslər rəhbərlik edir. Nətcələr klub tarixinin ən biabırçı nəticələridi, lakin onları asanlıqla kənara atmaq mümkün deyil. Bununla belə, proses başlayıb və kiçik döyüşlərdəki qələbələr müharibənin də qələbəylə bitməsini labüd edir. Çünki işğalçı olan, hazırda isə ələ keçirdiklərinin müdafiəsi ilə məşğul olanlar yaxşı cəbhəxanaya malik olsalar da, döyüşçüləri bacarıqsız, ideologiyaları çürükdü.
 
“Neftçi”də Müşahidə Şurasının yarandığı dövrü xatırlayın. Klubun səhmləri olmalı, “Neftçi” açıq səhmdar cəmiyyətə çevrilməli, hətta fanatlar da səhm almalı idilər. Amma indi görünür ki, bütün bunlar klubu ələ keçirməyə qazandırılan bəraət imiş. Paytaxt təmsilçisində heç nə dəyişməyib və dəyişə də bilməz. “Xalqın komandası” həm də dövlətin əlinə baxan acgöz makinadı.
 
Təbii ki, “Neftçi”də başlayan islahatlar yavaş-yavaş digər klubları da ağuşuna alacaq, Müşahidə Şurası ideyasının gərəksizliyi, layihənin tətbiqininin mümkünsüzlüyü isbat olunacaq. Flaqman ilk mərhələdi, zaman keçdikcə “Sumqayıt”da da eyni proseslər gedəcək. Bu klubun maliyyə dayaqları əvvəl-axır Elxan Məmmədovun dostu Kamran Quliyevin boğazından yapışıb hesabat istəyəcək. 10 ildi kluba rəhbərlik edən bu adam Sumqayıt üçün nə iş görüb? Yerli futbolçu nəsli məhv edilib, komanda milliləşdirilənlər üçün məskən olub, milli komandalar üçün heç kim yetişdirilməyib. Sadəcə, görülməyən işin qarşılığında hər ay 10 min manatlıq konvert alan, transferlərdə dost-tanışla maxinasiyalar edən Quliyev milyonçu olub.
 
Eyni şey “Kəpəz”də də yaşanacaq. Gəncəlilər şəhərin komandasına rəhbərlik etməyə layiq bir nəfər tapacaq. Ondan sonra sıravi şura üzvü ola-ola futbol ənənələrinə malik Gəncəni bir barmağında fırladan Mikayıl Nərimanoğludan da hesabat istənəcək. 5000 manatlıq konverti yalnız SOCAR-dan ayrılan pulu vaxtında komandaya çatdırmağa görə alan Mikayıl bəy yəqin ki, yenə AFFA-nın mətbuat katibi kimi çalışmağa qayıdacaq. Bu gün baş katibin kadrı kimi etibarlıdı, lakin Elxan Məmmədovun mifik ideyası iflasa uğrayandan sonra Elmar Vəliyev onun da ayağını Gəncədən birdəfəlik kəsəcək.
 
Necə ki, “İnter”də Müşahidə Şurası oyunu SOCAR-dan başqa xəttlə gələn Zaur Axundovun gəlişi ilə başa çatıb.
 
(davamı olacaq)
 
CAVAD

 
tarix: 10-07-2017 09:14


 
Xəbər lenti
26.09.2017

18:32   “Səbail” yeni transferini təqdim etdi - FOTO

18:01   Pedro Enrike: “Qarabağ”la ÇL-də oynamaqdan qürur hissi duyuram”

17:33   Qurban Qurbanov: "Roma"nı çox tərifləmək istəmirəm"

17:00   BOS “Qarabağ” - “Roma” matçına hazırdı - FOTOLAR

16:35   Karel Yarolim: “Azərbaycana qalib gələ bilsək...”

16:07   “Qarabağ”ın futbolçusu Norveç yığmasına çağırıldı

15:48   La Liqada növbəti baş məşqçi istefası

15:25   “Roma” Bakıya gəlir - FOTOLAR

15:01   "Qarabağ" "Roma"nı məğlub etsə...

14:20   Çexiya millisi Bakıya 23 futbolçu ilə gəlir

13:39   Millimizin rəqibi heyətini açıqladı

13:04   AFFA-dan qapıçı məşqçiləri üçün A kursu

12:27   “Beşiktaş”ın prezidenti: “Superkubok Azərbaycanda keçirilsin”

11:50   Totti Bakıya gələsi olmadı

11:25   “eTopaz”da günün canlı oyunları

11:04   “TOPAZ”DA BU GÜN

10:31   Fərid Nəbiyev oynadı, “Slaviya” uduzdu

10:10   “Beşiktaş” “Leypsiq”ə, “Real” “Borussiya”ya qarşı - YENİLƏNİR

10:03   Yığmamız Gürcüstana 5 qolla uduzdu

09:36   Super Liqa klubunda Leonardo dönəmi

01:27   La Liqada 6-cı tura darmadağınla yekun vuruldu - VİDEO

01:20   “Arsenal”dan inamlı qələbə - VİDEO

00:37   “Sumqayıt” “Səbail” üçün hazırlığa Cavidsiz başladı

00:10   Super Liqada 6-cı tura yekun vuruldu

25.09.2017

22:34  Araz Abdullayevin klubu liderliyini qorudu

21:35  “Yuventus”un prezidenti 1 illik futboldan uzaqlaşdırıldı

21:06  La Liqa klubunda yeni baş məşqçi

20:37  “Qəbələ” “Neftçi”yə 7 qolla qalib gəldi

19:36  “Qarabağ”dan azarkeşlərə müraciət

19:05  “Qarabağ” - “Roma” oyunu ilə bağlı polisdən xəbərdarlıq

18:30  “Qarabağ” – “Roma” matçı üçün pulsuz nəqliyyat

18:14  “Roma” Bakıya bu heyətlə gəlir

16:55  “Roma”: nə vaxt gəlir, nə vaxt gedir?

16:46  15 faizlik büdcə, lazımsız İcraiyyə Komitəsi və susdurulan Əbilov

16:38  “Qarabağ”la oyunlarda maksimum nəticə əldə etməliyik"

16:15  BOS-da “Qarabağ” - “Roma” matçı öncəsi festival

16:06  "Qəbələ" də olmasa...

15:55  “Prosineçki məni yığmada görmək istəmir” - Dadaşov

15:38  Birinci Divizionda yeni mövsümün püşkatması - FOTOLAR

15:26  “Roma”ya Monika Beluççi, “Qarabağ”a...

15:18  La Liqa klubunun baş məşqçisi qovuldu

15:07  Millimizlə oyun öncəsi Almaniya yığmasında daha bir itki

14:53  UEFA Gəncləq Liqası: “Qarabağ” - “Roma” matçı üçün Fesniç

14:41  UEFA-dan Könül Mehtiyevaya növbəti təyinat

14:26  Öncə Qurbanov, sonra Di Françesko

14:19  Ramin Musayev: “Premyer Liqada 12 komanda iştirak edəcək”

14:04  Birinci Divizionun püşkü atıldı

13:56  Yenə Azərbaycan - İtaliya dueli, yenə Dias

13:45  “Qarabağ” - “Roma” matçında bu topla oynayacaqlar

13:24  Maşallah Əhmədov Əfv Komissiyasına müracət edib

13:16  “Qarabağ” - “Roma” matçının hakimləri açıqlandı

13:06  Konte "Qarabağ"a şans vermədi: Favorit bizik...

12:46  Azərbaycanlı futbolçu üçün yeni baş məşqçi

12:35  Üçüncü səfər sindromu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az