(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Filmin sonu: Kamran Quliyev İcraiyyə Komitəsi ilə ikibaşlı oyun oynayır

Filmin sonu: Kamran Quliyev İcraiyyə Komitəsi ilə ikibaşlı oyun oynayır

 
Əslində, Müşahidə Şurası ideyasının baş tutmaması yenilik deyil. “Qarabağ”, “Qəbələ” və “Zirə”nin bu layihəni dəstəkləməməsindən xəbərdarsız. Bu klublar ağıllı addım atdılar və nəticəsini də qazandıqları uğurlarla, şuralaşmışlardan bir addım öndə olmaqla göstərirlər.
 
“Neftçi”nin prezident idarə üsuluna qayıtması ideyanın tam iflası oldu. Müşahidə Şurasının dağılacağı günə çox qalmayıb – çoxdan dağılıb, lakin rəsmən elan etmirlər.
 
Amma burada bir maraqlı məqam var. AFFA İcraiyyə Komitəsinin 2013-cü il avqustun 14-də qəbul etdiyi qərarlardan biri məhz şuralaşma ilə bağlı idi. Orada qeyd olunurdu ki, “Topaz Premyer Liqasında çıxış edən bütün klublarda minimum 5 nəfərdən ibarət İdarə Heyəti yaradılsın. Bununla əlaqədar klubların yeni strukturu və İdarə Heyətinin üzvləri AFFA rəhbərliyi tərəfindən təsdiq olunması üçün baş katibliyə təqdim edilsin. İdarə Heyətinin tərkibində bir veteran futbolçunun iştirakı ödənişli əsaslarla təmin olunsun”.
 
Bu, həm də prezident üsul-idrəsinin ləğvi demək idi. Amma maraqlıdı ki, qərara əməl edən “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və başqaları da idarəetmədə vahid modeli tətbiq edə bilmədilər. İndi bakılılar prezidentli sistemə qayıtmaqla şurasız işləyəcəklərini göstərirlər. Deməli, baş katibin layihəsi “oturmadı”.
 
Ən əsası odur ki, “Sumqayıt” indiyədək qəribə üsulla idarə olunub – klubda həm Müşahidə Şurası, həm də prezident üsul-idarəsi olub. Deməli, Kamran Quliyev həm İcraiyyə Komitəsinin qərarını qəbul edərək şuranın yaranmasını təşkil edib, həm də öz postunu icraçı direktorluğa dəyişməməklə onu pozub. Və bü gün “Neftçi”nin sabiq icraçı direktoru, indiki prezidenti Orxan Hüseynzadə “Sumqayıt” modelinə keçdiklərini bəyan edir.
 
Hüseynzadə son müsahibəsində, ümumiyyətlə, iflası etiraf etmiş oldu. Onun dedikləri həqiqətdi, amma eyni zamanda himayədarları olan SOCAR-ın sirrlərini faş etməkdi. Deyəsən, hələ də xəbəri yoxdu ki, təyin edildiyi yeni vəzifə onun boynuna keçirilən kəndirdi. Çünki sabah hər şeyə görə o məsuliyyət daşıyacaq.
 
Bununla belə, Orxan bəy həm də şura institutunun bünövrəsini qazır. Kredit götürdüklərin bəyan etməsi az qala bütün ölkənin maliyyəsini təmin edən himayədarlarını zərbə altında qoymaqdısa, bir şapalaq da Müşahidə Şurasına dəyir. Axı, bu qurumun icazəsi/imzası olmadan kredit götürmək mümkün deyildi. Yəqin məsuliyyəti bölüşməyə çalışır.
 
Orxan bəy son açıqlamalarında daha bir neçə yalan danışıb və hər açıqlaması ilə sponsorları zərbə altında qoyub.
 
1-ci açıqlama kredit götürülməsinə hansı zərurətin səbəb olması ilə bağlıdı: “Çıxış yolunu bankdan kredit götürməkdə gördük. Borcları bağladıq və yaxın bir neçə ildə kredit bağlamalı olacağıq”.
2-ci açıqlama PFL prezidenti Ramin Musayevin bütün klubların onlara borclu olmasını deməsinə cavabıdı: “Biz ödənişlərimizi etmişik. Kartlara (oxu: vərəqələrə) görə müəyyən məbləğdə borcumuz qalıb. Yanvarda komandaya cəlb etdiyimiz bütün legionerlərə görə rüsumu ödəmişik. Ancaq bizdən əvvəlki dönəmdə cəlb olunan legionerlərə görə borc var. Sadəcə, indiki vəziyyətdə köhnə borcları bağlamaq imkanımız yoxdu”.
 
Bu iki açıqlama bir-birini döyür. Krediti borcları bağlamağa görə götürmüsüzsə və onları “bağlamısızsa”, PFL-ə borc hardandı? Borcları ödəməmisizsə, həmin pul hara xərclənib?
 
Bir məqam da maraqlıdı və bu suala Peşəkar Futbol Liqasının rəsmiləri də cavab verməlidi. “Neftçi”nin əvvəlki dövrdən borcu qala-qala klub niyə cəzalandırılmayıb, sanksiya tətbiq olunmayıb? Və ümumiyyətlə, köhnə borcları “dondurub”, sonrakı rüsumların ödənilməsi hansı məntiqə sığır? Axı, Hüseynzadə klubu təhvil alanda onun köhnə borclarını da qəbul edib. Hər kəs öz dövründəki işi aşıracaqsa, bəs, yığılıb qalan problemləri kim həll edəcək?
 
Bax, Müşahidə Şuraları olan klublar belə idarə olunur. Hamısı bir maliyyə mənbəyinə bağlanır, SOCAR-ın pulu dağıdılır, nəticələrsə ildən-ilə pisləşir. Ayrılan pullar kimlərisə zənginləşdirir, qohum-əqrəbanın varlanmasını təmin edir, klublar isə 4-5 illik kredit borclarına məhkum edilir. Elxan Məmmədovun futbolumuza gətirdiyi şura ideyasının mahiyyəti elə budur.
 
Lakin artıq hər şey bitdi – filmin sonudu…
 
CAVAD

 
tarix: 10-07-2017 13:47


 
Xəbər lenti
20.07.2017

22:33   “İnter” ikinci topu buraxdı - YENİLƏNİR

22:30   “Qəbələ” “Yagelloniya”ya qarşı - YENİLƏNİR

22:30   "Sumqayıt" Türkiyədə ilk qələbəsini qazandı

22:20   “Zirə” “Astra”ya qol vura bilmir - YENİLƏNİR

21:45   Budak “Kəpəz” üzərində qələbəyə sevindi

21:00   Avroliqada 2-ci təsnifat mərhələsinə yekun vurulur - YENİLƏNİR

20:30   Xanım futbolçularımızdan "Zirə"yə dəstək

20:00   "Deportivo"nu "Xetafe"yə dəyişdi

19:00   Paytaxt klubu hücumçu transfer etdi - FOTO

18:30   “Arsenal”da zəhərlənmə

18:00   Gəncə şəhər stadionunda son durum - FOTOLAR

17:30   "Neftçi"dən Navalovski açıqlaması

17:00   "Qarabağ"dan bilet açıqlaması

16:30   İsrafilov qol vurdu, "Kadis" 13:1 qalib gəldi - VİDEO

16:00   "Yuventus"dan növbəti transfer

15:30   "Fola"nın baş məşqçisi: "Müdafiədə ehtiyatlı olmalıyıq"

15:00   “Zirə”, “İnter” və “Qəbələ” üçün "Neftçi" nümunəsi

14:30   "Qəbələ" və "Zirə"nin oyunları canlı yayımda

14:00   "Qarabağ"ın cavab matçının da vaxtı açıqlandı

13:41   “Qarabağ”dan peşəkarlıq nümunəsi

13:30   Millimizin Qazaxıstanla oyunlar üçün heyəti açıqlandı

12:50   Sabiq "Qəbələ"li: "Zirə" səddini keçməyə şanslıyıq"

12:45   Navalovski 2 ayın maaşından imtina edib?

12:40   Azər Məmmədov: “Mən də bu yolun davamçısı olmaq istəyirəm”

12:30   "Kəpəz"in Türkiyədəki ilk sınağı

12:20   "Neftçi" "Şüvəlan"a belə qalib gəldi - VİDEO

12:10   "Qarabağ" - "Şerif" matçının biletləri sabah satışa çıxır

12:00   "eTopaz"da günün canlı oyunları

11:40   "Sumqayıt" "Al-Fateh"lə üz-üzə

11:20   La Liqadan A Seriyasına

11:00   “TOPAZ”DA BU GÜN

10:30   Erat oynadı, komandası uduzdu

10:12   “Neftçi” prospekt komandası səviyyəsinə düşüb”

10:00   Premyer Liqa klubunda şok itki

09:30   Azərbaycan - Moldova 3:4

08:59   Harınlamış Seqoviya

03:00   Azərbaycanlı referi ÇL matçını idarə etdi

02:30   "İnter" Lüksemburqda son məşqə çıxdı - FOTOLAR

02:00   "Qarabağ" istirahətsiz başladı

01:40   "Qəbələ" "Yagelloniya" ilə matça hazırdı - FOTOLAR

01:30   Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin bütün cütlükləri

01:10   ÇL-də 2-ci təsnifat mərhələsinə yekun vuruldu

01:00   Orxan Hüseynzadə: “Təsisçi ilə artıq özüm görüşürəm”

00:18   “Əlavə vaxta da ehtiyac ola bilər”

00:15   Zaur Svanadze: "Layiqli nəticə uğrunda çalışacağıq"

00:05   Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

19.07.2017

23:45  Şeydayevin komandası ÇL-i qələbə ilə tərk etdi

23:30  Yunanovla Həsənalızadə Bolu toplanışını dəyərləndirdi - VİDEO

23:28  “Qarabağ” üçün 20 yaşlı “arı”

23:24  "Qarabağ"ın rəqibi bəlli oldu - VİDEO

23:04  Morata Torresi kölgədə qoydu

22:59  “Kəpəz”in a'şurası

22:45  Qriqorçuk: "Hücum futbolu oynamaq istəyirik"

22:30  Millimizin Qax toplanışına start verildi

22:17  Navalovskiylə vida qələbəsi: “Neftçi” hələ hazır deyil

22:00  Türkiyəli qapıçı La Liqa klubu ilə müqavilə bağladı

21:32  “Neftçi”dən 2 qollu qələbə

21:27  "Yuventus"da polşalı qapıçı - FOTO

21:00  Ayxan Abbasov: "Mərhələ keçməyə gücümüz çatar"

20:30  "Arsenal" "Bavariya"ya qalib gəldi - VİDEO

20:00  "İnter" Lüksemburqda belə hazırlaşır - VİDEO

19:40  Yordanesku: "3:1 hesablı qələbə mərhələ adlayacağımıza zəmanət vermir"

19:20  Sabiq "Yuventus"lu yenidən Braziliya klubunda

19:00  "Binə"dən 5 transfer

18:40  Super Liqa klubundan yeni transfer

18:20  Millimizin iki futbolçusu Qazaxıstan klubunda

18:00  “Bavariya”da yeni kapitan

17:40  Panuççi Aqollinin baş məşqçisi oldu - FOTO

17:20  Quti: "Qəbələ" mükəmməl komandadı"

17:00  "Yuventus" Alveşi onunla əvəz edir

16:40  "Sumqayıt"ın Boluda 5-ci günü - VİDEO

16:20  "Neftçi" "Səbail"ə məğlub oldu

15:59  “Qarabağ” Embalonu alır?

15:49  Hüseynzadənin sabit heyəti – Çat verdi

14:33  Xəbərimiz təsdiqləndi – Rəsmi

14:00  "Qəbələ"dən daha güclü olduğumuzu göstərməliyik"

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az