(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Fariz Nəcəfov: "Qəbələ" hələ hazır deyil"

Fariz Nəcəfov: "Qəbələ" hələ hazır deyil"

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Polşanın “Yagelloniya” klubu ilə oyundan sonra futbolinfo.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Oyundan razı qaldınızmı? Nəticəni necə dəyərləndirirsiniz?
- Gözlənilməz oldu. Rəqibə sərf edən nəticədir. Əvvəlcədən də bilirdik ki, komandamız hazır deyil. Yeni oyunçularımız olduğu üçün tam hazırlaşa bilmədik. Hələlik, bu hesab rəqibə sərf edir, ancaq hər şey cavab oyunundan sonra bilinəcək.
 
- Yeni transferlərin çıxışından razı qaldınız?
- Tam olmasa da, demək olar ki. Hələ hazır deyillər.
 
- Hər il komanda yenilənir və tamam fərqli oyunçular alınır. Olmazmı ki, vahid sistem və onurğa komanda qurulsun, yeni gələnlər də əlavə edilsin?
- Bizim fərqimiz var. “Qarabağ” şəhərdədi, onlarda uyğunlaşma rahat gedir. Biz isə əyalət komandasıyıq. Gəlirlər və bir ildən artıq qala bilmirlər. Həm də onların sistemi fərqlidi. Bizdə büdcə də çox deyil. Məsələn Kvekveskiri özünü göstərəndən sonra üçqat maaş istədi, biz də onu saxlaya bilmədik. Ona görə də bizim üçün çətindi futbolçunu saxlamaq. Heç bir oyunçunu səbəbsiz yollamamışıq. Biz də istəyərik ki, komandamız daim stabil heyətlə çıxış etsin.
 
- Cavab oyununda “Qəbələ”yə nə kömək edə bilər?
- Biz həmişə nəyə gücümüz çatırsa, onun maksimumunu eləməyə çalışırıq. Bu komandanı keçəcək gücdəyik. Ümid edirəm, nail olacağıq.
 
- Cavab matçı üçün 4 gün öncədən getməyi planlaşdırırsınız?
- Bəli. Çünki çarter ilə getməyə büdcəmiz çatmır. İki gün əvvəl də gedəndə komanda yorğun olur. Ona görə reyslər elədi ki, məcbur 4 gün əvvəl çıxmalıyıq.
 
- Mərhələni keçə bilməsəniz, bu qədər də legioner almısınız və onları çempionatda da oynatmaq mümkün olmayacaq...
- Komandanı ancaq Avroliqa üçün qurmamışıq. Daimi heyət yaratmağa çalışırıq.
 
- Klub rəhbərliyi burda idi, onların fikri necə oldu?
- Danışmaq imkanım olmadı. Hər halda onlar da mənim kimi düşünürlər ki, daha artığını gözləyirdik, ancaq alınmadı.
 
- “Qəbələ” nə vaxta qədər ev oyunlarını Bakıda keçirəcək?
- O vaxta kimi ki, büdcə normallaşacaq və klub öz stadionunu tikib bitirəcək.
 
- Avroliqadakı uğurlu çıxış həm də büdcəni zənginləşdirir. Mümkün uğursuzluq komandanın taleyinə təsir edə bilərmi?
- Xeyr. Komanda hansısa turnir üçün qurulmayıb. Uğursuzluq olsa da, işimizə davam edəcəyik.

ELMAR ABDULLA-ZADƏ


 
tarix: 14-07-2017 00:10


 
Xəbər lenti
25.02.2018

19:01   “Qarabağ” “Kəpəz”ə qarşı - YENİLƏNİR

18:46   Samir Abasov: “Allah bu 3 xalı bizə pay verdi”

18:31   “Sumqayıt”ın növbəti qələbəsi - FOTOLAR

18:07   “Sumqayıt” “Keşlə”yə də qalib gəldi - VİDEO

17:19   Yuri Maksimov: “Sumqayıt” “Keşlə”dən güclüdü”

17:12   Seymur Rəhimov: “Oyunçular dediklərimizi tam yerinə yetirdilər”

15:04   “İnter Arena”da 1 dəqiqəlik sükut

14:49   Müəllimləri istismar edən icra başçısının öz qohumları haradadı?

12:54   Aqibəti Antalyada müəyyənləşən “Neftçi”

11:33   “Duysburq” Eratsız qalib gəldi

11:09   “eTopaz”da günün canlı oyunları

10:50   Millimizin sabiq üzvü üçün 90 dəqiqə

10:26   Nəsirovsuz “Sportinq” yenə xal itirdi

10:00   “TOPAZ”DA BU GÜN

09:24   Pavel Paşayev üçün 90 dəqiqə və 3 xal

03:30   “Səbail”dən “Qəbələ”yə ağır zərbə - FOTOLAR

02:29   Çempion 3 qol vurub, 1 xal qazandı - VİDEO

02:08   “İnter”dən inamlı qələbə - VİDEOLAR

01:53   “Barselona” 6, “Real” 4 qolla qalib gəldi - VİDEOLAR

01:27   “Liverpul”dan darmadağın - VİDEOLAR

00:59   “Bavariya” xal itirdi - VİDEOLAR

00:17   “Trabzonspor”dan səfər qələbəsi

24.02.2018

23:50  Dmitri Nazarov üçün 79 dəqiqə və 3 xal

22:25  “Neftçi”nin “Zirə” ilə heç-heçəsi - FOTOLAR

22:18  Bombardirlərin yarışında fərq azaldı

21:36  “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”

21:26  Tərlan Əhmədov: “Gələcəyə ümid var”

20:45  Paytaxt derbisində hərəyə 1 qol, 1 xal - VİDEO

19:58  “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi

18:59  “Səbail” “Qəbələ”ni belə məğlub etdi - VİDEO

18:41  “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə

18:32  Samir Əliyev: “Qəbələ”yə qarşı 5 oyun sərgiləsək, hamısını uduzarıq”

18:19  Roman Qriqorçuk: “Bunu gözləmirdim”

17:18  “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə

16:16  “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü

14:49  AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi

13:03  “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu

12:16  “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”

11:40  Xidməti müqavilələr, şəxsiyyət vəsiqəsi olmadan alınan xarici pasportlar…

11:04  “eTopaz”da günün canlı oyunları

10:07  3,6 milyonu yeyən adamın yalanları

09:47  “TOPAZ”DA BU GÜN

09:34  Hollandiyada Azərbaycan derbisi qolsuz bitdi

02:04  Autsayderlərin duelində heç-heçə - VİDEO

01:56  Qolsuz başlanğıc - VİDEO

01:49  “Maynts”la “Volfsburq”dan heç-heçə - VİDEO

00:52  Təbriz klubu darmadağına üzüldü

00:01  Anatoli Banişevskinin xatirəsi belə yad olundu - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az