(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Cavid Hüseynov: "Hakim bizi çox sıxdı"

Cavid Hüseynov: "Hakim bizi çox sıxdı"

"Qəbələ" Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Polşanın "Yaqelloniya" klubuna qarşı keçirdiyi ilk oyundan 1:1 hesablı heç-heçə ilə ayrıldı. Futbolinfo.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın kapitanı Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırıb:

- İlk oyunumuz idi. Komandaya yeni gələn futbolçular var. Adaptasiya problemi var. Xəttlər arasında əlaqə zəif idi. İkinci hissədə çoxlu top itkisinə yol verdik. Belə komandalarla oyunda top itirmək olmaz. Əks-hücumda yaxşı oynayırlar. Onların da qol vəziyyətləri çox oldu. Çünki bizim başımız ikinci qolu vurmağa qarışmışdı. Belə olan halda da boşluqlar buraxırdıq. "Yaqelloniya" güclü komandadı. İstəmirdik belə olsun. Qələbə qazanmaq istəyirdik, amma alınmadı. Cavab oyununda qələbə qazanmağa çalışacağıq.

- Rəqibin futbolçuları ucaboylu idi. Buna görə də hava toplarından çox istifadə edirdilər. 18 nömrəli futbolçu da yaxşı top saxlayırdı. Belə komandalarla oyunlarda qələbə qazanmaq üçün necə oynamaq lazımdı?
- Biz ən doğru variantı seçmişdik. Müdafiəmiz dediyiniz futbolçuya qarşı heç də zəif oynamadı. Hücumda istədiyimiz kimi oynaya bilmədik. Tez-tez top itirirdik. Biz top itirəndə də rəqib əks-hücuma keçirdi.
 
- "Yaqelloniya"dan belə oyun gözləyirdiz?
- Rəqibdən belə oyun gözləyirdik. Amma özümüzdən ilk hissədə belə zəif oyun gözləmirdik. Qol buraxandan sonra məyus olduq. Toparlana bilmədik. Amma ikinci hissəyə yaxşı başladıq. Top itkilərinə az yol versəydiq, hər şey başqa cür olardı.
 
- Mərhələ adlamaq şansınızı necə dəyərləndirirsən?
- Şanslar 50/50-yədi. Ruhdan düşmək olmaz. Düşünürəm ki, yaxşı olacaq.
 
- Uzun fasilədən sonra avrokubok matçında oynadın. Hansı hisslər yaşadın?
- Əvvəlki həyəcanı yaşayırdım. Sevinirəm ki, yenə bu həyəcan qayıtdı. 
 
- Hakimin idarəçiliyi ilə bağlı nə deyə bilərsən?
- Özünüz gördüz. İlk yarıda hər şey yaxşı idi. Amma ikinci hissədə hakim bizi çox sıxdı. Sanki biz qonaq komandayıq, "Yaqelloniya" meydan sahibi. Narazılıq edəndə sarı vərəqə verirdi. Belə vəziyyətlərdə hakimə təzyiq etməliyəm. Bu normaldı. Yersiz foulllar verir, penaltimizi vermir. Epizodun təkrarına baxacağıq. Amma mənə elə gəlirdi ki, orada penalti var idi. Hara gedirik bizi sıxırlar. Öz evimizdə oynayanda da yenə bizə qarşı bu cür münasibət olur.
 
- Öz oyunun haqda hansı fikirdəsən? Əvvəlki Cavid Heseynov geri qayıdıb?
- Öz oyunuma yaxşı deməzdim. Oyunum normal alındı. İkinci hissədə biz üstünlük əldə etmişdik. Rəqibin baş məşqçisi bunu hiss etdi və taktiki dəyişiklik etdi. Oyunçu dəyişiklikləri də öz sözünü dedi.

ELMAR ABDULLA-ZADƏ


 
tarix: 14-07-2017 01:00


 
Xəbər lenti
23.11.2017

02:35   ÇL-də gecənin bütün qolları - VİDEOLAR

02:18   Maksim Medvedev: “Məni futboldan küsdürdülər”

01:55   “Atletiko” “Qarabağ” üçün şans yeri qoymadı

01:32   Şenol Günəşdən "Qarabağ"a dəstək, Qurban Qurbanova hədiyyə - FOTO

01:26   “Hakimdən “Qarabağ”a qarşı ağılsız qərar” – “The Sun”

01:04   Rövnəq Abdullayev: “Bu qərarın məqsədli olduğunu deməzdim”

00:45   Rəşad Sadıqov: “Hakimlər bizə qarşı çox sərt mövqe tuturlar”

00:21   Qurban Qurbanov: “Çelsi”nin belə köməyə ehtiyacı yox idi”

00:05   Antonio Konte: “Hakim heç bir halda tərəf tutmamalıdı”

22.11.2017

23:10  “Qarabağ” “Çelsi”yə belə uduzdu - VİDEO

22:49  “Qarabağ” "Çelsi" ilə evdə də bacarmadı

21:14  Bu da “Qarabağ” – “Çelsi” matçında gözlənilən xoreoqrafiya

19:24  “Qarabağ”ın rəqiblərinin oyununda 3 qol

18:25  “Qarabağ” “Çelsi”yə evdə də uduzdu - FOTOLAR

17:57  “Çelsi” fanatı olan Ndlovu: 0:6-dan sonra forma dəyişə bilməzdim

17:10  Şenol Günəş Bakıya gəlir - BOS-dakı dəstəyə görə

16:50  “Qarabağ”ın gəncləri "Çelsi" ilə yenə bacarmadı

16:34  Daha bir milli komanda baş məşqçisiz qaldı

16:11  “Hakimlər hadisəni bəzən düzgün qiymətləndirmirlər”

15:56  Miçel: “Çelsi” ilə oyunda xal qazanmalıyıq”

15:38  Xərçəng xəstəsi olduğunu matçın fasiləsində dedi

15:17  Növbəti turu kim buraxacaq?

14:56  “Zaqatala” “Ağsu”ya doğma meydanda uduzdu - VİDEO

14:40  “Payız turniri” başladı: 3 oyuna 26 qol

14:25  “Mil-Muğan” “Xəzər”i belə məğlub etdi - VİDEO

14:16  AFFA İsgəndər Cavadovun komandalarına texniki məğlubiyyət verdi

13:58  13-cü turun oyun cədvəli bəlli oldu

13:44  Yaşar Seyidovun tövsiyə planı və reallıq

13:38  Topaz Premyer Liqasında 13-cü turun oyun cədvəli

13:24  “Zirə”nin futbolçusuna 1, “Kəpəz”liyə 2 oyunluq cəza

13:15  Divizion klublarının cəzası açıqlandı

13:07  İbrahim Şehiçlə Dedimar Fereyraya 3 oyunluq cəza

12:55  9-cu turun hakim təyinatları açıqlandı

12:42  “eTopaz”da günün canlı oyunları

12:32  “TOPAZ”DA BU GÜN

12:27  “Neftçi” rəhbərliyi Konte ilə görüşdü - FOTO

11:56  Bakıda FIFA-nın sammiti keçirildi - FOTOLAR

11:35  Koke: “Qarabağ”ın uğur qazanmasına ümid etməliyik”

11:26  “Real” və Ronaldodan rekordlar

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az