(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Zaur Svanadze: “Növbəti rəqibimizin “Qalatasaray” olmasını istərdim”

Zaur Svanadze: “Növbəti rəqibimizin “Qalatasaray” olmasını istərdim”

“İnter” Lüksemburqda da öz oyun üslubuna sadiq qalacaq. Evdə “Fola Eş”i 1:0 hesabı ilə məğlub etsək də, səfərdə müdafiədə oturmaq fikirmiz yoxdu”. 

Futbolinfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Bakının “İnter” komandasının baş məşqçisi Zaur Svanadze Avropa Liqasının II təsnifat mərhələsində Lüksemburq təmsilçisi “Fola Eş” ilə cavab oyununu dəyərləndirərkən deyib. 59 yaşlı mütəxəssis bildirib ki, “İnter” Lüksemburqa bu gecə yola düşəcək. O, komandada heyətlə bağlı problemin olmadığını söyləyib: “Cavab görüşü üçün hazırlığımızı tamamlamışıq. Bu gecə səfərə çıxacağıq. Heyətdə zədəli futbolçu yoxdur. Oyunun mahiyyətini yaxşı anlayırıq. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Müdafiəyə aludə olmaq fikrində deyilik. Əlbəttə, ilk növbədə qapımızı toxunulmaz saxlamalıyıq. Lakin vuracağımız bir qol həlledici ola bilər”.

Püşkə əsasən “İnter” “Fola Eş” səddini keçəcəyi halda III təsnifat mərhələsində "Ostersun" (İsveç) - "Qalatasaray" (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. Z.Svanadze növbəti rəqib kimi İstanbul təmsilçisini arzuladığını dilə gətirib: “İndidən nəsə demək tezdir. Çünki özümüz hələ növbəti mərhələyə vəsiqəni təmin etməmişik. Həmçinin kiminlə rəqib olacağımız da bilinmir. “Qalatasaray” səfərdə 0:2 hesabı ilə uduzub. Evdə keçirəcəkləri cavab görüşü asan olmayacaq. Bu komandanın Azərbaycanda çoxsaylı azarkeşlərinin olduğunu bilirəm. Mən də növbəti rəqibimizin “Qalatasaray” olmasını istərdim”.

Qeyd edək ki, iyulun 20-də keçiriləcək "Fola Eş" - "İnter" oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.


 
tarix: 17-07-2017 18:20


 
Xəbər lenti
23.05.2018

01:03   “Səbail”in futbolçusu Uelslə oyunlara dəvət olundu

00:12   Super Liqada daha bir klub baş məşqçisini yola saldı

00:05   Nazarovlu “Ersgebirge” 2-ci Bundesliqada qaldı

22.05.2018

23:38  Samir Əliyev “Səbail”lə yollarını ayırdı

23:27  Region Liqası başa çatdı

18:33  Azərbaycan kubokunun qalibi bəlli oldu

18:11  Həm evdə, həm də səfərdə

18:07  Abışovla Hacıyev üçün əlamətdar tur

17:44  “Qəbələ”nin futbolçularına qarşı 100 min manatlıq dələduzluq!

17:39  “Yaz turniri”nə yekun vuruldu

17:38  Final matçının hakimləri açıqlandı

17:25  Azərbaycan futbolunda ilk

13:53  Yunanov “Keşlə”də

13:47  Tuheli Favr əvəz etdi

13:37  Dağıdılan neft pulları: "Keşlə" yeyinti məhsulları

13:12  Premyer Liqada dövrənin və 2018-ci ilin ən yaxşısı

12:55  Alxasova Polşadan dəvət

12:15  “Sumqayıt”da yarpaq tökümü başladı

12:01  Pelleqrini yenidən Premyer Liqada

11:22  La Liqada yeni klub

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  “Slaviya”dan Muradovsuz qələbə

10:00  “TOPAZ”DA BU GÜN

09:37  “Volfsburq” Bundesliqada qaldı

09:00  Çempionun hüzurunda

01:13  U-11 Liqasının qalibi bəlli oldu

00:50  “Qarabağ”a çempionluq kuboku təqdim olundu - FOTOLAR

00:35  “Qəbələ” gümüş, “Neftçi” bürünc medallarına qovuşdu - FOTOLAR

00:09  Baqali Dabo: “Çempionluğu seçərdim”

00:01  Ramil Şeydayev: “Harada oynayacağımı hələ bilmirəm”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az