(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Hakimlər üçün ayrılan vəsait hara getdi?

Hakimlər üçün ayrılan vəsait hara getdi?

AFFA-nın baş katibi Elxan Məmmədov, sponsor SOCAR-ın futbola axıtdığı maliyyənin böyük hissəsini qohum-qardaş, dost-tanış arasında bölməklə kifayətlənmək istəmir. İndi də o, beynəlxalq futbol qurumlarından gələn yardımlara əl gəzdirir.
 
Dünən ölkə mətbuatında gedən xəbərlərdən bəlli oldu ki, Topaz Premyer Liqasında, eləcə də I divizionda və əvəzedici heyətlər arasında keçirilən ölkə çempionatında ədaləti qoruyan hakimlər ölkə xaricində toplanışda olmayacaqlar (futbol11.).
 
İndiyədək hakimlər ildə iki dəfə ölkə xaricində təlim-məşq toplanışında olurdu. Qış toplanışı adətən Antalya, yay toplanışı isə Avropa ölkələrinin birində baş tuturdu. Budəfəki yay toplanışı Bolqarıstanda reallaşmalı idi. Hakimlər artıq iyulun 19-da ölkə xaricinə yollanmalı idilər. Hətta səfərə getməli olan hakimlərin sənədləri də yığılmışdı. Amma son anda səfər baş tutmayıb və pasportlar geri qaytarılıb.
 
Buna maliyyə çatışmazlığının səbəb olduğu deyilir. Belə ki, AFFA baş katib Elxan Məmmədovun istəyi ilə hakimlərin yay toplanışına vəsait ayırmaq istəməyib.  Onlara yeni mövsümə Bakıda hazırlaşmaq məsləhət görülüb.
 
Bunu Peşəkar Futbol Liqasına və qurumun prezidenti Ramin Musayevə növbəti badalaq kimi də qiymətləndirmək olar. Məmmədov AFFA-da ehtiyat etdiyi yeganə şəxsin səlahiyyətlərini uzun müddətdi yavaş-yavaş əlindən alır. Və Musayev susduqca, dalana dirəndikcə “mehriban düşmən”indən zərbələr alır.
 
Yaxınlarda mətbuatda gedən xəbərlərə görə, hazırda PFL-in büdcəsi yarım milyon manata qədər endirilib ki, bu da AFFA-nın ümumi büdcəsinin 2 faizindən də aşağı məbləğdi. Halbuki təkcə uşaq liqalarına illik 3 milyondan çox vəsait sərf olunur. Fərq isə ortadadı: uşaq liqalarında hər mövsüm 100-ə yaxın texniki məğlubiyyət reallaşır, komandaların az qala yarısı mövsümün gedişində dağılır, neçə illərdi heç bir istedad əsas komandalara kimi yüksələ bilmir. Əvəzində PFL-in təşkil etdiyi yarış qitədə yüksək yerlərə irəliləyir, bu yarışdan çıxan komandalar avrokubokda daim arzusunda olduğumuz uğurları sıralayır.
 
Görünür, hakimlik Musayevin kurasiyasında olduğundan buradakı müsbət nəticələr də baş katibi narahat edir. İstedadlı hakimlər nəslinin yetişməsi, Əliyar Ağayev kimi qitə elitasının qapısını döyən referinin üzə çıxması rəhbərlik etdiyi sahələrdə uğura həsrət olan Məmmədovun yuxusuna haram qatıb. Elə buna görə də o, hər imkanda PFL-in planlarını pozmağa çalışır.
 
PFL hazırda baş katibin ölkə futbol təsərrüfatında ala bilmədiyi yeganə “qala”dı. Elə bu səbəbdən o, hər vəchlə bu qalanın sütunlarına külüng vurur. Hakimlərin toplanışa getməməsi onların yeni mövsümdə səhvlərinin artmasına, beləliklə qurumdan narazılıqların artmasına səbəb olacaq. Məmmədova da elə bu lazımdı – belə olduqda PFL- ləğv etmək, alternativ kimi yaratdığı qondarma Klublar Komitəsini önə çəkmək daha asan olacaq. Axı, bu quruma rəhbərlik edən, Elxan bəyin can dostu olan Kamran Quliyevin çoxdan o postda gözü var.
 
Musayev isə hələlik susur, dözür, açıq mübarizəyə girişmir. Təbii ki, bu şəkildə divara sıxmalar onun ürəyincə deyil, ancaq hələlik səsini çıxarmır. Onu posta gətirən AFFA prezidenti Rövnəq Abdullayevə görə susur, futboldakı bütün uğurlarını birlikdə qazandıqları rəhbərinə görə baş katibin hər həmləsini sinəyə çəkir. Ancaq budəfəki həmlə həm də AFFA prezidentinin özünə qarşıdı. Çünki Elxan bəy hakimlərin mümkün səhvlərini “hazırlamaqla” klubların səsini çıxarmasını istəyir. Və bu etirazlar sabah təkcə PFL-ə yox, həm də AFFA prezidentinə olacaq. Bu da çoxdandır himayədarının sifarişi ilə xəyanət planları cızan baş katibin işinə yarayır.
 
Bəs, hakimlərin toplanışı üçün vəsait həqiqətən yoxdurmu? Ola bilər, SOCAR-da, AFFA-da müəyyən çətinliklər olsun, lakin bu, hakimlərin toplanışının təxitə salınması ilə nəticələnməməlidi. Əvvəla, ölkədə benzinin qiymətinin ceyran belinə qalxmasından sonra bundan yeganə faydalanan qurum məhz SOCAR-dı. Digər tərəfdən hakimlərin hazırlığı üçün pulu heç də AFFA-nın himayədarı ayırmır.
 
AFFA-nın illik hesabatlarında da qeyd olunduğu ki, UEFA 2016-cı ildə milli assosiasiyamızın hesabına 3,198,514 manat vəsait köçürüb. Və orada qeyd olunan təyinat istiqamətlərindən biri kimi hakimlik standartlarının inkişaf etdirilməsi, onların hazırlığının yaxşılaşdırılmasıdı. Bilidyimizə görə, 300 min manat təkcə hakimlərin daha yaxşı hazırlaşması üçün ayrılır. Belədə AFFA-nın UEFA-nın ayırdığı pulu təyiantı üçün niyə xərcləmədiyi çox maraqlıdı. Deyəsən, baş katib qitə futbol qurumunun ayırdığı vəsaiti öz planlarının reallaşdırılması üçün ayırır, hakimləri isə minimum xərclə yola verməyə çalışır.
 
Görəsən, AFFA-nın büdcəsini stadionların qazonuna qulluq edən şəxsi şirkətlərinə, xanım dostunun/şərikinin keytrinq xidməti göstərən firmasına və s. bu kimi şəxsi məqsədli layihələrə xərcləyən Məmmədovun hakimlər üçün ayrılan UEFA vəsaitinəmi ehtiyacı var? Axı, bu, həm də öz rəhbərinə qarşı gözlənilən etiraz dalğasına səbəb ola bilər. Bəlkə elə əsas plan budur?
 
FƏRİD
 
P.S.: AFFA-nın son konfransından sonrakı brifinqdə AFFA prezidenti hakimlər üçün ölkə xaricində toplanış təşkil ediləcəyini bildirmişdi. İndi isə Məmmədov onu yalançı çıxarmağa çalışır.
P.P.S.: AFFA-nın həqiqətən maliyyə problem varsa, görəsən, niyə bu yalnız hakimlərin toplanışında özünü büruzə verir? Assosiasiyanın/SOCAR-ın maliyyələşdirdiyi “İnter”, “Kəpəz”, “Səbail”, “Sumqayıt”, “Neftçi” xaricdə toplanış keçirmək üçün pulu haradan tapıb?

 
tarix: 18-07-2017 09:44


 
Xəbər lenti
23.11.2017

02:35   ÇL-də gecənin bütün qolları - VİDEOLAR

02:18   Maksim Medvedev: “Məni futboldan küsdürdülər”

01:55   “Atletiko” “Qarabağ” üçün şans yeri qoymadı

01:32   Şenol Günəşdən "Qarabağ"a dəstək, Qurban Qurbanova hədiyyə - FOTO

01:26   “Hakimdən “Qarabağ”a qarşı ağılsız qərar” – “The Sun”

01:04   Rövnəq Abdullayev: “Bu qərarın məqsədli olduğunu deməzdim”

00:45   Rəşad Sadıqov: “Hakimlər bizə qarşı çox sərt mövqe tuturlar”

00:21   Qurban Qurbanov: “Çelsi”nin belə köməyə ehtiyacı yox idi”

00:05   Antonio Konte: “Hakim heç bir halda tərəf tutmamalıdı”

22.11.2017

23:10  “Qarabağ” “Çelsi”yə belə uduzdu - VİDEO

22:49  “Qarabağ” "Çelsi" ilə evdə də bacarmadı

21:14  Bu da “Qarabağ” – “Çelsi” matçında gözlənilən xoreoqrafiya

19:24  “Qarabağ”ın rəqiblərinin oyununda 3 qol

18:25  “Qarabağ” “Çelsi”yə evdə də uduzdu - FOTOLAR

17:57  “Çelsi” fanatı olan Ndlovu: 0:6-dan sonra forma dəyişə bilməzdim

17:10  Şenol Günəş Bakıya gəlir - BOS-dakı dəstəyə görə

16:50  “Qarabağ”ın gəncləri "Çelsi" ilə yenə bacarmadı

16:34  Daha bir milli komanda baş məşqçisiz qaldı

16:11  “Hakimlər hadisəni bəzən düzgün qiymətləndirmirlər”

15:56  Miçel: “Çelsi” ilə oyunda xal qazanmalıyıq”

15:38  Xərçəng xəstəsi olduğunu matçın fasiləsində dedi

15:17  Növbəti turu kim buraxacaq?

14:56  “Zaqatala” “Ağsu”ya doğma meydanda uduzdu - VİDEO

14:40  “Payız turniri” başladı: 3 oyuna 26 qol

14:25  “Mil-Muğan” “Xəzər”i belə məğlub etdi - VİDEO

14:16  AFFA İsgəndər Cavadovun komandalarına texniki məğlubiyyət verdi

13:58  13-cü turun oyun cədvəli bəlli oldu

13:44  Yaşar Seyidovun tövsiyə planı və reallıq

13:38  Topaz Premyer Liqasında 13-cü turun oyun cədvəli

13:24  “Zirə”nin futbolçusuna 1, “Kəpəz”liyə 2 oyunluq cəza

13:15  Divizion klublarının cəzası açıqlandı

13:07  İbrahim Şehiçlə Dedimar Fereyraya 3 oyunluq cəza

12:55  9-cu turun hakim təyinatları açıqlandı

12:42  “eTopaz”da günün canlı oyunları

12:32  “TOPAZ”DA BU GÜN

12:27  “Neftçi” rəhbərliyi Konte ilə görüşdü - FOTO

11:56  Bakıda FIFA-nın sammiti keçirildi - FOTOLAR

11:35  Koke: “Qarabağ”ın uğur qazanmasına ümid etməliyik”

11:26  “Real” və Ronaldodan rekordlar

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az