(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Ramin Musayev: "İstefa verməyə hazıram"

Ramin Musayev: "İstefa verməyə hazıram"

Bu gün Azərbaycan Premyer Liqasının növbəti mövsümünün püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, AFFA-nın inzaibati binasında keçirilən püşkatmadan əvvəl Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb:

- Həmişə ölkə xaricində bizdən soruşurdular ki, sizdə komandalarda ulduzların sayı niyə belə çoxdu? Belə qərara gəldik ki, bir komanda 5 dəfə çempion olubsa, o komanda ulduz taxa bilər. 5 çempionluq bir ulduzla qiymətləndiriləcək. Bundan əlavə, 1996-97 mövsümünün çempionu “Neftçi” sayılacaq.

Belə qərara gəldik ki, klublar arasında oyunçu icarəsi zamanı həmin futbolçunun öz klubuna qarşı oynamamasıyla bağlı razılıq olmasın. Oyunçunu icarəyə vermisənsə, sənə qarşı oynaya bilər. Onsuz da futbolçular il ərzində az oyun keçirirlər.

- Növbəti mövsümdə əvəzedici komandalar yenə əsas komandalardan bir gün əvvəl meydana çıxacaq?
- Növbəti mövsümdən əvəzedicilər əsas komandadan əvvəlki kimi bir gün əvvəl yox, bir gün sonra oynayacaq. Bunu məşqçilərin xahişi əsasında qəbul etmişik. Ancaq məncə, bu, doğru qərar deyil.

- Birinci Divizionda vəziyyət necə olacaq?
- Birinci Divizionda 12 komandanın çıxış etməsi gözlənilir. Ancaq bu ildən klubların çempionatda çıxış etməsi ücün zəmanət məktubu tələb edəcəyik. Bu cür məktubu təqdim etməyən klublar Birinci Diviziona buraxılmayacaq. Kimin klubu olmasından asılı olmayaraq. Elə klublar olur ki, oyunçuları yığısıb bura gəlir, kömək istəyirlər. Bu cür halların yaşanmaması ücün ancaq zəmanət məktubu təqdim eden klublar buraxılacaq.

- “Xəzər Lənkəran” rəhbərliyi deyib ki, hazırkı rəhbərlik ola-ola çempionata qayıtmayacaqlar. Bu barədə nə deyə bilərsiz?
- Onlar düz deyirlərsə, mən istefa verməyə hazıram. İnsan səhvi birinci özündə axtarmalıdı. Mən həmişə deyirəm ki, hansı klub rəhbəri öz maliyyəsindən futbolun inkişafı naminə ayırırsa, onları futboldan iyrəndirməməliyik. Hakimlərə də bunu tez-tez deyirəm ki, bizə inanan insanları futboldan küsdürməyin. Mənə sual verirlər ki, “Bakı” və “Xəzər Lənkəran” komandaları Premyer Liqaya gəlmək istəsə, çempionata buraxarsızmı? Yenə deyirəm, hansısa sponsor komandasını elitaya buraxmaq istəyərsə, yenidən püşkatma keçirərəm. “Rəvan” və “Şərurspor”un Birinci Diviziondan getməsi mənə xoş gəlmədi, rəhbərlikləri ilə yaxşı münasibətimiz var idi. Dəvədən böyük fil var. UEFA-dan bizə məktub gəldi ki, onlar cəzalandırılır. Gəlmək istəyən komanda varsa, gözümün üstündə yeri var. Bu il “Binə” gəlib. “Göyçə” komandası gəlir, Göyçə mahalını təmsil edəcək. Sözsüz ki, bayaq dediyim sənədlər onlardan da tələb olunur. Hansısa sponsor çempionata komanda buraxmaq istəsə, mane olmaram.


 
tarix: 02-08-2017 13:05


 
Xəbər lenti
22.08.2017

02:00   La Liqada ilk tura yekun vuruldu - VİDEO

01:22   "Mançester Siti" doğma meydanda xal itirdi - VİDEO

00:55   Super Liqada 2-ci tur darmadağınla başa çatdı - VİDEO

00:27   "İnter"in futbolçusu rəsmən "Valensiya"da - FOTO

00:05   Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

21.08.2017

23:35  Emin üçün 90 dəqiqə və 3 xal

23:01  “Qarabağ”a ilk oyunda 0:1 hesabıyla uduzmağımız bizim üçün problem deyil”

22:38  300-cü avrokubok matçı - "Qarabağ" 87-ci qələbəmizi qazana bilər

22:07  “Qarabağ” üçün millimizin baş məşqçisini qovan hakim

21:36  “Səbail” rəqiblərini hansı stadionda qəbul edəcək?

21:04  "Qəbələ" "Dinamo"ya qalib gəldi

20:34  Tahir Gözəl "Qarabağ"ın sabiq məşqçisi ilə görüşdü - FOTO

20:02  "Neftçi"də təcili toplantı

19:38  "Kəpəz" "Zirə"yə uduzdu, "Qəbələ" "Sumqayıt"a 9 qol vurdu

19:09  Nəsri rəsmən Türkiyə klubunda - FOTO

18:42  “Kopenhagen” “Qarabağ”la 19 il əvvəlki oyunun videosunu yaydı - VİDEO

18:26  "Qəbələ"dən 600-cü qol

18:08  MOİK-dən 5 qollu qələbə

17:45  “Səbail”də ayrılıq: Yeni transfer komandadan getdi

17:25  "Neftçi" Əhmədova həvalə olundu

17:08  "Arsenal" iki futbolçusunu icarəyə göndərdi

16:43  2012 gün öncə: 2012-ci ildə

16:21  “Neftçi” tarixinin ən uğursuz startı

16:07  Rəşad Sadıqov üçün əlamətdar tur: Kapitan 300-ə çatdı

15:44  “Marka”: “Qarabağ” tabe olmadığı ölkəni təmsil edir - FOTO

15:15  Premyer Liqa klubundan rekord transfer

14:21  Elxan Abdullayev “31”lə getdi

13:40  “Kopenhagen” - “Qarabağ” matçı ispanlara tapşırıldı

13:34  Şuralı klublarla şurasız klubların rəqəmli fərqi

13:32  Kaliniç "Milan"da

13:01  Macar KİV-i “Qarabağ” haqda: "Tiki-taka"yla xəyalət şəhərdən ÇL-ə"

12:56  Kamal Quliyev “Neftçi”yə özünü təklif etdi

12:53  Minnətdarlıqla vida

12:49  Abdullayevin müvəqqəti xələfi

12:29  İstefa verməyib, qovulub!

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az