(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Qriqorçuk: "Rəqib bizdən üstün deyil"

Qriqorçuk: "Rəqib bizdən üstün deyil"

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda sabah “Panatinaikos”u qəbul edəcək “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunöncəsi mətbuat konfransında iştirak edib. Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis birbaşa sualları cavablandırıb:

- Komandada motivasiya necədi? Dünən “Qarabağ”ın oyununu izlədiz?
- Oyuna baxmadım. İşlərim var idi. “Qarabağ” barədə yalnız xoş sözlər deyə bilərəm. Ümid edirəm ki, onlar qrup mərhələsinə vəsiqə qazanarlar. O ki qaldı “Qarabağ”ın qələbəsinin bizim motivasiyaya təsir etməsinə, bunun əlaqəsinin olmadığını düşünürəm. “Qarabağ”ın qələbəsi Azərbaycan futbolunun irəli getməsi deməkdi. Bu cəhətdən bizi sevindirir.

- Sabahkı oyunda taktiki dəyişiklik gözlənilir? 
- Rəqibin bir neçə sürətli oyunçusu var. Lakin biz sürətdə onlardan geri qalmırıq. Sabahkı oyunda əsas odu ki, öz oyunumuzu oynayaq. Belə olan halda, şanlarımız da çoxalacaq. Əlavə olaraq qeyd edim ki, sürət idmanda əsasdı. Sabahkı oyunda rəqibin bu cəhətdən bizdən üstün olduğunu düşünmürəm. Düzdü, bizim ötən il qarşılaşdığımız “Maynts”, “Anderlext” kimi komandalar sürətdə bizi üstələyirdi. Lakin sabahkı oyunda bu cür çətinliklə qarşılaşacağımızı düşünmürəm. 

- Cavid Hüseynov son oyunlarda çox aqressiv görünür. Buna görə iki dəfə sarı vərəqə alıb. Bu barədə onunla danışmısız?
- Bu sualı bir qədər gec verdiz. Əvvəllər onun oyununda aqressivlik var idi. Bu barədə onunla danışmışam. Son oyunda bu cəhətdən problem görmədim.

- “Qəbələ” həmişə səfər oyunlarında inamlı oyunu ilə seçilib. Ancaq son səfər oyunu bu cəhətdən fərqli oldu. Bu nə ilə bağlıdı? Komanda hələ tam hazır deyil?
- Səbəb o idi ki, biz öz oyunumuzu sərgiləyə bilmədik. Bunda rəqibin oyununun da təsiri oldu. Fikrimcə, sabah öz oyunumuzu sərgiləyə biləcəyik.

- Rəqibin heyətində bir neçə texnikalı oyunçu var. Onları zərərsizləşdirmək üçün hansısa tədbir görəcəksiz?
- İlk oyundan öncə də onların necə oynadıqlarını bilirdik. Bu, ötən mövsümkü yox, yeni komanda idi. Lakin həmin oyunçuların əvvəlki klublarındakı oyununu izləmişdik. Rəqibin yaxşı oyun sərgiləməsinə səbəb bizim öz oyunumuzu sərgiləyə bilməməyimiz oldu.

- “Qəbələ” həmişə cavab oyununda daha yaxşı təsir bağışlayır. İstədiyiniz oyunu meydanda görmək üçün heyətdə dəyişiklik edəcəksiz?
- Sabah meydana buraxacağım heyəti hələ dəqiqləşdirməmiəm. Bu gün onlarn hazırlığına bir daha diqqət yetirəcəm. Bu həftə yaxşı məşq etmişik. 

- Zədə səbəbindən ilk oyunu buraxan Xavinin durumu necədi?
- Hazırda heyətdə zədəli futbolçu yoxdu. Kimin “18”-likdə yer alacağına sabah qərar verəcəm.

- Əvvəlki illərdə mərhələni keçəcəyiniz təqdirdə nə isə edəcəyinizə söz verirdiz. Bu, uğurlu alınırdı. Bu dəfə necə, mərhələ keçəcəyiniz təqdirdə nəyəsə söz verirsiz?
- Söz vermək istəmirəm. Kim isə futbolla bağlı nə isə söz verəndə, bu, mənə gülməli gəlir. Onu deyə bilərəm ki, qrup mərhələsinə vəsiqə qazansaq, nəyəsə söz vermək olar. Söz verirəm ki, qrup mərhələsinə vəsiqə qazansaq, nə isə edəcəyəm (gülür).

- İki il öncə də “Panatinaikos”la qarşılaşmışdız. Həmin komandalarla indiki komandaları müqayisə edərdiz...
- Həm onların komandası, həm də bizim komanda 2 il öncə tam fərqli idi. İlk oyundan sonra xeyli iş görmüşük. Bir xeyli məlumat əldə etmişik. Yerdə qalır, bunu meydanda göstərmək.

- Sizcə, oyunun taleyini 90 dəqiqədə həll etməməniz əlavə vaxtda komandaya çətinlik yaratmaz ki?
- Rəqib fiziki cəhətdən heç də bizdən üstün deyil. İlk oyun belə düşünməyimə səbəb verir. Fikrimcə, qələbə qazanmalıyıq, istər 90 olsun, istərsə də 120 dəqiqəyə.

- Penaltilərə necə, hazırsız?
- Arzu edirəm ki, sabah penaltilərə ehtiyac olmayacaq. Ancaq penaltilərlə bağlı məşq etmişik. Artıq penaltilərə qalacağımız təqdirdə kimlərin bu zərbəni yerinə yetirəcəyini də müəyyənləşdirmişəm.

- Komanda sabah hesabda geri düşsə, 3 qol vurmalı olacaq. Bu cəhətdən komandanı psixoloji cəhətdən hazırlamısız?
- Oyunçulara demişəm ki, sabah bizə 3 qol vurmaq lazımdı. Səfərdəki oyunda 5 istəyirdik, ancaq alınmadı (gülür). Onu deyə bilərəm ki, sabahkı oyuna hazırıq.


 
tarix: 02-08-2017 20:50


 
Xəbər lenti
24.10.2017

01:38   Fransa klubu baş məşqçisini qovdu

01:18   "Deportivo" uduzdu, "Real Sosyedad" xal itirdi

01:09   "Beşiktaş" doğma meydanda xal itirdi

00:55   “Qızıl oğlan” mükafatı ona verildi

00:15   Qadın futbolunda da ən yaxşılar müəyyənləşdi

00:09   İlin ən yaxşı futbolçusu – Ronaldo!

23.10.2017

23:58  FİFA 2017-ci ilin simvolik komandasını açıqladı - FOTO

23:46  İlin feyr-pley mükafatı ona verildi - VİDEO

23:38  İlin ən yaxşı fanatları onlar seçildi

23:33  2017-ci ilin ən yaxşı qapıçısı - Buffon

23:25  2017-ci ilin ən yaxşı məşqçisi bəlli oldu

23:15  2017-ci ilin ən yaxşı qolu seçildi - VİDEO

22:46  “Qəbələ”ni dayandıran tapıldı

22:24  AFFA Argentina millisi ilə oyundan imtina etdi

18:45  Çempionlar Liqasında 3-cü turun ən gözəl qolu - VİDEO

18:11  Kuba Ensiklopediyasında "Qarabağ" haqda məqalə

17:50  Nazarov meydandan buna görə qovulub - VİDEO

17:31  Məhv edilmiş sabah: müəllimini göstər, deyim “kimsən?”

17:10  Ronald Kuman qovuldu

16:53  9 liqada 7118 futbolçu meydana çıxıb

16:38  Millimizin seçmə mərhələ üçün heyəti açıqlandı

15:46  “Qarabağ” “Qəbələ”yə belə məğlub oldu - FOTOLAR

14:50  Super Liqa klubu baş məşqçisini qovdu

14:14  Rauf Əliyevin Albaniyada növbəti qolu - VİDEO

13:41  Millimizə İspaniya və İsveç klublarından futbolçular dəvət olundu

13:30  Məhv edilmiş sabah: yığma 10 il öncə yetişənlərin ümidinə qalıb

13:26  “Neftçi” bunu sonuncu dəfə 2014-cü ildə görmüşdü

13:14  Liderlərin məğlubiyyətsizliyinə son

13:02  Topaz Premyer Liqasında iki rekord

12:34  “eTopaz”da günün canlı oyunları

12:18  Qurban Qurbanova gizli məktub

12:05  “TOPAZ”DA BU GÜN

11:55  “Qəbələ” rəhbərliyi gəldi, amma danışmadı

11:46  Emin Kürdov: “Bu oyundan dərs çıxarmalıyıq”

11:37  Hakim səhvi Premyer Liqada intriqanı geri qaytardı

11:27  Bir oyun canlı yayımda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az