(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Hacı Vaqifin çempionatı

Hacı Vaqifin çempionatı

Cavad email: futbolinfo@mail.ru

Ona “Hacı Vaqif” deyir, belə müraciət edirik. İnanclı adamdı. Vaqif Davudovu deyirəm.

O, həm də fəal futbol təşkilatçısıdı. Yaşlı olması bir yana, təcrübəsi ilə bir çox AFFA məmurunu cibində gəzdirər. İndi həm də Hakim-inspektorar Komitəsində çalışır, tez-tez oyunlarda işinin başında olur.

Davudovu daha çox Bakı qəsəbə və kəndlərinin çempionatının təşkilatçısı kimi tanıyırıq. Abşeronda top oyununun populyarlaşmasında, bir çox gəncin sağlam həyat tərzi yaşamasında onun misilsiz xidməti var. Bəzən din adamlarının şərəfinə də yarış keçirir, AFFA-nın unutduğu futbol əfsanələrimizin – Anatoli Banişevskinin, Ələkbər Məmmədovun xatirəsinə də. Səviyyə bir o qədər yüksək olmur, amma imkanı daxilində nələrsə edir.

Ölkə çempionatının turnir cədvəli bəzən coğrafiya dərsliyi və ya turistlər üçün soraq kitabçası rolunu oynamalıdı. Sevilya, Valensiya, Barselona, Verona, Mançester, Bordo, Portu, Eyndhoven və s. – həm şəhər, həm də klub adlarıdı. Hələ fərqli adlarla milli birinciliklərdə təmsil olunan neçə-neçə şəhərin komandası var. Və istənilən ölkədə belələrinin sayı ən azı 10 rəqəmiylə ölçülür. İtaliyada, İngiltərədə, İspaniyada, Almaniyada minimum 10 şəhərin komandası təmsil olunur və paytaxtdan 2-3 komandadan artığı olmur.

Bəs, bizdə vəziyyət necədi? Cəmi 8 komanda və əksəriyyəti Bakıda məskunlaşıb . “Sumqayıt” da elə paytaxta bitişikdi, “Qarabağ” illərdi qaçqın kimi Suraxanıda məskunlaşıb, “Kəpəz” Gəncəyə oyundan-oyuna gedir. Belədə yalnız “Qəbələ” həqiqətən rayon komandasıdı. Hətta sırf təmsil etdiyi şəhərləri əsas götürsək, iştirakçıların tam yarısı Bakıdandı. Sanki bu ölkə paytaxtdan ibarətdi, bölgələrdə futbolun inkişafı, kütləvilik heç kimə lazım deyil.

Tovuz, İmişli, Quba, Qusar, Zaqatala, Yevlax, Şəmkir, Lənkəran, Salyan, Cəlilabad, Sabirabad, Beyləqan, Şamaxı, Bərdə, Tərtər, Şəki, Ağsu, Ağdaş, Mingəçevir, Masallı və başqalarının olduğu bir çempionat təsəvvür edin.

Bəs, biz nə edirik? Bu gün-sabah “İnter” də “Mərdəkan”a çevriləcək, “Səbail” elə Bayıl kimi bir şeydi, “Zirə”, divizionda “Binə”, “Şüvəlan”, həvəskarların yarışında “Sabunçu”, “Suraxanı” var. Əsl Bakı kənd və qəsəbələrinin çempionatı. Bircə Hacı Vaqifin AFFA-nın baş katibi və ya Peşəkar Futbol Liqasının prezidenti olması qalıb.

Ölkə futbolunu SOCAR-ın zavod birinciliyi, kənd-qəsəbə çempionatı səviyyəsinə endirənlər utanırmı, görəsən?


 
tarix: 03-08-2017 18:01


 
Xəbər lenti
24.11.2017

03:00   Avroliqada bol qollu gecə - VİDEOLAR

02:20   Avropa Liqası: "Arsenal" uduzdu, "Milan"dan darmadağın

23.11.2017

22:01  “Qarabağ”la oyunda mütləq qələbə qazanmalıyıq”

21:31  "Roma" - "Qarabağ" matçını canlı izləmək istəyənlərin nəzərinə

21:22  Şehiç ÇL-in ən yaxşısı, "Qarabağ" isə…

19:55  “Araz” darmadağınla qalib gəldi

18:23  Yığmamız Türkiyəyə böyük hesabla məğlub oldu

18:09  Birinci Divizionda 11-ci turun hakim təyinatları

17:33  “Keşlə” “Neftçi”yə qalib gəldi

17:15  Ukraynalı məşqçi Bakıya gəldi - danışıqlar üçün

16:56  “Qarabağ” 19 ildən sonra təkrarlanan antirekordu

16:35  İbrahimoviç ÇL-in tarixinə düşdü

16:18  “Roma”nın “Qarabağ”la görüşdə büdrəməsini gözləməliyik”

15:24  Daha bir milli komandada baş məşqçi istefası

14:58  Millimiz FİFA reytinqində yenə gerilədi

14:38  “Sumqayıt”dan son ev oyunu öncəsi müraciət

14:05  “Qəbələ”dən 22:0 hesablı qələbə

13:53  “Kəpəz” “Qəbələ” ilə oyuna tam heyətlə hazırlaşa bilmir

13:36  Avropa çempionatının biletləri satışa çıxarıldı

13:05  Eden Azar: “Qarabağ” qol vursaydı, bəlkə də hər şey fərqli olacaqdı”

12:54  “Qarabağ” həqiqəti və futbol həqiqəti

12:24  Dino Ndlovu: “Adamın çəkdiyi əziyyətə heyfi gəlir”

12:09  ÇL-in rekordu “Qarabağ” - “Çelsi” oyununda qeydə alındı

11:44  “eTopaz”da günün canlı oyunları

11:35  “TOPAZ”DA BU GÜN

11:27  “Qarabağ” - “Çelsi” matçının ən yaxşısı bəlli oldu

11:19  “Qarabağ” uduzsa da, Azərbaycan mövqeyini qorudu

11:02  “Qarabağ” son ev matçında belə məğlub oldu - FOTOLAR

02:35  ÇL-də gecənin bütün qolları - VİDEOLAR

02:18  Maksim Medvedev: “Məni futboldan küsdürdülər”

01:55  “Atletiko” “Qarabağ” üçün şans yeri qoymadı

01:32  Şenol Günəşdən "Qarabağ"a dəstək, Qurban Qurbanova hədiyyə - FOTO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az