(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Böyük problemin astanasında

Böyük problemin astanasında

Topaz Premyer Liqasının 2017/18 mövsümü bu həftə start götürəcək. Hərə bir cür hazırlaşıb. Hakimləri isə aşağı səviyyəli toplanışla yola verdilər. Gələcək böyük problemin rüşeymləri də məhz bu məqamdan qaynaqlanır.

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bildirmişdi ki, bu dəfə xaricdə toplanış keçirilməməsinə səbəb maliyyə problemi yox, guya istənilən sayda sparrinqlərin olmamasıymış.

Reallıq nədir?

Hakimlərin xaricdə toplanış keçməməsi sırf maliyyə probleminə əsaslanaraq, təxirə salınıb. Bunu bəhanə  edən də baş katib Elxan Məmmədovdu.  Halbuki bu, qaydaları pozmaqdır. Hakimlərin toplanışı üçün maliyyə problemi ola bilməz.  UEFA-dan bu cür əhəmiyyətli məsələlərçün dotasiya ayrılır.

Bəs toplanış niyə xaricdə baş tutmadı?

Hakimliyin problemlərlə yanaşı hallandırılması baş katibə sərf edir. Çünki mediada hakimlik müzakirə ediləndə daha çox Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hədəfə gətirilir. Halbuki komitə katibliyə tabedir, PFL-ə yox. 

Məmmədovun Musayevi çox məsələlərdə neytrallaşdırdığı məlumdur. Bu ərəfələrdə onu növbəti problemlə hədəfə gətirmək cəhdi budur. Məhz bu məqamda diqqətli olmaq lazımdır. Hakimlərin hər səhvi Musayevin, Xaqani Məmmədovun yox, birbaşa baş katibin adına yazılmalıdır. Xaricdə toplanış üçün maddi imkan ola-ola buna mane olması onun büdcəni düşünməsi yox, mənfəətbaz olmasını düşünməyə əsas verir.  Musayevin və hakimbaşı Məmmədovun baş katibin yanlış qərarına etiraz bildirməməsi, əksinə, anormallığı normallıq kimi sırıması da unudulmamalıdır. Onlar vəzifədə qalmağı yenə üstün tutdu. 

Ən əsası, martdakı illik hesabat konfransında AFFA prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, hakimlərin xaricdə toplanış keçməsi vacibdir və bununçün heç bir maddi, yaxud hər hansı digər problem ola bilməz. Abdullayev hətta medianın da toplanışı yerində izləməsinin təmin edilməsinə göstəriş vermişdi. 

Bəs nə oldu?

Məmmədov toplanışa mane oldu. Məqsədini də az əvvəl açıqladıq. Bununla hədəfə həm də Abdullayev gəlirmi? Adamın yalan açıqlama verdiyi, sözünün üstündə durmaması faktı ortadadırmı? 

AFFA-nın, SOCAR-ın büdcəsinə müdaxilə etmədən bu toplanışın gerçəkləşirilməsi mümkün ola-ola, bu, baş tutmasın - anormallıq.

***               ***               ***

Xatırlayırsınızsa, Elxan Məmmədovun videotəkrar  texnikasının üstünlüyü haqda məqalə çıxmışdı. Və bunun Topaz Premyer Liqasında tətbiqinin vacibliyini qabartmışdı. Nə məcburdur? Hələ böyük ölkələr bu layihəni uzaq perspektivçün qəti olmayan tədbirlər sırasına daxil edibsə, baş katibin bu hövlnak təşəbbüsünün səbəbi nədir?

Hakimlərin hazırlığı zəif olub. Bu mövsüm çempionatda kifayət qədər səhvlər olacaq. Belədə baş katib politik gedişinin davamını gətirə bilər. Videotəkrar Azərbaycanda reallaşdırılsın.

Aha...

Bununçün avadanlıqlar lazımdırmı? Bəli.  Məsələnin incə məqamı da bunda gizlənib. Necə ki, AFFA nəzdində/himayəsində olan stadionların meydançalarının yenilənməsi və s. Elxan Məmmədovun monopoliyasındadı, eləcə də videotəkrarın tətbiqi üçün avadanlıqları da o gətirər ölkəyə. 

AFFA prezidenti Rövnəq Abdullayevin səlahiyyətlərini de-fakto yerinə yetirən Məmmədovun sırf dost-tanışını bəsləməyə hesablanan mənfəətbaz  siyasəti günün birində araşdırılsa, ortaya tükürpədici faktların çıxacağı şübhəsizdir. Belədə cavabdeh kim olacaq, cənab Abdullayev? 

futbolpress.az


 
tarix: 06-08-2017 15:06


 
Xəbər lenti
24.10.2017

14:50   Bir oyun canlı yayımda

14:35   Birinci Divizionda 5-ci turun oyun cədvəli

14:06   Üç oldular, Qurban bəy!

13:22   "Böyük kapitan"ın həyat kitabı: Embarqoyla başlayan uzun yol...

13:00   Dmitri Nazarova ağır cəza

12:41   “Zirə” - “İnter” matçının hakim təyinatları açıqlandı

12:23   “eTopaz”da günün canlı oyunları

12:06   “TOPAZ”DA BU GÜN

11:44   4-cü turun hakim təyinatları açıqlandı

11:20   Sadıqovla Prosineçki kmə səs verib?

11:05   Elnur Eyvazov: “Bu, tam başqa - əsl “Neftçi”di!”

10:05   Fərid Nəbiyev oynadı, “Slaviya” yenə uduzdu

09:04   Emin 90 dəqiqə oynadı, “Kalmar” uduzdu

01:38   Fransa klubu baş məşqçisini qovdu

01:18   "Deportivo" uduzdu, "Real Sosyedad" xal itirdi

01:09   "Beşiktaş" doğma meydanda xal itirdi

00:55   “Qızıl oğlan” mükafatı ona verildi

00:15   Qadın futbolunda da ən yaxşılar müəyyənləşdi

00:09   İlin ən yaxşı futbolçusu – Ronaldo!

23.10.2017

23:58  FİFA 2017-ci ilin simvolik komandasını açıqladı - FOTO

23:46  İlin feyr-pley mükafatı ona verildi - VİDEO

23:38  İlin ən yaxşı fanatları onlar seçildi

23:33  2017-ci ilin ən yaxşı qapıçısı - Buffon

23:25  2017-ci ilin ən yaxşı məşqçisi bəlli oldu

23:15  2017-ci ilin ən yaxşı qolu seçildi - VİDEO

22:46  “Qəbələ”ni dayandıran tapıldı

22:24  AFFA Argentina millisi ilə oyundan imtina etdi

18:45  Çempionlar Liqasında 3-cü turun ən gözəl qolu - VİDEO

18:11  Kuba Ensiklopediyasında "Qarabağ" haqda məqalə

17:50  Nazarov meydandan buna görə qovulub - VİDEO

17:31  Məhv edilmiş sabah: müəllimini göstər, deyim “kimsən?”

17:10  Ronald Kuman qovuldu

16:53  9 liqada 7118 futbolçu meydana çıxıb

16:38  Millimizin seçmə mərhələ üçün heyəti açıqlandı

15:46  “Qarabağ” “Qəbələ”yə belə məğlub oldu - FOTOLAR

14:50  Super Liqa klubu baş məşqçisini qovdu

14:14  Rauf Əliyevin Albaniyada növbəti qolu - VİDEO

13:41  Millimizə İspaniya və İsveç klublarından futbolçular dəvət olundu

13:30  Məhv edilmiş sabah: yığma 10 il öncə yetişənlərin ümidinə qalıb

13:26  “Neftçi” bunu sonuncu dəfə 2014-cü ildə görmüşdü

13:14  Liderlərin məğlubiyyətsizliyinə son

13:02  Topaz Premyer Liqasında iki rekord

12:34  “eTopaz”da günün canlı oyunları

12:18  Qurban Qurbanova gizli məktub

12:05  “TOPAZ”DA BU GÜN

11:55  “Qəbələ” rəhbərliyi gəldi, amma danışmadı

11:46  Emin Kürdov: “Bu oyundan dərs çıxarmalıyıq”

11:37  Hakim səhvi Premyer Liqada intriqanı geri qaytardı

11:27  Bir oyun canlı yayımda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az