(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Jezniçak polşalılara erməni işğalından danışdı: "Çox gözəl komandaya gəlmişəm"

Jezniçak polşalılara erməni işğalından danışdı: "Çox gözəl komandaya gəlmişəm"

"Qarabağ"ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib. Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- Əvvəlcə, Çempionlar Liqasında (ÇL) "Şerif"lə ikinci oyundan sonra burnunuzun və barmağınızın qırılmasından şikayətlənməyinizdən danışardınız...
- Düzdür, burnumda sınıq var idi. Lakin bunun üçün xüsusi maskaya ehtiyac yoxdu. Həkimlər də hər şeyin qaydasında olduğunu bildiribilər. Barmağım da pis deyil. Əsas odur ki, "Qarabağ" pley-off-a yüksəldi. Bu komanda, ümumiyyətlə, heç bir Azərbaycan klubu pley-off mərhələsində oynamayıb. Tarixi bir şansdı. Qrupa da vəsiqə qazana bilərik. Rəqibimiz güclü "Kopenhagen" olacaq. Onların güclü olduğunu dana bilmərik. Amma sürpriz edib qrup mərhələsində oynamaq istəyirik. İkinci dəfə ÇL-in qrupunda oynamaq mənim üçün möhtəşəm olardı.

- Siz yolunuza davam etsəniz də, sabiq klubunuz "Legiya" isə "Astana"ya uduzdu. Uzun illər şərəfini qoruduğunuz komandanız "Qarabağ"ın III təsnifat mərhələsində məğlub etdiyi "Şerif"lə qarşılaşacaq...
- "Şerif" zəif komanda deyil. Biz onlarla oyunda asan qələbə qazanmadıq. Lakin "Legiya" fərdi cəhətlərdən də, komanda şəklində rəqibdən güclüdü. Polşa çempionu Moldova klubunu keçməyə borcludu.

- "Şerif"in stadionunu necə xatırlayırsınız? Orada azarkeşlər ab-hava yarada bilirlər?
- Yaxşı stadionları var. Ümumiyyətlə, komandanın əla bazası mövcuddu. Yəni çətin olacaq.

- "Legiya"nı tərk etmək qərarını Azərbaycandakı yaxşı maliyyə imkanlarına görə verdiniz. Çünki bu ekzotik qərar idi...
- Menecer Azərbaycandan təklif olduğunu bildirəndə yaxşı maliyyə imkanlarına işarə verdi. Fikrimcə, heç də yanılmadım. Bugünki qərarımdan razıyam və xoşbəxtəm. Çünki maliyyə bir yana çox gözəl komandaya gəlib düşmüşəm. Baza və stadion var. Komanda yaxşı oyun göstərir. Bakıda günəş var və mən günəşi çox sevirəm. Bura gəldiyim gündən yaxşı yağmayıb və deyəsən havanın belə bir niyyyəti də yoxdu.

- Polşada oynayan kiminləsə orada görüşdün?
- "Yagielloniya"da çıxış etmiş Dani Kintana var. Həmçinin Donald Gerrye "Visla" da oynayıb vaxtilə.

- Sizin komanda Ağdam klubu olsa da, Bakıda oynayır. Bu mürəkkəb hekayə haqqında bizə nə danışa bilərsiz?
- Ağdam klubu uzun illər əvvəl qurulub. Lakin şəhər Ermənistan tərəfindən işğal olunub. Bu səbəbdən biz Bakıda oynayırıq. Amma burada xeyli azarkeşimiz var. Böyük məqsədləri olan komandayıq. ÇL və çempionluq üçün mübarizə aparırıq və hamısına nail olacağıq. (Sport24)


 
tarix: 07-08-2017 11:49


 
Xəbər lenti
22.02.2018

10:31   “Roma”nın türkü ÇL-in tarixinə düşdü

10:01   Sultanovun perspektivi: o, hələ də seleksiyaçı menecer kimi danışır

09:44   “TOPAZ”DA BU GÜN

09:21   Nicat Muxtarov yenə oynayacaq

09:00   59 texniki məğlubiyyət, 4 qovulma

02:04   İspaniyada heç-heçə, Donetskdə 3 qol - VİDEO

01:39   “Roma” “Şaxtyor”a uduzdu, MY “Sevilya” ilə heç-heçəyə razılaşdı

00:08   “Real”dan səfər qələbəsi - VİDEO

21.02.2018

23:32  Yüksək Liqada 17-ci turun oyun cədvəli açıqlandı

23:05  ÇSKA serbləri məğlub yola saldı - VİDEO

22:52  Avroliqada 1/8 finala ilk vəsiqə ÇSKA-ya qismət oldu

22:00  “Neftçi”dən öncə təqdimat, sonra məşq - VİDEO

21:12  “Qəbələ”dən “Kəpəz”ə 4 cavabsız qol

20:10  “Qarabağ” “Kəpəz” üçün hazırlığa başladı

19:51  Ali Məhkəmə Maşallah Əhmədovla bağlı şikayəti təmin etmədi

19:40  Birinci Divizionda sabah keçiriləcək oyunlara təyinatlar açıqlandı

19:32  Elnur Eyvazovdan baza açıqlaması

19:27  Ceyhun Sultanov: “Sumqayıt”dan “Neftçi”yə futbolçular cəlb edəcəyik”

19:18  Böyükağa Hacıyevin son durumu: Vəziyyət daha da ağırlaşır

17:45  Kamran Quliyev 1 həftə vaxt istədi: “…maaşı reallıqdan çox uzaqdı”

16:15  Dieqo Souza: “Sadəcə, qol vura bilməməyimiz narahatlıq doğurur”

15:55  Ceyhun Sultanov “Neftçi”nin üzvlərinə təqdim olundu

14:46  AFFA bir kluba texniki məğlubiyyət verdi, daha birini yarışdan kənarlaşdırdı

14:01  Rəqibi təhqir edən futbolçuya 3 oyunluq cəza

13:50  “Qəbələ” - “Zirə” matçı ilə bağlı AFFA-dan sərt cəzalar

13:11  “Hər gün məşq etsək, üçüncü yeri tuta bilərik”

12:21  Ceyhun Sultanov rəsmən “Neftçi”də

11:59  “Kəpəz” “Qarabağ”la oyuna itkisiz hazırlaşır

11:45  “Neftçi”dən “Şaxtyor”a

11:12  “Neftçi” legioneri ilə vidalaşdı

11:00  “Latsio”dan “İnter”ə

10:47  İngilissiz İngiltərə klubu

10:32  Konfransı kim çağırıb?

09:58  “eTopaz”da günün canlı oyunları

09:39  Messi "Çelsi" tilsimini qırdı

09:27  “TOPAZ”DA BU GÜN

09:00  “Sumqayıt”dakı təxirəsalmanın səbəbi

02:03  Londonda heç-heçə, Münhendə darmadağın - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az