(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
“Səbail”dəki dəyişikliyin pərdəarxası: baş katib kadrlarını yerbəyer edir

“Səbail”dəki dəyişikliyin pərdəarxası: baş katib kadrlarını yerbəyer edir

Dünən “Səbail” klubunda növbəti dəfə rəhbər dəyişikliyi reallaşdı. Yarandığı 1 il ərzində 2 sədr görən, Müşahidə Şurasının tərkibi bir neçə dəfə yenilənən paytaxt klubu növbəti dəfə islahata ehtiyac duydu.
 
Beləliklə, bundan sonra şuranın sədri postuna sabiq futbolçu Əbdülqəni Nurməmmədov əyləşəcək. Onun formal rəhbər olacağı indidən bəllidi – çünki indiyədək nə idarəçi kimi özünü sübut etməyib, nə də veteran kimi hər hansı fəaliyyətini görmüşük. Sadəcə, indi sədr postuna kimisə əyləşdirmək lazım idi və bunu etdilər.
 
Klubda əsas söz sahibi İxtiyar Asyabi olacaq. Klubun əsas sponsor olan Bakı Gəmiqayırma Zavodunun nümayəndəsi sıravi üzv seçilsə də, bu, gözdən pərdə asmaq üçündü. Vasif Məmmədov Təhsil Nazirliyində şöbə müdiri işləyir və şuraya düşməsi kluba süni çoxşaxəlilik qazandırmaq məqsədlidi. AFFA-nın baş katibi Elxan Məmmədov həm də kluba təsir qüvvəsini saxlamaq üçün bu adamın təyinatını lazım bilib. Cahangir Həsənzadə burada heç də yalnız veteran futbolçu deyil, o, həm də AFFA-nın mənasız layihələrindən olan və ölkə futbolunun inkişafında heç bir rolu görünməyən “Mançester Yunayted” akademiyasının nümayəndəsidi. Həsənzadə şuraya gətirilməklə həm Məmmədov dəstəsinin gücünü artıracaq, həm “Mançester Yunayted” layihəsinin davam etməsinə vəsilə olacaq, həm də guya klublarda futbol adamlarının təmsil olunası haqda fon yaradılacaq. Firuz Abdullaya gəlincə, o da AFFA-nın baş mütəxəssisi kimi şurada təmsil olunacaq və bəlkə də real iş görə biləcək yeganə adamdı.
 
Kubun icraçı direktoru postu yenə Ramin Həsənova tapşırılıb. İndiyədək ictimai əsaslarla “klubun xəbərçisi” olan Firuz bəyin şuraya seçilməsindən sonra, mətbuat xidmətinin rəhbəri vəzifəsində dəyişiklik var. Debütant Premyer Liqaya xanım mətbuat katibi ilə gəlir. Maraqlıdı ki, AFFA burada da öz əməkdaşlarını bir neçə işlə təmin etmək prinsipini prioritet seçib. Çünki bu post AFFA mətbuat xidmətinin baş mütəxəssisi Törə Əhmədovaya tapşırılıb. AFFA-nın mətbuat katibinin rəhbəri Mikayıl Nərimanoğlunun da “Kəpəz”in Müşahidə Şurasında üzv olduğunu nəzərə alsaq, faktiki bu qurumun işçilərinin əksəriyyəti müxtəlif klublara səpələnib. Sanki ölkədə bu işləri görə biləcək başqa kimlərsə yoxdu.
 
İndiyədək az qala ayaqüstü söhbətlərindən, təsadüfi toplaşmalarından da fotolar paylaşılan “Səbail”də budəfəki dəyişikliklə bağlı hər hansı fotogörüntü gözə dəymir. Bu isə onu göstərir ki, yeni tərkib kabinetlərdə müəyyənləşib, hər hansı yığıncaq reallaşmayıb. Sadəcə, Elxan Məmmədov öz planlarını kimlərləsə razılaşdıraraq yeni xəbər formasında mətbuata ötürüb.
 
“Səbail”lə bağlı bu xəbər həm də ona görə ortaya atılıb ki, Müşahidə Şurası ideyasının iflasa uğradığı haqda deyilənlər yalanlansın. “Neftçi”də baş verən proseslər göstərdi ki,idarəetmənin bu variantı fiaskoya uğradı. İndi baş katib digər klublardakı şuralarda canlanma yaradılmasına çalışır ki, təəssüratları dəyişsin.
 
Bir neçə gün öncə “Sumqayıt”da da guya şuranın toplaşıb, baş məşqçi Samir Abasovla görüşməsi haqda xəbərlər təsadüfi deyildi. Halbuki həmin informasiyanın özü də qəribə idi – mətndə görüşdə konkret kimlərin iştirak etməsi barədə heç nə yox idi.
 
Yaxın günlərdə “Kəpəz”də Müşahidə Şurasının guya toplanması barədə xəbərlər mətbuata çıxsa, ona da təəccüblənməyin.
 
FƏRİD

 
tarix: 09-08-2017 09:41


 
Xəbər lenti
24.06.2018

01:40   Almaniya - İsveç matçının ən yaxşısı

01:21   “Neftçi” dumana düşdü - VİDEO

00:50   Xorvatiyalı yarımmüdafiəçi rəsmən “Neftçi”də

00:10   Almaniya millisi 90+5-də sevindi - VİDEO

23.06.2018

23:55  Belçika və Meksikadan asan, Almaniyadan dramatik qələbə

23:29  Sənan Qurbanov: “Kukesi” ilə matçdan istədiklərimi ala bildim”

22:52  Millimizin Bakı toplanışı üçün heyəti açıqlandı

22:11  Çiçarito ən yaxşı seçildi

22:00  Qurbanov: “Səhvlərimiz oldu, amma…”

21:49  “Qəbələ” də heç-heçə ilə başladı

21:14  “Qarabağ” ilk sınağından heç-heçə ilə ayrıldı

21:03  Meksikadan ardıcıl 2-ci qələbə - VİDEO

20:58  “Qaçırdığımız penalti oyunda dönüş nöqtəsi oldu”

20:38  Millimiz Belarusa məğlub oldu

18:46  “Neftçi”nin ilk rəqibi bəlli oldu

18:20  Belçika - Tunis matçında 7 qol - VİDEO

18:09  Dubl etdi, ən yaxşı oldu

17:36  Şotland da “Qarabağ”ın təklifini qəbul etmədi

16:53  Hacıyev üçün üç yerli, bir əcnəbi köməkçi

16:11  “Neftçi” Türkiyə toplanışına start verdi

15:28  Medvedev: “İstəmədiyimiz bir rəqib düşdü”

15:07  VAR sistemi, varam deyir...

14:30  Salah Çeçenistanın fəxri vətəndaşı oldu - FOTO

14:18  İtaliyalı futbolçudan “Qarabağ”a təşəkkür və “yox”

13:21  “Sumqayıt”ın yay hazırlıq planı məlum oldu

13:04  “Keşlə”nin rəqibi yoxlama oyununda uduzdu

12:42  “Neftçi” Türkiyədə - VİDEO

12:27  Millimiz Belarusa qarşı

12:11  Paytaxt klubunda qapıçı dəyişikliyi

11:22  Ukraynalı qapıçı rəsmən “Real”da

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  Kluyvert rəsmən “Roma”da

10:00  “TOPAZ”DA BU GÜN

09:30  DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az