(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Kamran Quliyev “milliləşdirmə biznesi”ni leqallaşdırmaq istəyir

Kamran Quliyev “milliləşdirmə biznesi”ni leqallaşdırmaq istəyir

Nüfuzunu gündən-günə itirən, yaranışından bəri nəyə lazım olduğu anlaşılmayan Klublar Komitəsi bu gün yenə yığışıb. Yenə salam-sağ ol və çayxana səviyyəli söhbətlərin nisbətən dəbdəbəli masa ətrafında müzakirəsi, sədrin ənənəvi müsahibəsi və məzhəkə mövzuları...
 
Amma bu tribuna Kamran Quliyev üçün maraqlıdı. “Sumqayıt”ın prezidenti futbol təsərrüfatında arzuladığı zirvələrə bacarıqsızlığı üzündən çata bilməyib, AFFA-nın bu qurumu isə ona “məsul şəxs” imici qazandırmaq üçün baş katib Elxan Məmmədov tərəfindən verilən növbəti imkandı. O da kostyumunu geyib, qalstuk taxır və özündən ağıllı klub rəhbərlərinin qarşısına çıxmaqla elə bilir ki, həqiqətən də nəsə vacib biridi.
 
Bu gün yenə 5-10 nəfərin yığışdığı məclisdə sərpayı olub, sonra isə qərar vermək səlahiyyəti olmayan tövsiyəbaz komitənin işindən elə danışıb ki...
 
Quliyev iclasdan sonra verdiyi açıqlamada müzakirə olunan məsələlər haqda danışıb. O, “Kəpəz” və “Səbail”in üzləşdiyi stadion problemi haqda fikir mübadiləsi apardıqlarını deyib: “İlk növbədə, çempionatla bağlı müzakirə apardıq. Bildiyiniz kimi, bəzi klubların hazırda stadion problemi var. Bu, onların stadionunda gedən təmir işləri ilə bağlıdı. İclasda da aydınlaşdı ki, digərləri həmin klublara birmənalı şəkildə dəstəkdilər. Çıxış yolu kimi digər stadionlarda ev oyunlarını keçirməkləri fikri söylənildi. Hazırda “Kəpəz” və “Səbail” klubları öz stadionlarında oynaya bilmirlər, təmir işləri aparılır. Daha dəqiq məlumat bir neçə gündən sonra veriləcək, çünki danışıqlar gedir. Təmir müddətində ev oyunlarını başqa stadionlarda keçirəcəklər. Onların ilk dövrədəki bütün görüşlərinin səfər meydanında baş tutması variantı, böyük ehtimalla, həyata keçməyəcək. İnşallah, həm “Kəpəz”, həm də “Səbail” çıxış yolunu tapacaq”.
 
Komitənin müzakirəsi nəyi dəyişdi ki? Belə olacağını futbol ictimaiyyəti 10 gündü bilir. Xoruz banlamasa, səhər açılmır? Problemi klublar özləri həll etməlidi. Hacı Kamran və həmkarları “Kəpəz”i, “Səbail”i işləri vaxtında bitirmədikləri üçün danlaya bilməz, heç onlar üçün stadion tapmağı da bacarmaz. “Səbail” Mərdəkanda oynayacaq, “Kəpəz” də haranı tapsa, orada. KK-dakı müzakirələr isə sadəcə, vaxt itkisidi.
 
Quliyevin monoloquna qulaq asaq: “Peşəkar Futbol Liqası bugünlərdə yeni qərar verdi. Bu mövsümdən oyunun iştirak ərizəsinə 23 futbolçunun adı salınacaq. Klublar belə bir təklif irəli sürdülər ki, gənclərin inkişafı üçün əsas heyətə olmasa belə, “23-lüy”ə 19 yaşlı 2 oyunçunun da adı daxil edilsin. Düşünürük ki, onlar ehtiyatda qala-qala sonra 21 yaşadək futbolçu kimi çıxış edənin yerini tuta bilərlər. Bundan başqa U-19 Liqasında formatın dəyişməsi ilə bağlı müzakirə apardıq. Bu təklifi AFFA verib. Təklif ondan ibarətdi ki, 19 yaşadək futbolçuların çempionatında UEFA-nın qoyduğu standartlara uyğun yaş limiti tətbiq olunsun. Bildiyiniz kimi, bu il U-19-ların çempionatının qalibi “Qarabağ” olub və 1998-ci ildə doğulan futbolçularla təmsil edilib. Çempionlar Liqasına qatılacaq “Qarabağ”a şərt qoyulub ki, U-19-u 1999-cu il təvəllüdlü futbolçular təmsil etsin. Bu, böyük problem yaradır. Çünki 1 il ərzində püxtələşmiş kollektivdə dəyişikliklər olacaq. Odu ki, çempionatda da UEFA-nın qoyduğu tələb yerinə yetirilməlidi. Klublar 1 həftə ərzində AFFA-nın təklifi ilə bağlı rəy bildirəcəklər. Düşünürük ki, bu ayın sonuna qədər məsələ ilə bağlı qərar qəbul ediləcək”.
 
Yenə arxadan atılan daşdı. Əvvəla, klublar sabah limit problemi ilə üzləşmək istəmirsə, bu yoa öz istəkləri ilə getməli, sabahı düşünməlidilər. PFL-in verdiyi qərara barmaq etməyə cəhd göstərmək, “şorbada bizim də duzumuz olsun” misalıdı. Bu məsələ İcraiyyə Komitəsində müzakirə edilməlidi. U-19 liqasıyla bağlı məsələnin də müzakirəyə ehtiyacı yoxdu. Beynəlxalq qurumların tələbi nədirsə, AFFA da qərar verməli, hamı ona əməl etməlidi. Kamran bəyin çömçə fırlamasına isə heç gərək yoxdu. “Qarabağ”ın problemlə üzləşməsi klubun məsuliyyətsizliyidi. Daha öncə “Rəvan”, “Qəbələ” də eyni turnirdə oynayıb və belə problem ortaya çıxmayıb.
 
İclasda müzakirə olunan sonuncu məsələ isə ölkə xaricində doğulmuş və çıxış edən azərbaycanlı futbolçularla bağlı olub: “İstəyirik ki, Azərbaycanla bağlılığı olan insanlara ölkə çempionatında çıxış edərkən hansısa güzəştlər edilsin. Söhbət milli komandadan getmir. Əgər Azərbaycanla bağlılığı olan, lakin Rusiya, Ukrayna və ya Türkiyədə yaşayan futbolçular bizim klublara dəvət edilirsə, çempionatımızda çıxış etdikləri müddətdə legioner sayılmasınlar. Bu, bir təklifdi. Bu mövsüm olmasa da, növbəti çempionatda bunun tətbiq edilməsini istəyirik. Yadınızdadısa, vaxtilə Türkiyənin II liqasında azərbaycanlı futbolçular legioner statusu daşımırdılar. Avropanın nəhəngi olan İspaniya da ispandilli ölkələrə belə güzəştlər edir. Reallığı anlayırıq. Təbii ki, Azərbaycana dəvət olunan oyunçu yüksək səviyyəli olmalıdı ki, ona bu güzəşt tətbiq edilsin”.
 
Quliyev bax, bu məsələdə ürəyinin arzusunu ortaya qoyub. Ölkəyə gəlmiş əksər dağıstanlıların xaç atası milliləşdirmə biznesində növbəti mərhələyə keçir. Ya da o, şəriki Elxan Məmmədovun biznesini leqallaşdırmaq istəyir. İndiyədək gətirdiklərinizi onsuz da görmüşük. Səviyyəli futbolçular onsuz da milli komandaya qoşulur və onların legioner limitindən azad olunma prosesi avtomatikləşir. Səviyyəsiz əcnəbiləri ölkə çempionatına doldurub, pul qazanmaq istəyirsizsə, bunu aşkar deyin. Bəlkə hərbi xidmətə görə İrandan qaçan cənubi azərbaycanlılarla bağlı yeni variantlarınız var və onun üçün zəmin hazırlayırsız?
 
Kamran bəy Klublar Komitəsini öz planları üçün vasitəyə çevirir. Həm bu qurumu yığmaqla gündəmə düşür, həm PFL-i təzyiqdə saxlamaq üçün ona alternativ olan belə bir qurumun varlığını hiss etdirir, həm də iyrənc şəxsi planlarına qanuni don geyindirir.
 
Bu mənasız komitə həqiqətən sanbal sahibi olmaq istəyirsə, klubların problemlərini qabartsın, AFFA-ya təzyiq etsin. Məsələn,
Premyer Liqanın Bakı birinciliyinə çevrilməsinə etiraz etsin;
Teleyayıma görə ala bilmədikləri pulu istəsin;
Liqa bolluğuna görə yersiz xərclərinin çox olduğunu diqqətə çatdırsın;
Prosineçkinin yerli oyunçuları izləməməsindən, klubların millidə yaxşı təmsil olunmamasından şikayətlənsin;
PFL-ə olan borcları ödəməmələrinin səbəblərini açıqlasın və s. və i.
 
Hələ Kamran bəy hesabat versin ki, sədr olduğu müddətdə ümumiyyətlə, nə edib? Özünün rəhbərlik etdiyi “Sumqayıt”ın ölkə futbolunun inkişafında nə kimi rolu olub? Bilirəm, bunları istəməz. O zaman adama deyərlər ki, ölkənin imicini dünyada yüksəldən “Qarabağ” və “Qəbələ”nin nümayəndələri qala-qala sənin kimi işbacarmazı o kresloya kim əyləşdirib? Quliyev hələ yığıncağı idarə etməyi, təşkilatçılığı öyrənsin. Sədrin hörməti, bacarığı olsaydı, “İnter” onu “texniki problem”inə alıb, tədbirə qatılar, “Səbail” iclasda 3-4 nəfərlə təmsil olunmazdı.
 
FƏRİD

 
tarix: 11-08-2017 17:44


 
Xəbər lenti
22.08.2017

02:00   La Liqada ilk tura yekun vuruldu - VİDEO

01:22   "Mançester Siti" doğma meydanda xal itirdi - VİDEO

00:55   Super Liqada 2-ci tur darmadağınla başa çatdı - VİDEO

00:27   "İnter"in futbolçusu rəsmən "Valensiya"da - FOTO

00:05   Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

21.08.2017

23:35  Emin üçün 90 dəqiqə və 3 xal

23:01  “Qarabağ”a ilk oyunda 0:1 hesabıyla uduzmağımız bizim üçün problem deyil”

22:38  300-cü avrokubok matçı - "Qarabağ" 87-ci qələbəmizi qazana bilər

22:07  “Qarabağ” üçün millimizin baş məşqçisini qovan hakim

21:36  “Səbail” rəqiblərini hansı stadionda qəbul edəcək?

21:04  "Qəbələ" "Dinamo"ya qalib gəldi

20:34  Tahir Gözəl "Qarabağ"ın sabiq məşqçisi ilə görüşdü - FOTO

20:02  "Neftçi"də təcili toplantı

19:38  "Kəpəz" "Zirə"yə uduzdu, "Qəbələ" "Sumqayıt"a 9 qol vurdu

19:09  Nəsri rəsmən Türkiyə klubunda - FOTO

18:42  “Kopenhagen” “Qarabağ”la 19 il əvvəlki oyunun videosunu yaydı - VİDEO

18:26  "Qəbələ"dən 600-cü qol

18:08  MOİK-dən 5 qollu qələbə

17:45  “Səbail”də ayrılıq: Yeni transfer komandadan getdi

17:25  "Neftçi" Əhmədova həvalə olundu

17:08  "Arsenal" iki futbolçusunu icarəyə göndərdi

16:43  2012 gün öncə: 2012-ci ildə

16:21  “Neftçi” tarixinin ən uğursuz startı

16:07  Rəşad Sadıqov üçün əlamətdar tur: Kapitan 300-ə çatdı

15:44  “Marka”: “Qarabağ” tabe olmadığı ölkəni təmsil edir - FOTO

15:15  Premyer Liqa klubundan rekord transfer

14:21  Elxan Abdullayev “31”lə getdi

13:40  “Kopenhagen” - “Qarabağ” matçı ispanlara tapşırıldı

13:34  Şuralı klublarla şurasız klubların rəqəmli fərqi

13:32  Kaliniç "Milan"da

13:01  Macar KİV-i “Qarabağ” haqda: "Tiki-taka"yla xəyalət şəhərdən ÇL-ə"

12:56  Kamal Quliyev “Neftçi”yə özünü təklif etdi

12:53  Minnətdarlıqla vida

12:49  Abdullayevin müvəqqəti xələfi

12:29  İstefa verməyib, qovulub!

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az