(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Süleymanov ifşa edir: “Heydər Əliyev adına stadion da böyük futbolun yolunu gözləyir”

Süleymanov ifşa edir: “Heydər Əliyev adına stadion da böyük futbolun yolunu gözləyir”

Sabiq FIFA referisi, "Neftçi"nin keçmiş vitse-prezidenti Tahir Süleymanov susqunluğa son qoyub. Uzun müddətdi mətbuatda görünməyən mütəxəssis fanat.az-a müsahibəsində yenə gündəmi dəyişəcək açıqlamalar verib.
 
-Tahir müəllim, çoxdandı görünmürsüz? Futboldan uzaqlaşırsız, deyəsən...
- Yay aylarıdı. Futbolda fasilə, istirahətlə bigə şəxsi işlər də var. Bunula yanaşı biz futbolla nəfəs alırıq və sona qədər belə olacaq. Futbolda gedən prosesləri, klublarımızın çıxışını, hazırlığını izləyirəm...
 
- Klublarımızın Avroliqada çıxışlarını necə qiymətləndirisiz?
 - Təəccüblü heç nə baş vermədi. Klub reytinqimizin yüksək olması səbəbilə ilk mərhələdə rəqiblər keçildi. Bəxti gətirməyən klub "Qəbələ" oldu. İlkinci turdan qarşısına çətin rəqiblər düşdü. Polşa səddi çətinliklə keçilsə də, "Panatinaikos"la bacara bilmədilər. Yeni qurulmuş heyət öz yerində, Qriqorçukun futbolçuları fiziki baxımdan son oyunlara hazır deyildi. Bu, açıq hiss olunurdu. Funksional hazırlığı olmayan futbolçular isə taktiki tapşırıqları yerinə yetirə, psixoloji durumu qaydasında ola bilməz. "Zirə" Rumıniyada öz qapısından buraxdığı bəsit qolların qurbanı oldu. "Astra" "Zirə"dən güclü deyildi. "İnter"in durumu bəllidi. İstənilən halda çırtdan ölkənin komandasına məğlub olmaq yolverilməz idi. Yolunu davam etdirən "Qarabağ"a isə Çempionlar Liqasının pley-offunda uğurlar.
 
- Yeri gəlmişkən "İnter" artıq "Keşlə"di. Ad dəyişikliyinə münasibətiniz?
 - Futbolu düşünsəydilər, bu komanda yaxşı infrastrukturu olan böyük şəhərlərimizdən birinə - Mingəçevirə təhkim olunsaydı, daha faydalı olardı. Adı da "Kür". Elə müasir standartlara cavab verən İmişlinin Heydər Əliyev adına stadionu da böyük futbolun yolunu gözləyir. Futbol ideoloqlarının gözü elə bağlanıb ki, dövlətin, xalqın vəsaiti ilə klub saxlanılır, bölgələrdə inşa olunan və tələblərə tam cavab verən stadionlar boş qalıb. Azərbaycan çempionatı deyil, "Bakı kəndlər" birinciliyinin keçirilməsi AFFA-dakıların maraqlarına uyğundu. Yüz min futbolçunu bəh-bəhlə qeydiyyatdan keçiriblər. Amma bölgələrimizdə klub futbolu olmadığı üçün yarısı "zay məhsul”a çevriləcək. Digər yarısı da gələcəkdə Bakıya gəlməyə məcbur olacaq.  Bu, tək futbolumuza qarşı yox, xalqımıza, dövlətçiliyimizə qarşı atılan addımdı.
 
- "Qarabağ"dan pley-offda nə gözləyək?
-"Kopenhagen" "Samtrediya" və "Şerif"dən qat-qat üstün rəqibdi. Çox ağır görüşlər olacaq. "Qarabağ"lı futbolçular fiziki güclərini tam bərpa etməlidi. Sıx qrafikdə 4 rəsmi oyundan sonra fasilə "Qarabağ"ın tam özünə gəlməsi, pik formasını yaxalamasını şərtləndirir. Tarixi uğurdan sonra psixoloji problemin də olması gözlənilmir. Avroliqanın qrupunu birbaşa təmin edən "Qarabağ" "Kopenhagen" qarşısına tam sərbəst, təzyiqsiz çıxmalı, öz oyununu oynamalıdı. Belə olarsa ÇL-in qrupuna düşmək şansı çoxalar. Futbol ictimaiyyəti də eyforiyaya qapılmamalı, "Qarabağ"dan mütləq qələbələr istəməməlidi. Yaddan çıxarmayaq, "Qarabağ" aprel ayından 4 aylıq məcburi  istirahətə çıxan 8 komandalı "şura hakimiyyəti" çempionatının təmsilçisidi. ÇL-in qrupu olarsa, çox gözəl, olmasa da "Qəbələ" kimi, "Qarabağ"a da dəstəyimizi əsirgəməməliyik. Müstəqilliyini qoruyan bu iki klub qorunmalıdı. Azərbaycan futbolunun sabahının xilası naminə...
 
-  "Qarabağ"a yeni transferlər lazımdımı?
 - Möhtəşəm heyətləri olan "Barselona", "Real"a da hər mövsüm yeni transferlər lazım olur.
 
- Beynəlxalq dərəcəli hakim kimi hakimlərimizin çempionata hazırlığına münasibətiniz maraqlıdı...
 - Hansı hazırlığı? Son illər hakimlərin hələ belə çempionata hazırlığı olmamışdı. Buna hazırlıq yox, gözdən pərdə asmaq deyərlər. Lippertlərin bəsləndiyi AFFA-da hakimlərin səviyyəli təlim-məşq toplanışı üçün vəsait tapılmır? Lazımsız əcnəbilərin illik müqaviləsinə verilən pulla ölkə xaricində hakimlər üçün hər mövsüm  5-6 səviyyəli toplanışlar təşkil etmək olar. Bunun əvəzinə isə stadionlarda videotəkrarla bağlı milyonlarla qiyməti olan avadanlıqlardan dəm vurulur. Birmənalı bildirirəm, FIFA, UEFA-nın Hakimlər Komitəsi ilə bağlı mütəxəssis tələbləri olmasaydı, Elxan Məmmədov çoxdan öz qohum, dost, tanışlarından birini Hakimlər Komitəsinə və Hakim İnspektorlar Komitələrinə yerləşdirmişdi. Şəxsi maraq kəsb etmədiyi üçün "de-yure, de-fakto"larla başlarından edirlər. Yüksək səviyyəli təlim-məşq toplanışlarından sonra hakim səhvləri, qalmaqalları yetərincə idi. Hazırlıqsız, oyun praktikası olmayan hakimlərdən yüksək idarəçilik tələb etmək sadəlövlük olar. Zərbə yenə klublara, yarışa cavabdeh təşkilat PFL-ə, hakimlərin özünə dəyəcək. Videotəkrarla bağlı yeni qərardan sonra isə əvvəlki illərdə olduğu kimi "videotəkrar əsas götürülə bilməz", "hakim də insandı səhv edə bilər", “top əli tapdı, əl topu tapdı" bəhanələrinə də yer olmayacaq. Mütəxəssislərin ekrandan hakim səhvlərinin görüntülərlə müzakirəsinə artıq demək olar, rəsmən yaşıl işıq yandırılıb. Psixoloji baxımdan hakimlər üçün qarşıdan gələn çempionat çox ağır olacaq.
 
- Videotəkrarla bağlı qərara münasibətiniz necədi?
- Müsbət və mənfi tərəfləri var. Hələ tam təkmilləşdirilməyib. Bir yandan müəyyən mənada obyektivlik qorunacaqsa , digər tərəfdən hakimlərə inamsızlıq yaranacaq. İngiltərə kimi futbol ölkəsi vaxt udub yaxın illərdə bu sistemi sınaqdan keçirmək fikirindədi. Zaman göstərəcək..
 
- "Neftçi"dəki 5 illik fəaliyyətinizdə ciddi uğurlar qazanmış idarəçi kimi komandanın durumu ilə bağlı fikirləriniz çox maraqlıdı...
-"Neftçi"nin antirekordları barədə danışmaq çox ağırdı. Bu klub flaqman adına uyğun olaraq hər zaman lider mövqelərdə olmalıdı.
 
- Niyə "Neftçi" düzəlmir?
- Belə olacağı öncədən bəlliydi. Fikrimi üç il öncə - Müşahidə Şurası yaradılanda bildirmişəm. AFFA-da oturan bir qrup adamın məkrli planı üzrə klubların şuralaşması həyata keçirildi. Əsas hədəflərdən biri "Neftçi" idi. Klub ələ keçirilərək dağıdıldı. Son mövsümlər "Neftçi" tarixinin ən uğursuz dönəmini yaşayır. Təsəvvür edin, vəziyyət nə həddə çatdı ki, təsisçilər yenidən prezident üsul-idarəsinə qayıtdılar. Bu addım birbaşa şuralaşma ideyalarını həyata keçirənlərə sarsıdıcı zərbə idi. Üç il idi biz deyənlərə gec də olsa, gəldilər. "Neftçi"nin yeni prezidenti Orxan Hüseynzadə bildirib ki, Müşahidə Şurası özünü doğrultmadı və bundan sonra klubda bütün cavabdehlik onda olacaq. Bəs şəffaflıqdan danışılırdı, klubların bir nəfərdən asılı olmayacağı bildirilirdi?! Arada illər itirildi, "Neftçi" autsayder kluba çevrildi, üç mövsümə 20-30 milyon vəsait havaya uçuruldu. Qohum, dost-tanışlar yağlı vəzifələrə yerbəyer olundu. Zərbə isə futbola, "Neftçi"yə, azarkeşlərə dəydi.
 
- Bəs "Neftçi"nin büdcəsi? Rəsmilər maliyyə sıxıntısı yaşadığını tez-tez açıqlayır.
- Dəyərli futbol ictimaiyyəti, azarkeşlər bilsin, "Neftçi" tarixi ərzində ən böyük maliyyə böhranını 2008/09-cu illərdə yaşayıb. İndiki "Neftçi"ni idarə edən havadarlar tərəfindən gedelərin kluba sırındığı vaxt. Şəxsən AFFA-nın baş katibi Elxan Məmmədov Gedeni baş məşqçi kimi klubun bazasında komandaya təqdim edib. Komandanı qəbul edəndə 4-5 milyon dollarlıq FIFA şikayətləri var idi. Qeyd etdiklərimi sənədlərlə sübut etməyə hazıram. Bugünə kimi bunların heç birini qabartmadıq. Bilirdik klubu hansı vəziyyətdə qəbul etmişik. O dönəmdə "Neftçi" büdcəsinə görə  4-cü yerdə idi. Üstəlik də borclar... Milyonlarla borc olduğu halda, heç kimə şikayət etmədən, bəhanələr gətirmədən qısa müddətdə komanda lider mövqeyə yüksəldildi. Ardıcıl çempionluqlar, kuboklar, tarixi uğurlarla yanaşı, klubun büdcəsinə milyonlarla dollar vəsait qazandırıldı. FIFA-ya kütləvi şikayətlərə baxmayaraq, 900 min dollarlıq iş uduldu. Borcun qalan hissəsi 2012-ci ildə ödənildi. Yəni, biz bu borcları ödəyə-ödəyə uğurlar qazandıq. İndinin özündə də ödənilən borcların sənədləri arxivdədi. Bütün detalları açıqlamaq fikrindən uzağam. İşini bacarmayan, uğursuzluqları ört-basdır etmək istəyən, yerində olmayan insanlar bəhanələr gətirməyə, ağlaşma qurmağa adət ediblər. "Neftçi"nin indiki rəhbərliyi özü etiraf edir ki, büdcə ölkədə 3-cüdü. Bu vəsaitlə komanda ötən mövsüm 16 legioner oynadaraq 7-ci yeri tutub. Biabırçı nəticələrdən sonra bəhanə axtarmaq yox, "Neftçi" azarkeşindən, futbol ictimaiyyətindən üzr istəyib getmək lazım idi.
 
- Fakt faktlığında qalır, "Neftçi" milyonlarla kredit borcuna girərək hər ay böyük məbləğdə faiz ödəyir.
- Fikir verin, bizim vaxtda da, sonra və indi də eyni sponsor, insanlar tərəfindən kluba maliyyə nəzarəti edilir. Klubun daxilindən dezinformasiya xarakterli informasiyalar ictimaiyyətə ötürülür. Güya indi vəsait yoxdur, nəvaxtsa "Neftçi"nin 20 milyon büdcəsi olub. "Neftçi"də vəzifə sahibi olmuş şəxs kimi tam əminliklə bildirirəm, son 12-13 ildə klubun illik büdcəsi nəinki 20, heç 15 milyon dollar olmayıb. Digər tərəfdən, sponsorun ayırdığı bəlli büdcə var ki, hər zaman kluba qayğı göstərilib. Ayrı-ayrı illərdə obyektiv səbəblərə görə 2-3 aylıq maaşların gecikməsi halları olub. Bu da bütün dünya futbolunda baş verir. Sonrakı aylarda hissə-hissə yığılan borclar sponsor tərəfindən ödənilir. Manatın devalvasiyasından sonra bütün klublar problem yaşadı. Bu tək "Neftçi"yə aid məsələ deyil. Nəticə tək pulun çoxluğu ilə ölçülmür. "Neftçi"nin nəticələrinin, borcların yaranmasının bir səbəbi var: yarıtmaz klub idarəçiliyi. İndi deyil, ötən ilin sonunda dəfələrlə bildirmişəm, qışda heyət dəyişilməz. Müşahidə Şurası, keçmiş icraçı direktor, məşqçilər tərəfindən klub onsuz da dağıdılmışdı. Komanda autsayderlər sırasında idi. Yeni gələnlər doğru plan cızıb mövsümün sonuna kimi klubu maliyyə borclarından xilas etməli, may ayından başlayaraq komandanı yenidən formalaşdırmalı idi. Bunun əvəzinə kredit borcuna girərək çoxsaylı legionerlər gətirildi. Nəticə nə oldu? 7-ci yer. Bu azmış kimi autsayder heyətin qorunub saxlanılmasından danışırlar.
 
-  Onu da qoruyub saxlaya bilmədilər...
- Aprel ayında çempionat bitib. Avroliqada oynamayan "Neftçi"nin heyətini formalaşdırması üçün kifayət qədər vaxtı var idi. Bunun əvəzinə komanda 2 (!) ay istirahətə buraxıldı. Hiss olunur ki, bu müddət ərzində rəhbərlik, məşqçilər özləri də yaxşı istirahət ediblər. 2 ay istirahət "Neftçi"nin sponsorlarına 1 milyondan çox vəsaitə başa gəlib. Bu o deməkdir ki, heç bir iş görmədən milyondan çox vəsait klubdakılara havayı ödənilib. Belə işə yanaşma ilə "Neftçi"də pul qalar? 2 ay istirahət, 2 ay hazırlıq, komanda hələ tam komletləşməyib. Bir legioner gedir, digəri gəlir. Danışanda da stabil heyətdən, pulsuzluqdan danışırlar. Müşahidə Şurasına ayrılan illik vəsait hər mövsüm Flavinyo, Vobay səviyyəsində futbolçu deməkdir. Futbol klubuna səviyyəli futbolçular lazım idi, yazıçı, bəstəkarlar yox... Çox yaxşı tanıdığım sponsorların kluba nəzarət etməməsi təəccüb doğurur.
 
- Topaz Premyer Liqası start götürür. "Neftçi"ylə bağlı proqnozunuz varmı?
- 8 komandalı rəqabətsiz çempionatda "Neftçi" rəhbərliyi, məşqçi, futbolçular minimum 4-cü yeri hədəfləyib. "Neftçi"ni döndəriblər sıradan bir kluba. Ən pisi də budur ki, azarkeşlər də iddiasızlığa öyrəşdirilir. Hər kəs bilsin, "Neftçi"nin adı artıq minimum 3-cü yer deməkdi. "Neftçi" sığorta şirkəti deyil. İndiki maliyyə şəraiti ilə bacarıqlı klub idarəçiliyi, məşqçi işi fonunda qısa müddətdə çempionluğu, kuboku təmin etmək olar. Səngərdən başını qardıra bilməyən qorxaq generalların əsgərləri heç vaxt davamlı qələbələr qazanıb meydanın mərkəzinə bayrağını sanca bilməz.

 
tarix: 11-08-2017 18:19


 
Xəbər lenti
19.07.2018

23:00   “Neftçi” “Uypeşt”ə qarşı - YENİLƏNİR

22:35   “Qəbələ” “Proqres”ə qalib gəlir - CANLI YAYIM

21:57   “Keşlə” qalib gəlsə də, Avroliqa ilə vidalaşdı

20:49   “Sumqayıt” “Əl-Şəhaniyə” ilə heç-heçəyə razılaşdı

19:56   “Səbail” Super Liqa klubuna məğlub oldu

19:21   “Zirə”nin hazırlıq planında dəyişiklik

18:46   “Sabah” daha 3 oyunçu ilə müqavilə bağladı - FOTO

18:04   İspaniya yığmasının yeni baş məşqçisi rəsmən təqdim olundu - FOTO

17:14   "Sabah"a niyə AFFA-dan pul ayrılır?

16:08   “Sumqayıt” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTOLAR

15:55   Bayıl stadionunun süni örtüyünə FİFA sertifikatı verildi

14:35   Rauf Əliyev: “Qarabağ” “Kukesi” ilə oyunların favoritidi”

14:01   Premyer Liqa klubundan 20 milyonluq transfer

13:12   İlk yoxlama matçında 5 cavabsız qol

13:07   “Sumqayıt” ilk yoxlama oyununa çıxır

12:33   “Qarabağ”ın “Kukesi” ilə oyunlarının vaxtı açıqlandı

12:11   “Sabah”ı da AFFA maliyyələşdirəcək

12:05   Venesuela yığmasının forvardı İtaliya klubunda

11:54   Elxan Məmmədovun cəh-cəhi, bəh-bəhi

11:35   Portuqaliyalı futbolçu Super Liqa klubunda

11:07   Millimizin baş məşqçisi: “Qəbələ” bizim üçün çox güclü rəqib oldu”

11:03   Həminki “Qarabağ”

10:22   “eTopaz”da günün canlı oyunları

10:17   Azərbaycan 1 pillə gerilədi - UEFA reytinqi

10:11   “Qarabağ”ın potensial rəqibləri

10:06   Millimizin üzvünün debütü

10:00   “TOPAZ”DA BU GÜN

09:53   Cavid revanşa köklənib: “Qəbələ”nin bu komandaya uduzmağa haqqı yox idi”

09:31   Vaqner da Silva: “Bu, məni narahat etmir”

09:00   Avroliqada 1-ci təsnifat mərhələsinə yekun vurulur - YENİLƏNİR

03:14   “Neftçi” Budapeştdə - VİDEO

02:31   Rəşad Sadıqov: “Belə davam etsə, onu da itirə bilərik"

02:27   Abdullah Zubir: “İlk oyun məndə xoş təəssüratlar yaratdı”

02:22   Emin Mahmudov: “Cavab matçında motivasiya çatışmazlığı olmayacaq”

02:19   Roberto Bordin: “Buna hazır olmalıyıq”

02:04   “Qarabağ” - “Olimpiya” 0:0 - VİDEO

01:17   Millimizin oyunçusundan “Astana”da uğurlu debüt

00:51   ÇL-də birinci təsnifat mərhələsinə yekun vuruldu

00:32   Avroliqa: “Jelezniçar” da növbəti mərhələdə

18.07.2018

23:58  Qurban Qurbanov: “Daha yaxşı oyun göstərməyə qadirik”

23:39  İliya Stoliça: “Qarabağ” asan rəqib deyildi”

23:05  “Neftçi” “Keşlə”yə məğlub oldu

22:53  “Qarabağ” ÇL-in növbəti mərhələsində!

22:37  “Güclü olduğumuzu sübut etmək istəyirik”

22:29  Millimiz 2 cavabsız qolla qalib gəldi

19:40  “Sabah” rəhbərliyini barmağına dolayan Əhmədov: kluba dəyən ziyan onun maaşından tutulmalıdı!

19:16  “Qol buraxmağa haqqımız yoxdu”

19:06  “Sabah” Türkiyə klubu ilə “sülh bağladı”

18:45  “Səbail” Super Liqa klubu ilə qarşılaşacaq

17:27  “Zirə” 4 yaşında

16:38  "Sabah" 2 illik müqavilə bağladığı xorvat futbolçu ilə müqaviləni ləğv etdi

16:24  “Qarabağ”ın rəqibindən iki yeni transfer

15:10  Baqali Dabo: “Budapeştə qələbə üçün yollanırıq”

14:25  “Neftçi” Macarıstana yola düşdü

14:02  Qəbələdəki qələbə Baştoşu da şoka salıb: “Evdə daha çətin olacaq”

13:43  Premyer Liqa klubundan La Liqaya

13:23  “Sumqayıt”ın rəqibləri məlum oldu

12:59  “Sabah” “Girəsunspor”a qarşı

12:26  AFFA Dəniz Yılmazı unudub: "Bu barədə çox danışmaq istəmirəm"

12:19  “Trabzonspor”dan Ramil Şeydayevlə bağlı qərar

11:22  Mərakeş yığmasının üzvü Super Liqa klubunda

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  “Beşiktaş”ın sabiq forvardı Portuqaliya klubunda

10:21  “Neftçi”ni dünənində kölgələnənlər

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Daha bir milli komanda baş məşqçisiz qaldı

09:00  “Keşlə”ylə AFFA-nın şərikli fırıldağı

01:12  “Neftçi” “Uypeşt”ə qarşı - VİDEOANONS

01:00  ÇL: 10 klub 2-ci təsnifat mərhələsində!

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az