(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
İlk tur, 41-ci duel

İlk tur, 41-ci duel

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünə bu gün start verildi. 

Futbolinfo.az xəbər verir ki, ilk turun görüşləri üç gün davam edəcək. “Qəbələ” turun ikinci günündə meydana çıxacaq. “Qırmızı-qaralar” səfərdə “İnter”lə qarşılaşacaq. Ötən mövsümün gümüş mükafatçısı olan bölgə təmsilçisi bürünc medalın sahibini sınağa çəkəcək. Bu, rəqiblərin tarix ərzində 41-ci rəsmi dueli olacaq.
 
İlk dəfə 11 il əvvəl qarşılaşan komandalar indiyədək 40 dəfə üz-üzə gəlib. Hesabında 12 qələbə olan “Qəbələ” 13 dəfə bərabərliklə kifayətlənib. 15 matçda isə Bakı təmsilçisi qalib gəlib. Top fərqində də paytaxt təmsilçisi öndədir – 54:40.
 
Keçirilən 40 qarşılaşmadan 36-sı çempionata, 4-ü kuboka təsadüf edib. Premyer Liqa oyunlarında 9 dəfə qələbə qazanan “qırmızı-qaralar” səfər matçına yubiley uğuru üçün çıxacaq. Komanda 13 heç-heçə etdiyi rəqibi ilə görüşlərin 14-dən xalsız ayrılıb. Çempionatda rəqib qapısından 33 top keçirən “İnter” 48 qol buraxıb.
 
“İnter”in qonağı olacaq “Qəbələ” 20 dəfə səfərdə indiki rəqibi ilə qarşılaşıb. Bu matçların 10-da meydan sahibləri qalib gəlibsə, 5 bərabərlik qeydə alınıb. “Qırmızı-qaralar” rəqib meydanında 5 dəfə qələbə əldə edib. Bakılılar 34, qəbələlilər 19 dəfə qol sevinci yaşayıb.
 
“Qəbələ” – “İnter” qarşılaşmalarında vurulan 94 qolun müəlliflərinə nəzər salsaq, Daniel Subotiç hamıdan çox – 5 dəfə fərqlənib. "Qəbələ"nin sabiq hücumçusu bu qollardan 4-nü 2017-ci ildə rəqib qapısından keçirib. “İnter”in futbolçularından Robertas Poşkus, Valter Quqlemon, Petar Zlatinov və Mikel Alvaro hərəyə 4 qol vurub.
 
Ötən mövsüm baş tutan 6 matçda – 4 çempionat və 2 kubok görüşündə rəqibinə uduzmayan “Qəbələ” ümumilikdə 9 oyundur “İnter”ə məğlub olmur. Bu müddətdə 5 qələbə və 4 heç-heçəsi olan “qırmızı-qaralar” 2017-ci ilə təsadüf edən son 4 görüşdə qalib gəlib.
 
Xatırladaq ki, “İnter Arena”da keçiriləcək “İnter” – “Qəbələ” qarşılaşması saat 20:00-da başlayacaq.
 
2006/07 mövsümü
 
05.08.2006. Premyer Liqa. Gilan (Qəbələ) - İnter (Bakı) - 0:0
 
12.02.2007. Premyer Liqa. İnter (Bakı) - Gilan (Qəbələ) - 2:0
Daniel Axtyamov, 57, 61
 
2007/08 mövsümü
 
02.12.2007. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 2:1
Vitali Balamestnı, 10, 47 – Nizami Hacıyev, 65
 
28.05.2008. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:0
Roman Qoela, 22, Xaqani Məmmədov, 35, Mahmud Qurbanov, 44, Petar Zlatinov, 75
 
2008/09 mövsümü
 
30.08.2008. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1
Valter Quqlemon, 85 - Tyaqu da Silva, 23
 
07.03.2009. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1
Valter Quqlemon, 32
 
29.04.2009. Azərbaycan kuboku. İnter (Bakı) - Qəbələ - 5:0
Valter Quqlemon, 5, 12 - pen., Petar Zlatinov, 8, Danildo Assioli, 60, İvan Testimitianu, 76
 
06.05.2009. Azərbaycan kuboku. Qəbələ - İnter (Bakı) - 2:0
Kənan Kərimov, 40, Azər Bağırov, 87
 
2009/10 mövsümü
 
26.09.2009. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 3:2
Vladimir Levin, 68, Da Silva Rocha Leonardo, 88, Girts Karlsons, 90 - İqor Melnik, 36, Kristian Torres, 69
 
24.12.2009. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1
Petar Zlatinov, 87
 
10.04.2010. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1
Kənan Kərimov, 90 (p.) - Robertas Poşkus, 61 (p.)
 
15.05.2010. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:1
Petar Zlatinov, 16 (p.), Robertas Poşkus, 40, 47, 67 - Tomaş Stolpa, 90+1
 
2010/11 mövsümü
 
19.09.2010. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1
Rövşən Əmiraslanov, 35
 
13.11.2010. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:0
 
2011/12 mövsümü
 
23.10.2011. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1
Danildo Assioli, 20 (p.) - Deon Barton, 58 (p.)
 
11.12.2011. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0
 
24.03.2012. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 2:1
Yannik Kamanan, 60, Deon Burton, 83 - Nizami Hacıyev, 76
 
22.04.2012. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1
Nizami Hacıyev, 25,  İbrahima Niasse, 31 - Luiz Paulo Hillario, 8
 
2012/13 mövsümü
 
10.08.2012. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:0
Leurival Rodrigez, 14
 
17.02.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1
Arif Daşdəmirov, 7, Samir Zərgərov, 73 - Yannik Kamanan, 23
 
13.03.2013. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:2
Viktor Mendi, 62 - Asif Məmmədov, 26, Yuri Fomenko, 29
 
19.05.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:0
Ramil Mansurov, 87
 
2013/14 mövsümü
 
11.08.2013. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 3:2
Leonardo da Silva, 54-p., Vladimir Levin, 70, İbrahima Niasse, 83 - Slavço Georgiyevski, 20, Vaqif Cavadov, 90
 
19.10.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:1
Daniel Subotiç, 45+1
 
23.03.2014. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:4
Viktor Mendi, 89 - Baçana Sxadadze, 14, Mikel Alvaro, 46, 54, Matija Spiçiç 57
 
12.05.2014. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:0
 
2014/15 mövsümü
 
10.08.2014. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:0
Aleksandr Amisulaşvili, 9, Mikel Alvaro, 15, 71, Məhəmməd Mirzəbəyov, 19 
 
21.12.2014. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1
Dodo, 38 - Məhəmməd Mirzəbəyov, 67
 
18.03.2015. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:2
Aleksandr Amisulaşvili, 74 - Aleksey Qay, 40, Ruslan Abışov, 90+1
 
16.05.2015. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1
Aleksey Qay, 5 - Asif Məmmədov, 27
 
2015/16 mövsümü
 
12.09.2015. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1
Dieqo Martins, 10, 29 -  Aleksey Antonov, 84
 
09.11.2015. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1
Aleksey Antonov, 30 -  Dieqo Martins, 35
 
07.02.2016. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:1
Ermin Zets, 18
 
03.04.2016. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0
 
2016/17 mövsümü
 
12.08.2016. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0
 
15.10.2016. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1
Ağabala Ramazanov, 48 // Sergey Zenyov, 69
 
04.03.2017. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:2
Tellur Mütəllimov, 71; Daniel Subotiç, 82
 
30.03.2017. Azərbaycan kuboku. İnter (Bakı) - Qəbələ - 1:3
Adrian Skarlatake, 18 // Daniel Subotiç, 14 (p.), 47; Filip Ozobiç,88 (p.)
 
05.04.2017. Azərbaycan kuboku. Qəbələ - İnter (Bakı) - 2:0
Daniel Subotiç, 12; Baqali Dabo, 33 
 
24.04.2017. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 4:3
Rikardinyo, 14; Sergey Zenyov, 26; Adrian Skarlatake, 33 (ö.q); Tellur Mütəllimov, 90+1 // Rauf Əliyev, 3, 78 Elnur Abdullayev, 72


 
tarix: 11-08-2017 22:41


 
Xəbər lenti
18.12.2017

12:32   “eTopaz”da günün canlı oyunları

12:12   “TOPAZ”DA BU GÜN

11:54   Region Liqasına start verildi: ilk turun nəticələri

11:32   Prezident Tahir Gözəllə Elxan Məmmədovu mükafatlandırdı

11:12   “Səbail” legioneri ilə rəsmən vidalaşdı

10:53   “Bakı”nın bazası da əlindən alındı

10:27   “Beşiktaş” Mahir Mədətovu transfer edir

10:02   Ufuk oynamadı, komandası qələbə qazandı

09:21   Axundovun məşqçi eksperimenti

09:11   Elşən Abdullayev “Səbail”i yox, “Zirə”ni seçdi

09:03   “Kukesi” Rauf Əliyevsiz qalib gəldi

09:01   “Neftçi”nin İlkin transferi

02:22   “Olimpik”lərin duelində Lion təmsilçisi sevindi - VİDEOLAR

02:06   “Barselona” 3 xalı 4 qolla qazandı - VİDEOLAR

01:51   “Milan” darmadağın oldu, “Yuventus” qalib gəldi - VİDEOLAR

00:28   İsrafilovlu “Ximnastik” səfərdə uduzdu

00:20   “Liverpul”dan darmadağın, MY-dən qələbə - VİDEO

00:02   8 qolluq oyunda qalib müəyyənləşmədi - VİDEO

17.12.2017

23:51  “Qalatasaray” məğlub oldu, "Beşiktaş"dan darmadağın - VİDEOLAR

19:27  Erat oynamadı, “Duysburq” qalib gəldi

17:50  Millimizin hücumçusu “Bursaspor”dan göndərilir

15:54  "Qarabağ"ın futbolçusu subaylığın daşını atdı

14:08  12-ci turun oyun cədvəli açıqlandı

12:45  Cari mövsümdə ilk baş məşqçi dəyişikliyi

12:22  “eTopaz”da günün canlı oyunları

11:57  “TOPAZ”DA BU GÜN

11:38  “Araz”dan inamlı qələbə

10:06  Araz Abdullayevdən qol ötürməsi - VİDEO

02:19  “Valensiya” uduzdu, “Atletiko” qalib gəldi - VİDEOLAR

02:11  “İnter” ilk məğlubiyyətini aldı, “Napoli” və “Roma” qalib gəldi - VİDEOLAR

01:44  PSJ 3 xalı 4 qolla qazandı - VİDEO

01:26  “Borussiya” və “Bavariya”dan çətin qələbə - VİDEOLAR

00:52  MS “Tottenhem”i böyük hesabla yendi, “Çelsi” və “Arsenal” qalib gəldi - VİDEOLAR

00:30  “Trabzonspor” tək qolla güldü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az