(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Gözəl: "Sürpriz transfer ola bilər"

Tahir Gözəl: "Sürpriz transfer ola bilər"

“Qarabağ” Topaz Premyer Liqanın 1-ci turunda səfərdə “Neftçi”yə 3:1 hesabı ilə qalib gəldi. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Çempionatda ilk oyunumuz idi. Bu qələbə bizə əlavə güc verdi.  Avrokubklar üçün motivasiya oldu. Əminəm ki, zaman keçdikcə güclənəcəyik. Dani Kintananın zədələnməsinə üzüldüm. Sabah onu müayinə edəcəyik. Yəqin ki, 1 ay yarım sonra komandaya qoşular. Ümid edirəm ki,  yanılaram və onun zədəsi yüngül olar. Optimist düşünürəm.
 
- Demək olarmı meydanda ancaq “Qarabağ” var idi?
- Onu deməzdim. “Neftçi” də yaxşı oynadı. “Neftçi” hər zaman güclü olub. Belə davam etsələr, stabil komanda olacaqlar.
 
- “Qarabağ” bütün diqqətini “Kopenhagen”lə Bakıdakı oyuna yönəldib. Yəqin ki, məqsəd qol buraxmadan qələbə qazanmaq olacaq...
- Ən böyük ümidimiz də elə budur. “Qarabağ”ın gözəl oyunlarını çox görmüşük. Bütün ümidimi Bakıya bağlamıram. Komandamıza inanıram. “Kopenhagen”ə Bakıda çətin olacaq.
 
- “Qarabağ” ən azı qışa qədər avrokuboklarda oynayacaq. Heyətə legioner futbolçu cəlb ediləcək?
- Söz-söhbət gedir. Ad verə bilməyəcəm. Avropada danışıq apardığımız oyunçular var. Sürpriz transfer də ola bilər. Ətraflı danışmaq istəməzdim.
 
- Sürpriz dedikdə tanınmış futbolçu nəzərdə tutursunuz?
- Xeyr, belə deməzdim. Ancaq bizim axtardığımız oyunçu olacaq. “Qarabağ”ın yüksək keyfiyyətləri ilə seçilən legionerləri olub. Ümid edirik ki, yeni oyunçumuz da onlar kimi olacaq.
 
- Kintananın zədə alması həmin transferi sürətləndirəcək?
- Xeyr. Bununla əlaqəsi yoxdu.
 
- Türkiyəni təmsil edən Azərbaycan əsilli atlet Ramil Quliyev dünya çempionu oldu. Bu barədə fikirləriniz necədir?
- Böyük uğurdür. Azərbaycanı, Qarabağı, Türkiyəni dünyaya tanıdan hər kəsə biz ancaq təşəkkür edirik. Ramili təbrik edirəm.
 
- Əzəli rəqibiniz olan “Neftçi”nin belə vəziyyətdə olması sizə necə təsir edir?
- “Neftçi”nin güclənmək və formalaşmaq istəyi var. Bir az zamana ehtiyacları var. Mən daha güclü “Neftçi”ni qarşımızda görmək istəyirəm. Ümid edirəm ki, belə də olacaq.


 
tarix: 12-08-2017 01:47


 
Xəbər lenti
24.06.2018

01:40   Almaniya - İsveç matçının ən yaxşısı

01:21   “Neftçi” dumana düşdü - VİDEO

00:50   Xorvatiyalı yarımmüdafiəçi rəsmən “Neftçi”də

00:10   Almaniya millisi 90+5-də sevindi - VİDEO

23.06.2018

23:55  Belçika və Meksikadan asan, Almaniyadan dramatik qələbə

23:29  Sənan Qurbanov: “Kukesi” ilə matçdan istədiklərimi ala bildim”

22:52  Millimizin Bakı toplanışı üçün heyəti açıqlandı

22:11  Çiçarito ən yaxşı seçildi

22:00  Qurbanov: “Səhvlərimiz oldu, amma…”

21:49  “Qəbələ” də heç-heçə ilə başladı

21:14  “Qarabağ” ilk sınağından heç-heçə ilə ayrıldı

21:03  Meksikadan ardıcıl 2-ci qələbə - VİDEO

20:58  “Qaçırdığımız penalti oyunda dönüş nöqtəsi oldu”

20:38  Millimiz Belarusa məğlub oldu

18:46  “Neftçi”nin ilk rəqibi bəlli oldu

18:20  Belçika - Tunis matçında 7 qol - VİDEO

18:09  Dubl etdi, ən yaxşı oldu

17:36  Şotland da “Qarabağ”ın təklifini qəbul etmədi

16:53  Hacıyev üçün üç yerli, bir əcnəbi köməkçi

16:11  “Neftçi” Türkiyə toplanışına start verdi

15:28  Medvedev: “İstəmədiyimiz bir rəqib düşdü”

15:07  VAR sistemi, varam deyir...

14:30  Salah Çeçenistanın fəxri vətəndaşı oldu - FOTO

14:18  İtaliyalı futbolçudan “Qarabağ”a təşəkkür və “yox”

13:21  “Sumqayıt”ın yay hazırlıq planı məlum oldu

13:04  “Keşlə”nin rəqibi yoxlama oyununda uduzdu

12:42  “Neftçi” Türkiyədə - VİDEO

12:27  Millimiz Belarusa qarşı

12:11  Paytaxt klubunda qapıçı dəyişikliyi

11:22  Ukraynalı qapıçı rəsmən “Real”da

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  Kluyvert rəsmən “Roma”da

10:00  “TOPAZ”DA BU GÜN

09:30  DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az