(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

“Neftçi”  “ASAN xidmət”dən imtina etdi

“Neftçi”  “ASAN xidmət”dən imtina etdi

“Neftçi” yeni titul sponsorunu müəyyənləşdirir. Komanda “Qarabağ”la dünənki oyuna adi geyimlərdə çıxsa da, tezliklə bütün suallara aydınlıq gələcək.
 
Futbolinfo.az xəbər verir ki, bakılıların yeni mövsüm üçün geyim dəstləri artıq alınıb. Lakin onlar mövsümün açılış oyununa kimi tam hazır olmayıb. Ötən mövsüm boyu klubu aldadaraq yeni geyim dəstlərini gətirib çıxarmayan menecer Kamil Məmmədov, ölkəmizdəki nümayəndəsi olduğu “Kappa” məhsullarını artıq bakılılara çatdırıb.
 
Dünən “Neftçi” oyuna 80 illik yubiley matçında istifadə etdiyi oyun geyimlərində çıxmışdı. Amma klubun mövsüm ərzində istifadə edəcəyi formalar fərqli olacaq. Yeni dizaynlı geyimlər sifariş olunub və hazırlanaraq gətirilib. Onların komanda üzvlərinə paylanması isə xırda detallara görə yubanır və yəqin ki, “Səbail”lə növbəti turdakı oyuna kimi bütün problemlər həll olunacaq.
 
Yeni formalarla bağlı əsas problem üzərinə titul sponsorunun loqosunun vurulması ilə bağlıdı. Ötən mövsüm “ASAN xidmət”lə əməkdaşlıq edən “Neftçi” indi yenisiylə anlaşmaq istəyir. Amma problem ondadı ki, bu qurumla mövcud müqavilə oktyabrda başa çatacaq. Bakılılar 2 aya görə yeni formalara “ASAN xidmət”in loqosunu vurmaq istəmir və anlaşmanı pozaraq yeni tərəfdaşına qucaq açmaq niyyətindədi.
 
Elə bu sualların nəticəsidi ki, komanda hələ də 1937-ci ildə qalıb. Yeni geyim dəstləri, yeni titul sponsoru, yeni dizayn – bütün bu məsələlər növbəti tura kimi aydınlaşacaq. Dəqiq olan “ASAN xidmət”lə əməkdaşlığın bitməsidi.
 
AĞA

 
tarix: 12-08-2017 14:27


 
Xəbər lenti
22.08.2017

02:00   La Liqada ilk tura yekun vuruldu - VİDEO

01:22   "Mançester Siti" doğma meydanda xal itirdi - VİDEO

00:55   Super Liqada 2-ci tur darmadağınla başa çatdı - VİDEO

00:27   "İnter"in futbolçusu rəsmən "Valensiya"da - FOTO

00:05   Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

21.08.2017

23:35  Emin üçün 90 dəqiqə və 3 xal

23:01  “Qarabağ”a ilk oyunda 0:1 hesabıyla uduzmağımız bizim üçün problem deyil”

22:38  300-cü avrokubok matçı - "Qarabağ" 87-ci qələbəmizi qazana bilər

22:07  “Qarabağ” üçün millimizin baş məşqçisini qovan hakim

21:36  “Səbail” rəqiblərini hansı stadionda qəbul edəcək?

21:04  "Qəbələ" "Dinamo"ya qalib gəldi

20:34  Tahir Gözəl "Qarabağ"ın sabiq məşqçisi ilə görüşdü - FOTO

20:02  "Neftçi"də təcili toplantı

19:38  "Kəpəz" "Zirə"yə uduzdu, "Qəbələ" "Sumqayıt"a 9 qol vurdu

19:09  Nəsri rəsmən Türkiyə klubunda - FOTO

18:42  “Kopenhagen” “Qarabağ”la 19 il əvvəlki oyunun videosunu yaydı - VİDEO

18:26  "Qəbələ"dən 600-cü qol

18:08  MOİK-dən 5 qollu qələbə

17:45  “Səbail”də ayrılıq: Yeni transfer komandadan getdi

17:25  "Neftçi" Əhmədova həvalə olundu

17:08  "Arsenal" iki futbolçusunu icarəyə göndərdi

16:43  2012 gün öncə: 2012-ci ildə

16:21  “Neftçi” tarixinin ən uğursuz startı

16:07  Rəşad Sadıqov üçün əlamətdar tur: Kapitan 300-ə çatdı

15:44  “Marka”: “Qarabağ” tabe olmadığı ölkəni təmsil edir - FOTO

15:15  Premyer Liqa klubundan rekord transfer

14:21  Elxan Abdullayev “31”lə getdi

13:40  “Kopenhagen” - “Qarabağ” matçı ispanlara tapşırıldı

13:34  Şuralı klublarla şurasız klubların rəqəmli fərqi

13:32  Kaliniç "Milan"da

13:01  Macar KİV-i “Qarabağ” haqda: "Tiki-taka"yla xəyalət şəhərdən ÇL-ə"

12:56  Kamal Quliyev “Neftçi”yə özünü təklif etdi

12:53  Minnətdarlıqla vida

12:49  Abdullayevin müvəqqəti xələfi

12:29  İstefa verməyib, qovulub!

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az