(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Elvin Məmmədov: "İnter"lə oyunda bəxtimiz də gətirdi"

Elvin Məmmədov: "İnter"lə oyunda bəxtimiz də gətirdi"

"Qəbələ"nin futbolçusu Elvin Məmmədov keçmiş komandası "İnter"i səfərdə 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının 1-ci tur matçından sonra brifinq keçirib.

Futbolinfo.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb:

- Keçmiş komandanıza qalib gəldiz. İlk qolu da sən vurdun. Oyunundan razı qaldın?
- Sevindirici haldı ki, qol vurdum. Amma birinci oyun istər-istəməz stresli keçir. Qələbə qazansaq da, çatışmazlıq var idi. Qarşıdakı oyunlara baxmaq lazımdı.

- Son dəqiqələrdə bəxtinizin gətirdiyi ilə razısan?
- Razıyam, rəqibin qapıya doğru 2-3 təhlükəli zərbəsi oldu. Həmin anda bəxtimiz gətirdi. Bizim də fərqi artırmaq üçün şanslarımız oldu. Futbolun gözəlliyi də bundadı. Hər epizod qol olmur. Üçüncü qolu vursaydıq, oyun "sınacaq”dı. Vacib olan 3 xalla başlamaq idi, tapşırığın öhdəsindən gəldik.
 
- Avrokuboklardakı uğursuzluğu unuda bilmisiz?
- Avrokubok və çempionat oyunları fərqlidi. Avropa Liqasında məğlub olduq, mübarizəni dayandırdıq. İndi çempionatda yenə yüksək yerlərdən birini tutmalıyıq ki, Avropa macəramız davam etsin.
 
- "Qəbələ"dən fərqli olaraq, "Qarabağ” daha hazır görünür. Yenə onların çempion olacağını düşünmək olarmı?
- Çempionatın ilk oyunudu. Bu barədə danışmaq çətindi. Əlbəttə, onların oturuşmuş heyətləri var. "Qəbələ”də isə heyət hər il dəyişir, yeni simalar gəlir. Buna görə də çətinlik olur. Amma mövsüm yeni başlayıb. İndidən dəqiq fikir bildirmək olmaz.
 
- "Zirə"də daim top səndə olurdu. "Qəbələ"də isə bir az fərqli tapşırıqlar yerinə yetirirsən. Yeni komandanın oyun dəsti-xətti səni darıxdırmır?
- Bu, baş məşqçinin tətbiq etdiyi sistemdi. O, səni hara qoysa, harada güvənsə, orada oynamalı, maksimum çalışmalısan. Bu gün onu nə dərəcədə razı saldığımı deyə bilmərəm. Oyundan sonra aparılacaq analizlərdən dərs çıxarmaq lazımdı.


 
tarix: 13-08-2017 02:30


 
Xəbər lenti
19.11.2017

09:07   Elvinlə Dmitri oynadı, “Karabakh” uduzdu

02:05   “Milan”la “Latsio” səfərdən məğlub qayıtdı - VİDEOLAR

01:57   “Real” büdrədi, “Barsa” xal fərqini artırdı - VİDEOLAR

01:43   “Qarabağ”ın rəqibi “Real” ilə bərabərə qaldı - VİDEO

01:09   PSJ 3 xalı yenə darmadağınla qazandı - VİDEO

00:35   “Bavariya” darmadağınla qalib gəldi - VİDEOLAR

18.11.2017

23:57  “Liverpul”, MY və MS-dən inamlı qələbə - VİDEOLAR

23:21  “Qarabağ”ın rəqibi əzəli rəqibinə qalib gəldi - VİDEO

23:05  “Qalatasaray” səfərdə darmadağın oldu - VİDEO

21:55  “Qarabağ”ın rəqibi 3 xalı 4 qolla qazandı - VİDEO

20:32  Dəniz Yılmaz oynamadı, “Bursaspor” yenə xal itirdi

18:47  Nizami Hacıyev "Neftçi"də

18:31  “Qarabağ” “Sumqayıt”ı məğlub yola saldı

18:10  Samir Əliyev: “Belə olmasını istəməzdim”

17:55  Diniyevin istefasına səbəb olan məğlubiyyət - VİDEO

17:30  Şahin Diniyev: “Gəncənin əsl azarkeşlərindən üzr istəyirəm”

17:23  Şahin Diniyev “Kəpəz”dən istefa verdi

17:02  “Neftçi”dən azarkeşkərə müraciət

16:57  “Kəpəz”lə “Keşlə” yenə də uduzdu

16:05  “Keşlə”nin ardıcıl altıncı məğlubiyyəti - FOTOLAR

15:54  “Zirə” “Keşlə”ni belə məğlub etdi - VİDEO

15:49  Ramiz Məmmədov: “Onu komandada saxlamaram”

15:39  “Sübut etdik ki, “Qarabağ”a qarşı oynamaq mümkündü”

14:41  “Zaqatala”nın ilk qələbəsi - VİDEO

14:02  “Neftçi” – “Qəbələ” matçının biletləri satışda

13:38  “Çelsi” imtina etdi, “Qarabağ” daha 1000 bileti satışa çıxardı

12:51  Qurban Qurbanov: “Azərbaycan futboluna xidmət etmək borcumdu”

12:13  Yığmadan ayrıldı, Premyer Liqa klubuna baş məşqçi təyin olundu

11:47  Əhmədov: “Hələ heç nə itirilməyib”

11:35  Konte: “Azərbaycanda qrupdan çıxmaq üçün oynayacağıq”

10:45  “Qarabağ” sürprizə hazırlaşır - Türkiyədən xüsusi qrup gəldi

10:33  “Çelsi”də problem

09:30  AFFA-dan geri addım: komitələr ləğv edilir

09:17  Əzizov yenə oynamadı, komandası qalib gəldi

09:11  "Vitrin"dən göstərilən hədəflər

09:02  Paşayevin komandası “Şaxtyor” üzərində qələbəyə sevindi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az