(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Tələsmə, Zaur, tələsmə...

Tələsmə, Zaur, tələsmə...

“Oyunumuzdan tam razı qaldım. Komandamız ciddi itkilərə, Rauf Əliyevin futbola, insanlığa layiq olmayan hərəkətinə, komandanı atıb qaçmasına baxmayaraq, gözəl çıxış etdi”.
 
Bu, nə məntiqdi, Zaur Axundov? İnsanlıq, yalnız sənə lazım olandamı, yadına düşdü?
 
***
 
“İnter”in Müşahidə Şurasının sədrinin “Qəbələ”  ilə son oyundan sonrakı açıqlaması diktatorun itaətdən qaçan nökəri haqda dediklərinə bənzəyir. Sanki Rauf xalq düşmənidi, Axundovun pulunu, malını yeyib qaçıb.
 
Əliyev bu komanda üçün nələr etmədi ki? Ən çətin vaxtlarda komandaya dayaq durdu, komandanı atıb qaçan Ağabala Ramazanovdan, Səlahət Ağayevdən fərqli olaraq, fikri daim komandanın yanında oldu. Qarşılığında nə etdiz? Hər gün yeni vədlər, yeni yalanlar… Heç olmasa, onu borclu çıxarma. 3 aydı süründürdüyün futbolçudur, insandır, əsəbləri dözmədi, bezdi, qaçdı. Həm də ölkə çempionatındakı hansısa rəqibini gücləndirməyə yox, legioner karyerası yaşamaq üçün Albaniyaya yollandı.
 
Sabah komandanın vəziyyəti düzələn kimi indi heyətdə oynayan fədakar yerlilərin heç biri yadına düşməyəcək, öz maraqlarını da nəzərə alaraq, ilk olaraq, əcnəbilərə qucaq açacaq, onlarla və onlardan qazanmağa çalışacaqsan. İndi isə quyruq qapı arasında qalıb deyə, yerlilərdən bərk yapışmısan. Sözünə qulaq asanı qul kimi işlədir, qulaq asmayanı şantaj, təhqir edirsən. Belə olmaz, Zaur bəy!
 
***
 
“Raufun 2018-ci ilin iyununadək müqaviləsi var. Bu, tamhüquqlu anlaşmadır. O, çox böyük səhvə yol verdi. Özünə də dedim. Albaniya klubuna da etirazımızı bildirmiş, Əliyevlə müqaviləmizin əslini göndərmişik. Bazar ertəsi ingiliscə tərcüməsini də göndərəcəyik. İnanmıram ki, Rauf "Kukesi" ilə müqavilə imzalasın. O, hansı ağılla gedib - başa düşmürəm”.
 
Haqlısız, sənəd-sübut bəlkə də xeyrinizədi, amma ona 3 ay borclu olduğunuz haqda sənədi də göndərmisizmi? Futbolçunun bu müddət ərzində əməkhaqqını almadıqda hansı addımlar ata biləcəyini də anlayırsızmı? 3 ay maaşın verilməməsi, avtomatik olaraq, müqavilənin qüvvədən düşməsi deməkdi. Həm də sizinlə futbolçu arasında olan müqavilə 1+1 şərti ilədi. Yəni ki, 1 ili şərtidi, futbolçu istəmədən “+” hissəsini artıra bilməzsiz.
 
Deyək ki, hansısa vasitələrlə Əliyevi komandaya qaytardız, bəs, sonra? O, hansı həvəslə sizə yardım edəcək? Həm aldadırsız, həm geri dönməyə məcbur edirsiz. Qanun yalnız sizə lazım olandamı yada düşür? Bəs, maaşları yubatmağınız, futbolçuların ailə problemləri önəmli deyilmi?
 
***
 
Açıqlamanızın davamında deyirsiz: “Müqavilə bir tərəfə qalsın, komandanı belə bir vəziyyətdə, transfer edə bilmədiyimiz, ağır itkilərlə üzləşdiyimiz vaxt yarı yolda atıb qaçdı. "Kukesi" heç bir məbləğ ödəməyib. Albaniya klubundan bizə rəsmi heç nə gəlməyib. Kim hansı oyunçu ilə nə qədər istəyirsə, danışsın. Amma rəsmi məktub yoxdur”.
 
Komanda pis vəziyyətdədisə, buna görə futbolçu niyə əziyyət çəkməli, məhrumiyyətlərə dözməlidi? Onsuz da ötən mövsüm yarıac-yarıtox, kişi kimi mübarizə aparıb və Avropa Liqasına vəsiqəni təmin edib, orada da bir mərhələ keçib, büdcəyə önəmli vəsait cəlb ediblər. Bu oyunçuların qanını da soracaqsızmı?
 
Komanda transfer edə bilmirsə, bunun günahı Raufdadımı? Siz və sizin kimi işbilməzlərin ucbatından komanda bu vəziyyətə düşüb. Əcnəbilər almadıqları pula görə şikayət edib klubu cəzaya məruz qoydu, Rauf kimi yerlillər isə FIFA-ya şikayət etmir, sadəcə, öz canlarını götürüb qaçırlar. Klub çətin vəziyyətdədisə, vəzifə xəstəsi olduğunuz üçün gəldiyiniz klubda normal iş görün, vəziyyətdən çıxış yolu tapın. Bacarmırsınızsa, gedin milyonlar qatladığınız futzalla məşğul olun.
 
Stadion, baza probleminizi, maliyyə çətinliyinizi və s. hamısını SOCAR rəhbərliyi həll edirsə, siz nəyə lazımsız? Ailə şirkətinizin reklamını komandanın formalarına yapışdırmaq bəs etmədimi? Qolçomaqlıq edib, gücünüzü yetim-yesirə göstərirsiz?
 
***
 
İstəsəz də, istəməsəz də, Rauf Əliyev dəftəri bağlanıb. Ola bilər ki, onun “Kukesi”yə keçidinə hansısa yolla əngəl olacaqsız, amma o, “İnter”ə heç bir fayda verməyəcək. Ondansa işinizi düzgün qurun, dostluq, tanışlıq imkanlarından istifadə edərək, komandanı maliyyə cəhətdən təmi edin, yeni inciklərin ortaya çıxmasına şərait yaratmayın. Sizin kimi yekə-yekə danışan çox futbol məmuru görmüşük. Şəxsiyyətinizə hörmətimiz var, haqqınızda daha çox müsbət şeylər eşidirik, bircə boğazdan yuxarı danışmağınız, diktatoruq həvəsiniz olmaya. Böyük futbol sizin üçün futzal çempionatı deyil ki, məşqçinin əvəzinə taktika müəyyənləşdirə, futbolçuları söyə, hakimləri döyəsiz. Bir az alicənab olmağa çalışın.
 
Rauf müqaviləsinin bitdiyini, siz isə davam etdiyini deyirsiz. 2 müqavilə sistemindən hələ də imtina etməmisiz? Belə qarışıq məsələlərdə beynəlxalq futbol qurumları adətən oyunçunun tərəfini tutur. Özünüz bilmirsizsə, işçiizdən, hörmətli hüquqşünas Rəmiş Malıyevdən soruşun. Tələsmə, Zaur, tələsmə...
 
AĞA

 
tarix: 13-08-2017 15:16


 
Xəbər lenti
22.10.2017

21:00   Roman Qriqorçuk: “Bu barədə düşünmürəm”

20:49   Qurban Qurbanov: “Uğurlu seriyamız nə vaxtsa qırılmalı idi”

20:26   “Qəbələ” “Qarabağ”a qalib gəldi

19:02   Dəniz Yılmaz oynamadı, “Bursaspor” xal itirdi

18:53   Qəbələdə azarkeş qarşıdurması

18:21   Kəmaləddin Heydərov "Qəbələ" - "Qarabağ" oyununda - FOTO

18:12   “Duysburq” Eratsız qalib gəldi

17:55   Dmitri Nazarov qovuldu

17:36   “Sumqayıt” “Zirə”yə, “Kəpəz” “Neftçi”yə uduzdu

17:32   Məhv edilmiş sabah: əcnəbilərin əli ilə

17:29   Qəbələdə start heyətləri açıqlandı

17:18   Təxirə salınmış oyunun vaxtı bəlli oldu

17:04   “Qarabağ” 5 futbolçusunu Qəbələyə gətirmədi

16:14   Syomin: “Azərbaycanda futbolun bütün ağırlığı “Qarabağ”la “Qəbələ”nin çiyinindədi”

15:02   Turun mərkəzi oyununda 11+2 kamera - FOTOLAR

14:04   Türkiyə prezidenti məşhur futbolçunun nikah şahidi oldu – FOTOLAR

13:39   İstanbul derbisində “Qarabağ” plakatı açılacaq

13:02   Sınıq çərçivəyə salınmış gözəl tablo

12:05   “Azərbaycan çempionatı Avropaya gedən yolda bizim üçün tramplin ola bilər”

11:43   “eTopaz”da günün canlı oyunları

11:25   “TOPAZ”DA BU GÜN

11:06   4-cü turun oyun cədvəli açıqlandı

10:27   “Marafon”la Sultanov zirvədə

09:57   Samir oynadı, “Fakel” yenə uduzdu

09:48   "Neftçi" rəhbərliyini əsəbləşdirən 90 faiz

09:36   Əsgərov Latviyada yenə dubla imza atdı

09:30   Təbrikə it də gəldi

09:23   Məhv edilmiş sabah: Təbriz Həsənov qəbirqazan rolunda

09:17   "Kəpəz" rəhbərliyi üçün "yadasaldı pankartı"

09:12   "Kəpəz" yenə Gəncədə oynamayacaq

08:57   Xaqani Məmmədov təhqir edildi, Tahir Süleymanov yada düşdü

01:35   "Monako"dan 2 qolla 3 xal - VİDEO

01:06   “Barselona”dan qələbə, "Valensiya"dan darmadağın - VİDEOLAR

00:58   “İnter”lə “Napoli”dən qolsuz heç-heçə - VİDEOLAR

00:40   Debütantlardan inamlı qələbə

00:20   “Bavariya” qalib gəldi, “Borussiya” yenə xal itirdi - VİDEOLAR

21.10.2017

23:51  Araz Abdullayev oynadı, "Anortosis" qalib gəldi

23:44  "Trabzonspor" yenə uduzdu

23:32  Pillələri sayan "Neftçi", zirzəmidə "möhkəmlənən" "Kəpəz"

23:05  MY uduzdu, MS 3 qolla qalib gəldi - VİDEOLAR

22:43  Vurğunla Amildən “Zirə” üzərindəki qələbəyə şərh - VİDEO 

22:22  Millimizin üzvü oynadı, komandası xal itirdi

21:50  “Qarabağ”dan möhtəşəm qələbə və liderlik

21:23  Rauf Əliyevdən daha bir qol, “Kukesi”dən növbəti qələbə

21:03  "Qarabağ" fanatlarını təhqir etməyim üçün dəli olmağım lazımdı”

20:16  Samir Abasov: “Bu qatardan geri qalsaq, çətinlik çəkəcəyik”

20:10  “Zirə”ni də məğlub edən tapıldı - FOTOLAR

19:46  “Sumqayıt” “Zirə”yə belə qalib gəldi - VİDEO

19:19  Turun son matçında heç-heçə - VİDEO

19:09  “İnter” “Səbail”ə məğlub oldu

18:55  “Zirə”dən ilk məğlubiyyət, “Neftçi”dən ardıcıl 3-cü qələbə!

18:36  “Neftçi”dən növbəti qələbə - FOTOLAR

18:25  “Qarabağ”ın rəqibi 3 xalı 4 qolla qazandı - VİDEO

18:16  Emin Mahmudov: “Seçimimdə yanılmamışam”

17:55  Şahin Diniyev: “Bizim də küçəmizdə bayram olacaq”

17:45  Tərlan Əhmədov: “Neftçi”də qruplaşma hələ tam aradan götürülməyib”

17:42  Məhv edilmiş sabah: 330 minlə 120 minin fərqi

17:32  “Kəpəz” yeni qazondakı ilk matçında “Neftçi”yə uduzdu - VİDEO

17:20  Birinci Divizionda 3-cü tur heç-heçə ilə yekunlaşdı

17:07  Nəsirovlu “Sportinq” 4 qola üzüldü

16:25  İmişlidə 6 qolluq duel - VİDEO

15:21  “Zaqatala” “Binə”yə də məğlub oldu - VİDEO

15:17  UEFA “Kəpəz” – “Neftçi” görüşünə görə dəyişiklik etdi

15:06  Donald Gerrye: “Atletiko”ya qarşı qızım üçün oynadım”

15:00  "Neftçi" rəhbərliyi azarkeşlər arasında

14:55  “eTopaz”da günün canlı oyunları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az