(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
“Qarabağ” üçün 12-ci oyunçu olaq!

“Qarabağ” üçün 12-ci oyunçu olaq!

“Qarabağ” çətin sınaq qarşısındadı. Çempionlar Liqasının pley-offuna yüksələn təmsilçimiz tarixi uğura çox yaxındı.

Oyuna azarkeş marağı, ümumiyyətlə, ictimaiyyətin diqqəti gözlənildiyi kimidi. “Kopenhagen”lə sınaq üçün biletlərin satışa çıxarıldığı ilk gündə 15 min nəfərin kassaya baş çəkməsi ajiotaj olacağından xəbər verir. Deməli, hamının Ağdam klubuna kifayət qədər ümidi var.

İlk oyunlar çox önəmlidi. Bakıda top buraxmadan qalib gəlmək ideal variant olardı. Belədə Danimarkada işi bitirmək mümkünü. Ancaq bu, təkcə klubun bacaracağı iş deyil. Qurban Qurbanovun yetirmələrinə dəstək vermək, onları ruhlandırmaq, yanlarında olmaq hamımızın vəzifəsidi. Biletli azarkeşlər matça təkcə tamaşaçı kimi yox, çılğın fanat kimi yollanmalı, 90 dəqiqə komandanı ruhlandırmalıdı.

“Qarabağ” artıq çox iş görüb. Ardıcıl 4 mövsüm avrokuboklarda qrupa düşmək qitə nəhəglərinə yaraşan nəticədi. Nə MDB məkanında, nə qonşularda, nə də Avropanın bir çox futbol ənənəsi olan ölkələrində son 15-20 ildə belə komanda xatırlamıram. Təmsilçimiz illər boyu çəkdiyi əziyyətin qarşılığında qrupa düşməyi bir nov dəbə mindirib, digər klublarımız üçün də minimum müəyyənləşdirib.

“Qarabağ” onsuz da avrokuboklarda, qruplarda olacaq. Amma könül istər ki, bu dəfə AL-də deyil, ÇL-də mübarizə aparaq. Bunun üçünsə komandanı tək qoymamalı, hər fürsətdə komandanın uğur qazanması üçün çalışmalıyıq. Mətbuat, azarkeşlər, futbol ictimaiyyəti bir olaraq “Qarabağ”a maksimal dəstək verməlidi.

Bu uğuru milyonlar səpələnən əcnəbi məşqçilər yox, zaqatalalı balası Qurban Qurbanov qazanıb. Bəzən səhvləri də olub, yanlışları da, lakin hər zaman ən yaxşı üçün çalışıb, səhvləri də ən yaxşı üçün mübarizə apararkən reallaşıb. Ən yaxşı, amma maliyyə baxımından ölkə standartlarını çox aşmayan əcnəbiləri də “Qarabağ” gətirib, yerli oyunçulara diqqəti də bu klub göstərib, gənclərə şans da ən yaxşı formada bu komandada verilib. “Qarabağ” komandadan kluba çevrilmə prosesini də yekunlaşdırmaqdadı və artıq pul xərclənən, dotasiya qoyulan yox, qazanca işləyən müəssisəyə çevrilir.

Gözəl futbol klubu modelidi. Qüsurları var, amma artıq hamı üçün örnək, nümunədi. İndi heç kəs “Neftçi”yə və ya digər komandaya yox, məhz “Qarabağ”a can atır, işində ağdamlıları prioritet seçir. Belə bir klubumuz olduğu üçün keçmiş SSRİ respublikalarının bizə həsəd aparması fərəhvericidi.

İndi isə bu komandanın dəstəyə ehtiyacı var. “Kopenhagen”i keçib, tarixi uğura imza atmaq üçün 10 günümüz qalır. Qurban Qurbanov və yetirmələri bacardığını edəcək, onlar dayananda biz dəstək olaq. Tribunalara tamaçaşı yox, komandanın 12-ci oyunçusu kimi gedək, futbolçular yorulanda, dayananda onları ruhlandıran dəstəyi verək. Birlikdə bacaracağıq.

FƏRİD


 
tarix: 13-08-2017 16:34


 
Xəbər lenti
22.02.2018

10:31   “Roma”nın türkü ÇL-in tarixinə düşdü

10:01   Sultanovun perspektivi: o, hələ də seleksiyaçı menecer kimi danışır

09:44   “TOPAZ”DA BU GÜN

09:21   Nicat Muxtarov yenə oynayacaq

09:00   59 texniki məğlubiyyət, 4 qovulma

02:04   İspaniyada heç-heçə, Donetskdə 3 qol - VİDEO

01:39   “Roma” “Şaxtyor”a uduzdu, MY “Sevilya” ilə heç-heçəyə razılaşdı

00:08   “Real”dan səfər qələbəsi - VİDEO

21.02.2018

23:32  Yüksək Liqada 17-ci turun oyun cədvəli açıqlandı

23:05  ÇSKA serbləri məğlub yola saldı - VİDEO

22:52  Avroliqada 1/8 finala ilk vəsiqə ÇSKA-ya qismət oldu

22:00  “Neftçi”dən öncə təqdimat, sonra məşq - VİDEO

21:12  “Qəbələ”dən “Kəpəz”ə 4 cavabsız qol

20:10  “Qarabağ” “Kəpəz” üçün hazırlığa başladı

19:51  Ali Məhkəmə Maşallah Əhmədovla bağlı şikayəti təmin etmədi

19:40  Birinci Divizionda sabah keçiriləcək oyunlara təyinatlar açıqlandı

19:32  Elnur Eyvazovdan baza açıqlaması

19:27  Ceyhun Sultanov: “Sumqayıt”dan “Neftçi”yə futbolçular cəlb edəcəyik”

19:18  Böyükağa Hacıyevin son durumu: Vəziyyət daha da ağırlaşır

17:45  Kamran Quliyev 1 həftə vaxt istədi: “…maaşı reallıqdan çox uzaqdı”

16:15  Dieqo Souza: “Sadəcə, qol vura bilməməyimiz narahatlıq doğurur”

15:55  Ceyhun Sultanov “Neftçi”nin üzvlərinə təqdim olundu

14:46  AFFA bir kluba texniki məğlubiyyət verdi, daha birini yarışdan kənarlaşdırdı

14:01  Rəqibi təhqir edən futbolçuya 3 oyunluq cəza

13:50  “Qəbələ” - “Zirə” matçı ilə bağlı AFFA-dan sərt cəzalar

13:11  “Hər gün məşq etsək, üçüncü yeri tuta bilərik”

12:21  Ceyhun Sultanov rəsmən “Neftçi”də

11:59  “Kəpəz” “Qarabağ”la oyuna itkisiz hazırlaşır

11:45  “Neftçi”dən “Şaxtyor”a

11:12  “Neftçi” legioneri ilə vidalaşdı

11:00  “Latsio”dan “İnter”ə

10:47  İngilissiz İngiltərə klubu

10:32  Konfransı kim çağırıb?

09:58  “eTopaz”da günün canlı oyunları

09:39  Messi "Çelsi" tilsimini qırdı

09:27  “TOPAZ”DA BU GÜN

09:00  “Sumqayıt”dakı təxirəsalmanın səbəbi

02:03  Londonda heç-heçə, Münhendə darmadağın - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az