(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
“İnter”in cəza müddəti uzadıla bilər

“İnter”in cəza müddəti uzadıla bilər

“İnter”in Rauf Əliyev problemi öz başına bəla olacaq. Klub hücumçunun “Kukesi”yə keçidinə israrla mane olmaq istəsə də, real mənzərə bunun mümkün olmayacağından xəbər verir.
 
Futbolçu müqaviləsinin bitdiyini, “keşməKeşlə” kluba yiyələnən Zaur Axundov isə anlaşmanın 2018-ci ilin iyununadək mövcud olduğunu deyir. Təbii ki, kimsə yalan danışır, amma kim?
 
Albaniya klubunun rəsmiləri bəyan edir ki, həm AFFA, həm də “İnter” Raufun azad agent olması barədə onlara məlumat verib. Hücumçu da müqaviləsi bitdiyi üçün “Kukesi”nin düşərgəsinə yollanıb. O zaman bu qarışıqlıq, bu problem nədir? “İnter” nə isə qazanmaq üçün belə edir, yoxsa futbolçu qıtlığı ilə üzləşdiyi bir zamanda liderini buraxmamaq üçün əlimyandıdadı.
 
Rəsmi sənədlər bizdə deyil, klub da açıqlamır. Gizli saxlayırlarsa, mətbuata göstərmirlərsə, deməli, ciddi yanlışlıqları var. Əks halda, ortaya fakt qoya, Raufa həm də ictimai təzyiqə nail ola bilərlər. Əvəzində hay-küylə, mənasız açıqlamalarla gündəmi zəbt edir, iz azdırırlar. Daha çox da AFFA rəhbərliyi səviyyəsində məsələnin klubun xeyrinə həll olunması üçün rıçaqlardan istifadə edirlər. Azərbaycandı, Əliyevi üzünə millinin qapılarının bağlanması ilə hədələyə, başqa problemlər çıxara bilərlər. Zaur Axundov da AFFA-dan maliyyələşdirdiyi kluba həm də bu yolla dəstək gözləyir.
 
Reallıq odur ki, Raufun “İnter”lə müqaviləsi bitib. Bu barədə Əliyevlə maraqlanan 2 ölkə klubunun nümayəndəsi ilə söhbətdə əmin olduq. Sadəcə, ölkə daxilində onun keçidini həll etmək bürokratik əngəllər üzündən mümkün deyil. Raufun xaricə gedişi isə artıq beynəlxalq qanunlarla tənzimlənir və burada “İnter” tərəfi acizdi.
 
Bəli, Raufun “İnter”lə şəxsi müqaviləsi həqiqətən AFFA-ya təqdim olunan sənəddəkiylə müqayisədə daha bir il artıq müddətədi. Amma bu, şəxsi müqavilədi, AFFA müqaviləsi deyil. Bütün klublarımızda belə anlaşmalar var və daha çox vergidən yayınmağa xidmət edir. Məsələn, Əliyev “İnter”də aylıq 10 min manat maaş alırdı, şəxsi müqaviləsində bu, amma AFFA müqaviləsində 10-15 dəfə az məbləğ göstərilib. İndi bütün müqavilələr, futbolçularla bağlı məlumatlar internet qaynaqlarında (TMS) yerləşdirilir və beynəlxalq futbol təşkilatlarının tanıdığı bu mənbəyə görə də Raufla müqavilə bitib.
 
İndiki halda Rauf imzaladığı şəxsi müqaviləylə sıxışdırılır. Əvvəla, o, 3 aydır maaş almadığı üçün ondan rahatlıqla imtina edə bilər, ikincisi də həmin müqavilə hətta notariusda qeydə alınıbsa da, AFFA-da təsdiqlənməsi qanunsuz olacaq. Çünki əvvəlki müqavilə bitib, yenisi üçün isə onun yeni tarixə imzalanması lazımdı. Belədə komanda faktiki transfer reallaşdırmış olacaq – cəzalı kluba isə bu, yasaqdı.
 
“İnter” də problemin ciddiliyini qəbul edir. Klubun icraçı direktoru Rəmiş Malıyev uzun illər AFFA-nın hüquqşünası olub. Təcrübəlidi, haqsız olduqlarını bilir və elə bu səbəbdən Əliyevin adını komandanın iştirak ərizəsinə salmayıblar. Şəxsi müqavilə ya qanunsuz yolla PFL-də qeydiyyata alınmalıdı, ya da “İnter” bu sevdadan vaz keçməlidi.
 
Albaniya klubunun rəsmilərinin “İnter”i hədələməsi də təsadüfi deyil. Onlar AFFA-dan Raufun müqaviləsi olmaması barədə sənəd alıblar. İndi isə bakılılar “Kukesi”yə əngəl olur, transfer haqqı istəyir. Məsələ böyüsə, FIFA, UEFA səviyyəsinə qədər yüksəlsə, “İnter”in yenə başı ağrıyacaq. Araşdırma başlayacaq və yeni maxinasiyalara görə bəlkə də klubun qadağası daha 6 aylıq və ya 1 illik uzadılacaq. Ona görə də Zaur Axundov diktator kimi danışmaqdansa, qanunlara baxsın və klubu daha da çıxılmaz vəziyyətə salmasın. İkili müqavilə yalnız “İnter”ə ziyan vuracaq.
 
FƏRİD

 
tarix: 13-08-2017 17:58


 
Xəbər lenti
24.06.2018

01:40   Almaniya - İsveç matçının ən yaxşısı

01:21   “Neftçi” dumana düşdü - VİDEO

00:50   Xorvatiyalı yarımmüdafiəçi rəsmən “Neftçi”də

00:10   Almaniya millisi 90+5-də sevindi - VİDEO

23.06.2018

23:55  Belçika və Meksikadan asan, Almaniyadan dramatik qələbə

23:29  Sənan Qurbanov: “Kukesi” ilə matçdan istədiklərimi ala bildim”

22:52  Millimizin Bakı toplanışı üçün heyəti açıqlandı

22:11  Çiçarito ən yaxşı seçildi

22:00  Qurbanov: “Səhvlərimiz oldu, amma…”

21:49  “Qəbələ” də heç-heçə ilə başladı

21:14  “Qarabağ” ilk sınağından heç-heçə ilə ayrıldı

21:03  Meksikadan ardıcıl 2-ci qələbə - VİDEO

20:58  “Qaçırdığımız penalti oyunda dönüş nöqtəsi oldu”

20:38  Millimiz Belarusa məğlub oldu

18:46  “Neftçi”nin ilk rəqibi bəlli oldu

18:20  Belçika - Tunis matçında 7 qol - VİDEO

18:09  Dubl etdi, ən yaxşı oldu

17:36  Şotland da “Qarabağ”ın təklifini qəbul etmədi

16:53  Hacıyev üçün üç yerli, bir əcnəbi köməkçi

16:11  “Neftçi” Türkiyə toplanışına start verdi

15:28  Medvedev: “İstəmədiyimiz bir rəqib düşdü”

15:07  VAR sistemi, varam deyir...

14:30  Salah Çeçenistanın fəxri vətəndaşı oldu - FOTO

14:18  İtaliyalı futbolçudan “Qarabağ”a təşəkkür və “yox”

13:21  “Sumqayıt”ın yay hazırlıq planı məlum oldu

13:04  “Keşlə”nin rəqibi yoxlama oyununda uduzdu

12:42  “Neftçi” Türkiyədə - VİDEO

12:27  Millimiz Belarusa qarşı

12:11  Paytaxt klubunda qapıçı dəyişikliyi

11:22  Ukraynalı qapıçı rəsmən “Real”da

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  Kluyvert rəsmən “Roma”da

10:00  “TOPAZ”DA BU GÜN

09:30  DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az