(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Şarples varkən, büdcə niyə bacarıqsızlara dağıdılır?

Şarples varkən, büdcə niyə bacarıqsızlara dağıdılır?

Yenə eyni xətt, eyni ssenaridi. Milyonlar gedir, stadionlarımızın qazonu isə bərbad durumdadı. Səbəb işi bacaranlara, mütəxəssislərə tapşırmamaq, xərclənən pulları mənimsəməkdi.
 
“Qarabağ”ın Çempionlar Liqasındakı qrup oyunlarını Bakı Olimpiya Stadionuna saldı(rdı)lar. “Qarabağ” rəhbərliyini, xüsusən baş məşqçi Qurban Qurbanovu dediyi sözü danmağa, dəyişməyə məcbur edərək, Respublika stadionunu boş qoyub, istəklərinə çatdılar. Futbol meydanında uğur qazana bilməyənlər buna kabinet oyunları ilə nail oldular.
 
Hələ BOS-un seçiminin kim tərəfindən aparıldığı gizli saxlanılır. Bəlkə də kiminsə adından istifadə etdilər, bəlkə də ölkə rəhbərliyini bu addımın vacibliyinə inandırdılar – hər şey ola bilər. BOS gələcək perspektiv baxımından əla seçimdi, lakin bununla klubun istəyinə, marağına tüpürdülər. Halbuki söz demək hüququ “Qarabağ”a məxsus idi. Ağdamlılara sözünün keçirə bilməyənlər bunu xəlvətcə, planlı şəkildə etdilər, göstəriş verdirdilər.
 
Artıq olan olub, indi əsas məsələ Olimpiya Stadionunu qrup oyunlarına ideal şəkildə hazırlamaqdı. Zaman var və İslam Oyunlarından sonra dəyişdirilən qazonu hazır vəziyyətə gətirmək lazımdı. Lakin BOS-a və AFFA-nın balansında olan arenalara qulluq edən insanlara etibar etmək olmaz. Onlar illərdi yalnız yüksək məbləğləri cibə ötürməklə məşğuldu.
 
AFFA-nın büdcəsinin dağıdılmasında ən böyük rolu stadionların saxlanılmasına görə çəkilən xərclər təşkil edir. Həm də bu işi bir qrup şəxs görür. AFFA-nın balansında olan 8 stadiona 2016-cı il ərzində 2 801658 manat sərf edilib. Üstəlik, SOCAR Olimpiya Stadionunun hesabına ayrıca 1 810 510 manat əlavə vəsait köçürüb. Bu, ümumilikdə 5 milyon manat deməkdi.
 
Hazırda “Neftçi” İK İB-in balansında, bir neçə ay öncəyə kimi AFFA-ya bağlı olan Bakı Olimpiya Stadionunun saxlanılması üçün 3,1 milyon manat xərclənib. Bu, aylıq 260 min AZN deməkdi.
 
AFFA “Neftçi”yə əvəzsiz istifadəyə verdiyi “Bakcell Arena”ya 2016 ərzində 181 min manat xərcləyib. 2015-ci ilin hesabatında qeyd olunmuşdu ki, AFFA “Bakcell Arena”ya 471 min manat xərcləyir. Ötən il isə bu məbləğ ona görə azaldı ki, işçilərin əmək haqqları və kommunal xərclər klubun hesabına ödənilir. Deməli, yalnız qazonun saxlanılmasına görə 181 min manat xərc çəkilir, bu isə aya 15 min manat deməkdi.
 
Xeyli komandanın istifadə edib, icarə haqqı ödədiyi, süni örtüklü olduğu üçün ciddi xərc tələb etməyən “Bayıl Arena”ya 303, Mərdəkandakı təlim-məşq bazasına 206 min manat xərclənib. AFFA-nın futbol akademiyasının saxlanılması üçün də 162 min manat sərf edilib ki, detallara varanda bu məbləğlərin ən azı yarısının israf edildiyini isbatlamaq olar.
 
“Dalğa Arena” AFFA-nın balansında olan stadionlar arasında xərclərinə görə 2-ci sıradadı. Bayıldakı kimi, bu arenanın direktorunun da baş katib Elxan Məmmədovun qohumu olduğu deyilir. Amma bununla işimiz yox, bizə yarım milyon manatın hara xərclənməsi maraqlıdı. Bu arenada il ərzində 5-6 oyun baş tutur, əksər hallarda da projektorlara ehtiyac duyulmur. Hazırda burada oynayan “Səbail” hər matç üçün 4500 AZN ödəyirsə, deməli, əlavə gəlirlər də var. Təkcə su pulu ilə o qədər məbləğin olması mümkünsüzdü.
 
Müqayisə üçün “Bakcell Arena”nı göstərmək olar. Bu stadionda “Dalğa”yla müqayisədə 4-5 dəfə çox oyun keçirilir və “Neftçi” əmək haqqlarına və kommunal xidmətlərə görə 290 min manat xərcləyirsə, demək Mərdəkanda xərc daha az olmalıdı. Halbuki reallıq başqadı.
 
Əsas qazanc yeri Olimpiya stadionu olan, bütün arenalarda eyni yolla qaz vurub qazan dolduran şirkət isə “AgroSport Azerbaijan”dı. Elxan Məmmədova məxsus olan bu şirkət AFFA-nın balansındakı 8 arenanın hər birindən orta hesabla aya 20-25 min manat qazanır. Təbii ki, Binə və ya Ağsu stadionunda gəlir azdı, əvəzində Olimpiya stadionunun hər meydanından daha çox “qırmaq olur”. Belədə illik 2 milyona yaxın vəsait təkcə qazonun saxlanılmasına sərf olunur.
 
Ən maraqlısı odur ki, bu arenalara bu qədər xərc çəkilir, əvəzində hər il – həm qışda, həm də yayda – qazonlar təmirə bağlanır. Deməli, iş düzgün qurulmayıb, iş əsl mütəxəssislərə tapşırılmayıb, məqsəd yalnız pul qazanmaq, SOCAR-ı müflis etməkdi.
 
Qışda “AgroSport Azerbaijan”ın xidmət etdiyi “Bakcell Arena”da Bakıya yağan qardan sonra qazon istismar üçün yararsız hala düşdü. “Dalğa Arena” da eyni vəziyyətdədi – burada yüklənmə olan kimi örtük sıradan çıxır. Halbuki burada az oyun keçirildiyindən qazonun saxlanılma xərcləri ikiqat aşağı düşməlidi. Amma “AgroSport Azerbaijan”ın standart qiyməti var: aya 15 min AZN, daha doğrusu, 7500 avro.
 
Meydanı daim saz vəziyyətdə olan, hətta 1 metr qar yağdığı halda oyunların yüksək səviyyədə keçirildiyi Qəbələ şəhər stadionuna nə qədər xərc çəkilir? Araşdırmalarımız nəticəsində bəlli oldu ki, adətən az, amma ən çox qulluq edildiyi halda ota qulluğa və gübrələrə uzağı 3000 manat xərclənir. Burada böyük işlər görən ingilis mütəxəssis Filip Şarples “Azersun Arena”ya da qulluq edir və ağdamlıların da xərci aylıq 5 min manatı keçmir, qazonu da daim yüksək səviyyədə olur.
 
Respublika stadionu “Qarabağ”ın ixtiyarına keçdikdən sonra Şarples bu arenanın qazonuna da cavabdehdi. Və Olimpiya stadionunun “Roma” ilə matça kimi hazır vəziyyətə gətirilməməsi qorxusu varkən “Tofiq Bəhramov” gülüstandı. Hər yay klublarımızın əziyyət çəkdiyi bu arenada 2017-də kiçicik problem görməmişik. Çünki işə əsl mütəxəssis rəhbərlik edir.
 
Digər narahatlıq “Bakcell Arena” ilə bağlıdı. Sentyabrın 4-də bu stadion millimizin San-Marino ilə oyununa ev sahibliyi etməlidi. Lakin Premyer Liqa matçlarında arenanın ot örtüyünün yaxşı vəziyyətdə olmadığını gördük. AFFA oyunu daha yaxşı vəziyyətdə olan Respublika stadionuna deyil, məhz bura salmaqla özünü düşünür. Çünki Respublika stadionu AGİN-in balansında, “Qarabağ”ın ixtiyarındadı. Bu səbəbdən oyunu daha pis qazonda keçirməyə razıdılar, təki qazanc qurumun özünə, balansındakı stadiona qalsın.
 
Şarplesin qulluq etdiyi Qəbələ stadionu haqda səhih məlumat belədi: Klubun sahib olduğu (əsas meydançayla birlikdə) 6 təbii, 3 süni (biri qapalı olmaq şərti ilə) meydançaya il ərzində 100 min dollar civarında xərc çəkilir. Daha çox pul əsas meydançaya gedir, ümumiyyətlə, təbii örtüklü meydanlara cəmi 3 min manat xərclənir.
 
İndi özünüz müqayisə edin: 3-5 min manata daim yaşıl qalan qazonlar və “Bakcell Arena”nın timsalında aylıq 15 000 manatın havaya sovrulduğu bərbad arenalar. Daha sərfəli variantlar varkən, AFFA nəyə görə “AgroSport Azerbaijan”la əməkdaşlıq edir?
 
Bunun cavabı çox sadədi. Yuxarıda bu şirkətin Elxan Məmmədova məxsus olduğunu əbəs yerə qeyd etmədim. Xatırlayırsızsa, vaxtilə baş katib AFFA-nın balansında olan bütün arenalara, eləcə də Respublika stadionuna xidməti FSM (Football and Sport Management) şirkətinin göstərməsinə şərait yaratmışdı. Heç bir tender olmadan, sadəcə, tapşırıq, göstəriş və təzyiqlə bütün arenalar qazancı Məmmədova gedən bu şirkətlə anlaşmışdı. Fərman Əlizadənin rəhbərlik etdiyi bu şirkət isə işi bacarmamağı bir yana, bir çox rüsvayçılıqlara imza atdı. “Bakcell Arena”nın Norveçlə oyun üçün yaşıl boya ilə rənglənməsi hələ də yaddaşlardadı. O zaman yağış FSM-in bütün eyiblərini ortaya çıxardı və bəlli oldu ki, yanmış qazonu gizlətmək üçün şirkət hiyləyə əl atıb. Sonradan eyni rüsvayçılıq Respublika stadionunda “Qarabağ”ın “Seltik”lə oyununda da yaşandı. Məsələ dövlət rəhbərliyi səviyyəsinə qalxdı və narazılığın yekunu kimi FSM qazon monopoliyasından çıxarıldı.
 
Və bunun yekunu olaraq, FSM “AgroSport”a çevrildi. Müftə pulu əldən vermək istəməyən insanlar sadəcə, şirkətin adını dəyişdi və yenə eyni üsulla dövlətin pulunu talan edirlər. Və Fərman Əlizadə yenə baş roldadı.
 
Bu Fərman Əlizadə kimdisə, baş katib ona çox güvənir, o isə rəhbərinin və özünün qazancına görə hər şeyə göz yumur, pula qənaət haqda düşünmür də. Halbuki AFFA elə işinə bələd olduğumuz Şarpleslə anlaşsa, indiki xərcinin 30-35 faizi qarşılığında daim yaşıl olan qazonlar əldə edə bilər. İndi seçimi AFFA etməlidi: ya çox pul dağıdıb daim problemli stadionlar, ya da az xərclə yüksək səviyyəli qazonlar? Hamı ikincini seçərdi, Elxan Məmmədov isə digər variant üstünlük verir, çünki o zaman SOCAR kasıblasa da, AFFA-nın baş katibi və ətrafı daha qazanclı çıxır.
 
AĞA

 
tarix: 01-09-2017 13:26


 
Xəbər lenti
26.09.2017

13:04   AFFA-dan qapıçı məşqçiləri üçün A kursu

12:27   “Beşiktaş”ın prezidenti: “Superkubok Azərbaycanda keçirilsin”

11:50   Totti Bakıya gələsi olmadı

11:25   “eTopaz”da günün canlı oyunları

11:04   “TOPAZ”DA BU GÜN

10:31   Fərid Nəbiyev oynadı, “Slaviya” uduzdu

10:10   “Beşiktaş” “Leypsiq”ə, “Real” “Borussiya”ya qarşı - YENİLƏNİR

10:03   Yığmamız Gürcüstana 5 qolla uduzdu

09:36   Super Liqa klubunda Leonardo dönəmi

01:27   La Liqada 6-cı tura darmadağınla yekun vuruldu - VİDEO

01:20   “Arsenal”dan inamlı qələbə - VİDEO

00:37   “Sumqayıt” “Səbail” üçün hazırlığa Cavidsiz başladı

00:10   Super Liqada 6-cı tura yekun vuruldu

25.09.2017

22:34  Araz Abdullayevin klubu liderliyini qorudu

21:35  “Yuventus”un prezidenti 1 illik futboldan uzaqlaşdırıldı

21:06  La Liqa klubunda yeni baş məşqçi

20:37  “Qəbələ” “Neftçi”yə 7 qolla qalib gəldi

19:36  “Qarabağ”dan azarkeşlərə müraciət

19:05  “Qarabağ” - “Roma” oyunu ilə bağlı polisdən xəbərdarlıq

18:30  “Qarabağ” – “Roma” matçı üçün pulsuz nəqliyyat

18:14  “Roma” Bakıya bu heyətlə gəlir

16:55  “Roma”: nə vaxt gəlir, nə vaxt gedir?

16:46  15 faizlik büdcə, lazımsız İcraiyyə Komitəsi və susdurulan Əbilov

16:38  “Qarabağ”la oyunlarda maksimum nəticə əldə etməliyik"

16:15  BOS-da “Qarabağ” - “Roma” matçı öncəsi festival

16:06  "Qəbələ" də olmasa...

15:55  “Prosineçki məni yığmada görmək istəmir” - Dadaşov

15:38  Birinci Divizionda yeni mövsümün püşkatması - FOTOLAR

15:26  “Roma”ya Monika Beluççi, “Qarabağ”a...

15:18  La Liqa klubunun baş məşqçisi qovuldu

15:07  Millimizlə oyun öncəsi Almaniya yığmasında daha bir itki

14:53  UEFA Gəncləq Liqası: “Qarabağ” - “Roma” matçı üçün Fesniç

14:41  UEFA-dan Könül Mehtiyevaya növbəti təyinat

14:26  Öncə Qurbanov, sonra Di Françesko

14:19  Ramin Musayev: “Premyer Liqada 12 komanda iştirak edəcək”

14:04  Birinci Divizionun püşkü atıldı

13:56  Yenə Azərbaycan - İtaliya dueli, yenə Dias

13:45  “Qarabağ” - “Roma” matçında bu topla oynayacaqlar

13:24  Maşallah Əhmədov Əfv Komissiyasına müracət edib

13:16  “Qarabağ” - “Roma” matçının hakimləri açıqlandı

13:06  Konte "Qarabağ"a şans vermədi: Favorit bizik...

12:46  Azərbaycanlı futbolçu üçün yeni baş məşqçi

12:35  Üçüncü səfər sindromu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az