(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Rövnəq Abdullayev: "Gəlin, göydən yerə enək"

Rövnəq Abdullayev: "Gəlin, göydən yerə enək"

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan San Marino matçı millimizin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev böyükhesablı qələbə ilə bağlı fikirlərini bildirməklə yanaşı, jurnalistlərin suallarını da cavablandırıb.

- Yaxşı oynadılar. Meydanda yaxşı komanda var idi, yaxşı da hazırlaşmışdılar. Bu qələbə sayəsində komandamız Norveçlə oyundan sonra azarkeşləri sevindirdi.

- Milli komandanın 5 qol vurması sizin üçün gözlənilməz olmadı?
- Norveçə uduzandan sonra futbolçulara demişdim ki, 3 qoldan az vursanız, Azərbaycana gəlməyin. Məncə, 5 qol Azərbaycan millisi üçün rekord göstəricidir. Həm də ilk dəfə seçmə mərhələlərdə 10 xal topladıq. Bu da ikinci hadisədir. Növbəti mərhələ şanslarını itirsək də, qrupun sonuncusu da olmayacağıq.

- Qazonun durumu ilə bağlı nə deyə bilərsiniz?
- Deməzdim ki, bərbad idi. Bu istidə adam da yanır. Normal vəziyyətdədir. Hava sərinləyəndən sonra ot örtüyü də tam qaydasına düşəcək.

- Millinin çıxışı ürəyinizcə oldu, yoxsa daha yaxşı oyun gözləyirdiniz?
- Hamı istəyir ki, milli komanda irəli getsin. "Qarabağ" Çempionlar Liqasının qrupuna düşməklə bizi xeyli sevindirdi. İstərdik ki, milli komanda da yüksək səviyyədə oynasın. Biz də bundan ötrü əlimizdən gələni edir, həm klublara, həm də milliyə kömək göstəririk. Çalışırıq ki, onlar da azarkeşləri sevindirsinlər.

- Buraxılan 1 qol ən böyük fərqli qalibiyyətə mane oldu. Buna üzülmədiniz?
- Gəlin, göydən yerə enək, ayağımızı yerə qoyaq. 

- Milli komanda 10 xal toplamaqla rekorda imza atdı.
- Gəlin, rekordlara çox da diqqət yönəltməyək. Normal bir şeydir. Futbolçuları çox da tərifləməyək. Çünki onlar orbitdən çıxdıqdan sonra özlərini yığa bilmirlər. Hələ qarşıda Çexiya ilə çox ağır oyun var. Çalışıb burada nəticə göstərməliyik. Norveçlə oyuna motivasiyalı çıxmışdılar. Çox arxayın idik. Amma alınmadı. Ona görə də gəlin, gözləyək, seçmə mərhələ qurtarsın. Sonra analiz edərik. Qarşıda AÇ-2020-nin seçmə mərhələsi var. 4 oyun Bakıda keçiriləcək. Çalışacağıq ki, necə olursa-olsun, komandamızı gücləndirək və AÇ-nin final mərhələsində biz də iştirak edək. Ehtiyat heyətimiz böyükdür. İndiyədək skamyada bu qədər futbolçu oturmayıb. Onlar həm də cavandırlar. Bu, çox sevindirici haldır və bizə imkan verir ki, oyunlara motivasiya ilə çıxaq.

- Sizcə, AÇ-2020-yə millətlər Liqasından, yoxsa seçmə mərhələdən vəsiqə qazanmaq əlverişli olar?
- Hələ səbətlər müəyyənləşsin, görək necə olar. 


 
tarix: 04-09-2017 23:10


 
Xəbər lenti
18.11.2017

09:30   AFFA-dan geri addım: komitələr ləğv edilir

09:17   Əzizov yenə oynamadı, komandası qalib gəldi

09:11   "Vitrin"dən göstərilən hədəflər

09:02   Paşayevin komandası “Şaxtyor” üzərində qələbəyə sevindi

08:55   “Çelsi” ilə oyun üçün baş məşq

08:00   “Keşlə” “Zirə”yə, “Kəpəz” “Səbail”ə qarşı - YENİLƏNİR

02:00   La Liqada 12-ci tur heç-heçə ilə başladı - VİDEO

01:47   Çempion yenə büdrədi, “Sent-Etyen” məğlub oldu

01:39   Dortmund “Borussiya”sı səfərdə uduzdu - VİDEO

00:18   “Beşiktaş” yenə xal itirdi - VİDEO

17.11.2017

23:05  “Qaradağ Lökbatan” 3 xalı 4 qolla qazandı - VİDEO

22:02  “Sumqayıt” “Qarabağ”la yenə bacarmadı - FOTOLAR

21:27  “Qarabağ” “Sumqayıt”ı belə yendi - VİDEO

21:06  Qurban Qurbanov: “Azlıqda qalmaq onları bir az da bərkidir”

20:50  Samir Abasov: “Qarabağ” layiqli qələbə qazandı”

20:31  “Qarabağ” “Sumqayıt”a azlıqda qalib gəldi

20:09  “Mil-Muğan”dan “Sabah”a 4 cavabsız qol - VİDEO

19:29  Polis “Qarabağ” fanatlarını vəhşicəsinə döydü

19:01  Tərlan Əhmədov: “Bu, mənim üçün ən böyük hədiyyə olardı” - VİDEO

18:33  Şahin Diniyev: “Bizə asan olmayacaq”

18:04  “Kəpəz” Gəncədə məşqə çıxdı - İtkilər var

17:45  Millimizin turnir üçün heyəti açıqlandı

17:22  Yığmamız Gürcüstanla heç-heçəyə razılaşdı

17:03  8-ci turun hakim təyinatları açıqlandı

16:41  Autsayder ilk qələbəsini son çempion üzərində qazandı

16:35  Lippertin Azərbaycan karyerası bitir

16:25  Növbəti turu buraxacaq oyunçuların adları açıqlandı

16:12  Türkiyəni DÇ-də onlar təmsil edəcəklər

15:50  “Qarabağ”ın rəqibi sponsor ilə yeni müqavilə bağladı

15:22  DÇ-nin püşkatma mərasiminin aparıcıları məlum oldu

15:03  UEFA Danimarkaya texniki məğlubiyyət verdi

14:07  Qurbanov: “Başqa nəticə bizə sərf etmir”

13:34  “Qarabağ”ın rəqibi səhmlərinin 15 faizini satdı

13:19  Sabiq “Fənərbaxça”lı həbs edildi

12:47  “Neftçi”nin baş məşqçisi: “Çempionata hazır deyildik”

12:15  AFFA-nın baş katibi UEFA nümayəndələri ilə görüşdü - FOTO

12:03  “eTopaz”da günün canlı oyunları

11:51  “TOPAZ”DA BU GÜN

11:36  Elçin Məmmədov ÇSKA - “Benfika” oyununda

11:15  Sərxan Hacıyevə UEFA-dan yeni təyinat aldı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az