(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Araz Abdullayev: “Hiss edirəm ki, mənim üçün hər şey yaxşı olacaq”

Araz Abdullayev: “Hiss edirəm ki, mənim üçün hər şey yaxşı olacaq”

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gün San Marino ilə qarşılaşan və böyükhesablı qələbə qazanan Azərbaycan millissinin ikinci qolunun müəllifi Araz Abdullayev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:

- Böyükhesablı qələbədən sonra özünüzü necə hiss edirsiniz? Norveçə məğlubiyyəti unuda bilmisiniz?
- Düzdü, Norveçlə oyunda yaxşı oynamadıq. Amma bu gün bütün bacarığımızı ortaya qoyduq. Bizi dəstəklədiklərinə görə azarkeşlərimizə təşəkkür edirəm. Onları sevindirmək üçün əlimizdən gələni etdik. İnanıram ki, onlar da bizim oyunumuzdan razı qalıblar.

- Sanki “Bakcel Arena” yığma üçün düşərli məkana çevrilib, burda daha yaxşı oynayırsız...
- Məncə, burada atmosfer daha yaxşıdı, azarkeşlər meydana daha yaxındılar.

- Kiprdə özünü necə hiss edirsən?
- Hər şey yaxşıdı. Hiss edirəm ki, mənim üçün hər şey yaxşı olacaq.

- Çoxdan xaricə üz tutmaq lazım olduğunu düşünmürsən?
- Əlbəttə, getmək lazım idi. Amma indi də gec deyil. Çalışıram ki, Azərbaycanı layiqincə təmsil edim.

- Baş məşqçinin üzü gülürdü?
- Əlbəttə, belə qələbədən sonra hər kəsin üzü gülür. Uduzanda hamının qanı qara olur, amma qələbə hər kəsi sevindirir, üzünü güldürür.

- Bu gün xüsusi motivasiyanız var idi. Bu nədən qaynaqlanırdı?
- Millinin oyunu vaxtı stadion dolu olur. Buna görə də onları sevindirməyə çalışırıq. Təbii ki, hər şeydən əvvəl millinin uğur qazanmaqı üçün çalışır, mübarizə aparırıq. Bu gün xüsusi seçildiyimi deməzdim. Hamımız mübarizə apardıq.

- Şeydayev sizə yaxın oynayır. Onun qol epizodlarını qaçırmasının səbəbini nədə görürsünüz?
- Ramil tədricən komandaya uyğunlaşacaq. Həm də bu cür rəqiblərlə oyunlarda daha çox qol vurmaq istəyirik. İndiyə qədər millimiz hansısa rəsmi oyunda 5 qol vurmamışdı. Eyni zamanda, 10 xal toplamamışdıq. Yəni bu qələbə ilə bir neçə rekorda imza atdıq. Üstəlik, çox qol vurduqca özünəinam da artır.


 
tarix: 05-09-2017 00:32


 
Xəbər lenti
18.01.2018

03:02   “Çelsi” penaltilərlə mərhələ adladı

02:30   PSJ-dən 8 cavabsız qol - VİDEOLAR

02:14   “Barselona” səfərdə, “Atletiko” evdə uduzdu - VİDEOLAR

01:55   Yevgeni Kaleşin: “Hər kəs “Qarabağ”ın bu hərəkətini alqışladı”

01:42   “Qəbələ” - “Sürix” matçından FOTOLAR

01:14   “Başakşəhər” dayandı, “Beşiktaş” 1/4 finalda

00:38   “Arsenal”ın hücumçusu rəsmən “Everton”da - FOTO

17.01.2018

23:50  Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında

22:35  “Neftçi” Türkiyədə ilk məşqə çıxdı - FOTOLAR

22:00  “Neftçi” artıq Antalyadadı - VİDEO

21:31  Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı

20:55  Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”

20:48  Qriqorçuk: "Rəqib yaxşı məşq etməyimizə səbəb oldu"

19:48  “Qarabağ” ilk sınağında heç-heçəyə razılaşdı - VİDEO

19:22  “Qarabağ”dan feyr-pley nümunəsi: Mədətov penaltini kənara vurdu - VİDEO

18:22  “Qəbələ” “Sürix”ə uduzdu

17:49  Maksimov həmyerlisini özünə köməkçi gətirdi

17:23  “Keşlə” yeni transferlərini açıqladı - FOTOLAR

17:02  “Qarabağ” oyun günü məşq etdi

16:45  Ansi Aqolli: “Qarabağ”ın əsas devizi intizam və peşəkarlıqdı”

15:43  İki dövrəyə qısa baxış

15:27  Nazarovun komandası yenə uduzdu

15:05  Şehiç: “Qarabağ”ı və məni qane edəcək təklif olsa..."

14:31  “Azərbaycandan əla təklif almışam”

14:18  Yunis Hüseynov: “Azərbaycana gələn nə Messi olur, nə də Ronaldo”

14:06  AFFA-dan daha bir texniki məğlubiyyət

13:55  Millimiz beynəlxalq turnirdə iştirak edəcək

13:27  Elxan Məmmədov: “Rəşad Sadıqovun “Qarabağ”da da çalışmasının əleyhinə deyilik”

12:45  “Sumqayıt” - “Səbail” matçının başlama saatı açıqlandı

12:11  Millimizə daha bir futbolçu qoşuldu

11:21  Liqa 1-dən Bundesliqaya

11:00  “eTopaz”da günün canlı oyunları

10:51  Prosineçkinin Azərbaycanda gördüyü fərq

10:34  “Neftçi” bu futbolçuları Antalyaya apardı (SİYAHI)

10:27  Futbolçu dopinqdə ilişdi - 1 illik cəza

10:14  Paraqvaylı yarımmüdafiəçi rəsmən "Neftçi"də

10:00  “TOPAZ”DA BU GÜN

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az