(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Rəşad Sadıqov üçün tələ və perspektiv

Rəşad Sadıqov üçün tələ və perspektiv

“Qarabağ” AFFA-ya əməlli-başlı başağrıdı. Şuralaşma ideyası ilə bu klubu dağıda bilmədilər və “atlılar” faktiki nümunəyə, etalona çevrildi. AFFA-nın baş katibi Elxan Məmmədovun ideya müəllifi olduğu və yuxari dairələri inandırdığı sistemin fiaskoya uğradığı bir zamanda, “Qarabağ”ın simasında inanılmaz uğurlar qazanan yeni model daha cazibədar görünür.
 
Ölkə rəhbərliyi də artıq boş vədlərin və real nəticənin fərqindədi. Prezidentin “Qarabağ”ı qəbul etdiyi zaman sərgilədiyi münasibət, göstərdiyi ilgi artıq əsl işgörənləri yaxşı tanıdığının nümunəsi idi. Kluba və AFFA-ya fərqli münasibət, uğuru yalnız “Qarabağ”a yaraşdırması assosiasiyaya ciddi siqnal sayılmalıdı.
 
Bu uğurda AFFA prezidenti Rövnəq Abdullayevin də kiçicik xidməti var. Çünki Qurban Qurbanova məşqçilikdə şans verən, onu dəstəkləyən məhz o zaman “Neftçi”nin rəhbəri işləyən bu şəxs olub. Amma böyük uğurlarda əsas pay sahibi Qurbanova sonsuz inam göstərən Ağdam klubu rəhbərliyidi. Onların iş strukturu, düzgün davranışı Çempionlar Liqasının qrupuna vəsiqəni gətirdi.
 
Amma AFFA-dakı işbazlar da boş oturmur. Onlar indi prezidentin xüsusi diqqət ayırdığı, müsbət imici bir az da yüksələn Rəşad Sadıqovu tora salmaq istəyirlər. Bununla həm Qurban Qurbanovu əsas dayağından məhrum etməklə kluba növbəti təzyiq yolu seçiblər, həm də öz zibillərini onun personası sayəsində təmizləmək niyyətindədilər.
 
Sadıqovun “Neftçi”yə və ya U-21-ə baş məşqçi gətirilməsi ilə bağlı xəbərlər boşuna yayılmayıb. AFFA-nın başını ağrıdan, baş məşqçi vəzifəsi vacant olan 2 problemli komandadan birini Rəşada etibar etməklə guya ki, millinin kapitanına qayğı göstərir, ona diqqət göstərirlər. Əslində isə Sadıqov hələ “Neftçi”nin yükünü çəkəcək qədər bişməyib. Hə, U-21-də işləyə bilər, hətta bir müddət uğursuzluqlar da onun personasına görə gözə görünməz. Lakin sonrası Sadıqovun xərclənməsinə hesablanıb.
 
Sadıqov ağıllı biridi. Bizim tanıdığımız Rəşad indiki rəhbərliyin olduğu “Neftçi”yə getməz. Çünki bataqlıqda olan klubu onun imici də xilas etməyəcək, zamanla özü də gözdən düşəcək. Elxan Məmmədov əlindən çıxmaqda olan klubu bu jestlə saxlamaq istəyir. Çünki Sadıqova görə kluba diqqətin artırılması, təzyiqlərin azalması mümkündü.
 
Bununla belə, əminik ki, Sadıqov Məmmədov klanının adamı deyil və belə səhv etməyəcək. U-21 variantı isə mümkündü və perspektivlidi. Çünki Rəşad millinin son matçından sonra da bildirib ki, karyerasını bitirmək haqda düşünür. Məşqçilikdə PRO kateqoriyasını almaq üzrə olan birinin bu açıqlaması əslində, təkliflər gözləməsinin xəbərçisidi. Millidə işləmək isə əks-həmlədi. Bu posta təyinat reallaşsa, baş katibin birbaşa cavabdeh olduğu dəstəyə də “yadplanetli” düşəcək.
 
Amma Məmmədov bu riskə getməyə məcburdu. Ölkə başçısının dəstək verdiyi birisinə göstərilən diqqət - hər nə qədər məqsədli olsa da - , indiki zamanda vəziyyətdən çıxmaq üçün yeganə ümid yeridi. O başqa məsələ ki, Sadıqovun təyinatından sonra Qurban Qurbanovun əsas milliyə yolu bir az da açılacaq və artıq baş katib də çoxdan reallaşmalı olan təyinata əngəl törədə bilməyəcək. Lakin indiki halda manevr etmək lazımdı və baş katib buna razıdı. İşin qalanı Rəşaddan asılıdı – o, tora düşməsə, ölkə futbolunun baş katibin dəstəsinin əlindən xilası üçün əsas simaya çevriləcək.
 
Rəşad Sadıqovun təyinatı tezliklə reallaşacaq. ÇL-in qrupunda oynadıqdan sonra karyerasını bitirəcəyi gözlənilən kapitan bu 2 təklifdən birinə - yəqin ki, U-21-ə gəlməyə “hə” deyəcək. “Qarabağ”ın U-19 komandasını çempion etməklə məşqçilik bacarığını da göstərən müdafiəçi cəlbedici simadı – həm personası, həm bacarığı ilə. Təki seçimdə səhv etməsin və tora düşməsin…
 
FƏRİD

 
tarix: 07-09-2017 09:01


 
Xəbər lenti
24.11.2017

03:00   Avroliqada bol qollu gecə - VİDEOLAR

02:20   Avropa Liqası: "Arsenal" uduzdu, "Milan"dan darmadağın

23.11.2017

22:01  “Qarabağ”la oyunda mütləq qələbə qazanmalıyıq”

21:31  "Roma" - "Qarabağ" matçını canlı izləmək istəyənlərin nəzərinə

21:22  Şehiç ÇL-in ən yaxşısı, "Qarabağ" isə…

19:55  “Araz” darmadağınla qalib gəldi

18:23  Yığmamız Türkiyəyə böyük hesabla məğlub oldu

18:09  Birinci Divizionda 11-ci turun hakim təyinatları

17:33  “Keşlə” “Neftçi”yə qalib gəldi

17:15  Ukraynalı məşqçi Bakıya gəldi - danışıqlar üçün

16:56  “Qarabağ” 19 ildən sonra təkrarlanan antirekordu

16:35  İbrahimoviç ÇL-in tarixinə düşdü

16:18  “Roma”nın “Qarabağ”la görüşdə büdrəməsini gözləməliyik”

15:24  Daha bir milli komandada baş məşqçi istefası

14:58  Millimiz FİFA reytinqində yenə gerilədi

14:38  “Sumqayıt”dan son ev oyunu öncəsi müraciət

14:05  “Qəbələ”dən 22:0 hesablı qələbə

13:53  “Kəpəz” “Qəbələ” ilə oyuna tam heyətlə hazırlaşa bilmir

13:36  Avropa çempionatının biletləri satışa çıxarıldı

13:05  Eden Azar: “Qarabağ” qol vursaydı, bəlkə də hər şey fərqli olacaqdı”

12:54  “Qarabağ” həqiqəti və futbol həqiqəti

12:24  Dino Ndlovu: “Adamın çəkdiyi əziyyətə heyfi gəlir”

12:09  ÇL-in rekordu “Qarabağ” - “Çelsi” oyununda qeydə alındı

11:44  “eTopaz”da günün canlı oyunları

11:35  “TOPAZ”DA BU GÜN

11:27  “Qarabağ” - “Çelsi” matçının ən yaxşısı bəlli oldu

11:19  “Qarabağ” uduzsa da, Azərbaycan mövqeyini qorudu

11:02  “Qarabağ” son ev matçında belə məğlub oldu - FOTOLAR

02:35  ÇL-də gecənin bütün qolları - VİDEOLAR

02:18  Maksim Medvedev: “Məni futboldan küsdürdülər”

01:55  “Atletiko” “Qarabağ” üçün şans yeri qoymadı

01:32  Şenol Günəşdən "Qarabağ"a dəstək, Qurban Qurbanova hədiyyə - FOTO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az