(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

AFFA-nın milliləşdirmə saxtakarlığı: Köksü ifşa etdi

AFFA-nın milliləşdirmə saxtakarlığı: Köksü ifşa etdi

AÇ-2019-un seçmə mərhələsi çərçivəsində evdə İrlandiya yığması ilə qarşılaşan və 1:3 hesabı ilə məğlub olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozancan Kökcü oyundan sonra müsahibə verib. O, matçla bağlı fikirlərini açıqlayıb, eyni zamanda millimizə necə düşdüyünə aydınlıq gətirib:
 
- Azərbaycan millisini seçdiyin üçün peşman deyilsən? Bəlkə də Türkiyədə daha yaxşı gələcəyin ola bilərdi…
- Yox, qətiyyən peşman deyiləm. Türkiyədən də təklif var idi, ancaq Azərbaycan daha öncə mənə müraciət etdi. Yaşar müəllim başda olmaqla hər kəs mənimlə yaxşı davranır. Yaxşı şeylər edə bilərik.
 
- Azərbaycanla bağlığın nədir?
- Əslində heç bir bağlılığım yoxdu. Məni U-17 millisinə də dəvət etmək istəyirdilər. İsveçdə keçirilən turnirdə oyunumu azərbaycanlı skaut bəyənmişdi. Həmin vaxt mümkün olmamışdı. İndi isə Azərbaycan adına çıxış edirəm. Azərbaycana bağlılığım olmasa da, milli komandada çıxış etdiyim üçün qürurluyam.
 
Təkcə bu açıqlama AFFA-nı cəzalandırmaq üçün kifayət edir. Qurum beynəlxalq futbol təşkilatlarını aldadaraq, millidə legioner oynadır. Bildiyiniz kimi, millidə oynamaq üçün ya həmin ölkənin vətəndaşı olmalısan, ya da hansısa şəkildə bağlılığın olmalıdı.
 
Amma AFFA işini ehtiyatlı tutub. Təbii ki, bunun üçün müvafiq prosedurlar həyata keçirilib və oyunçuya milli pasport alınıb.
 
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul proseduru sadədi. Bununla bağlı müvafiq qanunun 15-ci maddəsində yazılır:
 
"Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır.
Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun.
Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:
1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;
2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.
Bu hallarda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır.
Şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda o, bu maddənin birinci hissəsində göstərilən şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti rədd edilir.
Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur.
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir”.
 
Məmurlar məhz “şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda” bəndindən ustalıqla yararlanır. Belə ki, AFFA müvafiq qurumlar qarşısında vəsatət qaldırır və istəyinə nail olur. Lakin iş ondadı ki, DİN, AGİN buna müxtəlif məktublarla razılıq verir, təqdimat yazır, heç kim nəticə ilə maraqlanmır.
 
Məsələn, U-21 millisində 10-a yaxın əcnəbi oynayır. Futbolçulara milli pasport verilibsə, deməli, onların i”dman sahəsində yüksək nailiyyətləri var” və ya 2-ci bənddə göstərildiyi kimi, bu şəxslər “Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb edir”. Lakin milli komanda uğursuz çıxış edirsə, kimsə onlara görə cavab verməlidi. Belələri 5 deyil, 10 deyil, yüzlərlədi. Zəhmət olmasa, müvafiq qurumlar vəsatət qaldıranlardan, təqdimat yazanlardan bunun hesabını istəsin. Azərbaycan vətəndaşlığını almaq oyuncaq işə çevrilməməlidi.
 
AFFA bu yolla futbol təsərrüfatını milliləşdirilmişlərlə doldurub, lakin keç kimə onların həqiqətən lazım olduğu barədə hesabat vermir. Nəticələr göstərir ki, bütün təqdimatlar başqa məqsədlidi, nailiyyətlər nəzərə alınmır. Assosiasiya gələcəkdə mümkün problemlərdən qaçmaq üçün Azərbaycan vətəndaşlığını təsdiq edən sənədləri heç vaxt futbolçulara vermir, onlardan yalnız matçlar zamanı istifadə edir, sonra yenidən seyfdə saxlayırlar. Bu, özü də qanun pozuntusudu, çünki 2 pasporta sahib olmaq, ikili vətəndaşlıq qanuna ziddi. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına 1 ay müddətində yazılı məlumat verilməlidir. Bu məlumat verilmədikdə həmin şəxsi 3 min manatdan 5 min manata qədər cərimə, yaxud da 360 saatdan 480 saata qədər ictimai işlərlə cəza gözləyir.
 
Milli komandalarımızda kifayət qədər oyunçu var ki, Türkiyə, Almaniya vətəndaşlarıdı və bu ölkələrdə də əsl pasportları ilə çıxış edirlər. Əks halda, legioner statusu ilə hansısa klublarda olmaları mümkünsüzdü. Bu saxtakarlıq AFFA-dakıların işinə yarayır.
 
Ümumiyyətlə, bu iş sistemsiz aparılır. AFFA kimə gəldi milli pasport alır, zaman keçdikdən sonra isə onu ləğv etdirir. Vətəndaşlıq alınan oyunçular həqiqətən lazımlı olsaydı, onlar indi də üzdə olardı. Amma vaxtlə U-17 üçün milliləşənləri daha sonra U-19-da, U-21-də və s. görmürük. Ümumiyyətlə, aşağı yaş qruplarında milli pasport alanlardan kiminsə əsas komandaya kimi yüksəlməsini xatırlamıram.
 
Görüntü odur ki, milli pasport alınanlar komandalarımıza kömək üçün gətirilir. Əslində isə bunda gizli məqsədlər də var. AFFA-dakı bir qrup işbaz bəzi əcnəbiləri millidə 1-2 oyun oynatmaqla onların  qiymətini qaldırır, bundan faydalanır. Millilərimizə düşmək üçün xərcə düşməyi də lazım bilən oyunçular sonradan bunun üstünlüklərindən yararlanır. Karyerasında, vizit kartında milli haqda qeydlər olan futbolçuların transfer qiymətləri, maaşı qalxır və Azərbaycan vətəndaşlığından müvəqqəti istifadə onların gələcəyi üçün faydalıolur. Daha onların ölkəyə hansı xeyri verməsi, ümumiyyətlə, milliləşdirilməsinin nə qədər faydalı olması heç kimi maraqlandırmır.
 
Yazdıqlarımız Ozancan Kökcünün açıqlamasında da əksini tapır. Maraqlıdı, ikili vətəndaşlıq olmayan Azərbaycanda milli komandada oynayan bu şəxs hansı əsasla Türkiyə “Bursaspor”unda yerli oyunçu statusu ilə oynayır? Azərbaycan vətəndaşlığından imtina edibsə, U-21 komandamızda nə gəzir, imtina etməyibsə, niyə yixarıda göstərilən qayda ilə (3 min manatdan 5 min manata qədər cərimə, yaxud da 360 saatdan 480 saata qədər ictimai işlərlə cəza) cəzalanmır?
 
CAVAD

 
tarix: 07-09-2017 10:21


 
Xəbər lenti
26.09.2017

13:04   AFFA-dan qapıçı məşqçiləri üçün A kursu

12:27   “Beşiktaş”ın prezidenti: “Superkubok Azərbaycanda keçirilsin”

11:50   Totti Bakıya gələsi olmadı

11:25   “eTopaz”da günün canlı oyunları

11:04   “TOPAZ”DA BU GÜN

10:31   Fərid Nəbiyev oynadı, “Slaviya” uduzdu

10:10   “Beşiktaş” “Leypsiq”ə, “Real” “Borussiya”ya qarşı - YENİLƏNİR

10:03   Yığmamız Gürcüstana 5 qolla uduzdu

09:36   Super Liqa klubunda Leonardo dönəmi

01:27   La Liqada 6-cı tura darmadağınla yekun vuruldu - VİDEO

01:20   “Arsenal”dan inamlı qələbə - VİDEO

00:37   “Sumqayıt” “Səbail” üçün hazırlığa Cavidsiz başladı

00:10   Super Liqada 6-cı tura yekun vuruldu

25.09.2017

22:34  Araz Abdullayevin klubu liderliyini qorudu

21:35  “Yuventus”un prezidenti 1 illik futboldan uzaqlaşdırıldı

21:06  La Liqa klubunda yeni baş məşqçi

20:37  “Qəbələ” “Neftçi”yə 7 qolla qalib gəldi

19:36  “Qarabağ”dan azarkeşlərə müraciət

19:05  “Qarabağ” - “Roma” oyunu ilə bağlı polisdən xəbərdarlıq

18:30  “Qarabağ” – “Roma” matçı üçün pulsuz nəqliyyat

18:14  “Roma” Bakıya bu heyətlə gəlir

16:55  “Roma”: nə vaxt gəlir, nə vaxt gedir?

16:46  15 faizlik büdcə, lazımsız İcraiyyə Komitəsi və susdurulan Əbilov

16:38  “Qarabağ”la oyunlarda maksimum nəticə əldə etməliyik"

16:15  BOS-da “Qarabağ” - “Roma” matçı öncəsi festival

16:06  "Qəbələ" də olmasa...

15:55  “Prosineçki məni yığmada görmək istəmir” - Dadaşov

15:38  Birinci Divizionda yeni mövsümün püşkatması - FOTOLAR

15:26  “Roma”ya Monika Beluççi, “Qarabağ”a...

15:18  La Liqa klubunun baş məşqçisi qovuldu

15:07  Millimizlə oyun öncəsi Almaniya yığmasında daha bir itki

14:53  UEFA Gəncləq Liqası: “Qarabağ” - “Roma” matçı üçün Fesniç

14:41  UEFA-dan Könül Mehtiyevaya növbəti təyinat

14:26  Öncə Qurbanov, sonra Di Françesko

14:19  Ramin Musayev: “Premyer Liqada 12 komanda iştirak edəcək”

14:04  Birinci Divizionun püşkü atıldı

13:56  Yenə Azərbaycan - İtaliya dueli, yenə Dias

13:45  “Qarabağ” - “Roma” matçında bu topla oynayacaqlar

13:24  Maşallah Əhmədov Əfv Komissiyasına müracət edib

13:16  “Qarabağ” - “Roma” matçının hakimləri açıqlandı

13:06  Konte "Qarabağ"a şans vermədi: Favorit bizik...

12:46  Azərbaycanlı futbolçu üçün yeni baş məşqçi

12:35  Üçüncü səfər sindromu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az