(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Ovuc içində futbol: Ermənistanla təsəlli tapırıq

Ovuc içində futbol: Ermənistanla təsəlli tapırıq

Topaz Premyer Liqasının oyunlarını izləmək üçün təsadüfi hallarda Bakını tərk edirik. “Kəpəz” Gəncə stadionu təmir olunana kimi qapıları gəzir, “Qarabağ” məlum səbəblərdən paytaxtda məskunlaşıb. Yalnız Qəbələ və Bakının qulağının dibindəki Sumqayıt çempionatın kütləviliyinə xidmət edir.
 
Hətta “Kəpəz”in də ikinci dövrəni evində başlayacağını nəzərə alsaq, yalnız 3 komandanın Bakıda məskunlaşmadığını qeyd edə bilərik. 8 komandalı birinciliyin 5 təmsilçisi paytaxtı təmsil edir ki, bu siyahıya “Neftçi”, “Zirə”, “İnter”, “Səbail” və məcburi “bakılı” “Qarabağ” daxildi. Bu, o deməkdi ki, klublarımızın 62,5 faizi bir ovucun içindədi.
 
Bölgə futbolunun diqqətdən kənar qaldığını təkcə bu fakt göstərir. Regionlar diqqətdən kənar qalıb, elə bu səbəbdən milli komandalar üçün futbolçu nəsli yetişmir. Tovuz, Lənkəran, Mingəçevir, Quba, İmişli kimi futbol şəhərləri ən yaxşı halda zəif imkanlı division klublarının ümidinə qalıb. AFFA-nın monopoliyasında olan, bu qurumun əlinə baxan Premyer Liqa klubları sanki Bakı birinciliyinin və ya zavod çempionatının iştirakçılarıdı.
 
Bəs, əslində necə olmalıdı? Aparıcı Avropa ölkələrinin, postsovet məkanından olan sabiq “qardaşlar”ın, eləcə də qonşuların rəqəmli müqayisəsindən aydın olur ki, Azərbaycanda futbol siyasəti düzgün aparılmır.
 
20 komandanın mübarizə apardığı İspaniya, İtaliya, Fransa və İngiltərədə futbol bütün ölkəyə yayılıb. İspaniyada cəmi 2 paytaxt komandası elitada mübarizə aparır, ümumiyyətlə isə 17 şəhər yarışda təmsil olunur. İtaliyada da Romanın 2 klubu var – burada 15 şəhər elita üzü görür. İngiltərədə paytaxt komandaları nisbətən çoxdu. Dumanlı Albionda 14 şəhər əsas liqadadı və onlardan 5-i Londonda məskunlaşıb. Fransada, eləcə də 18 komandanın mübarizə apardığı Almaniyada bütün komandalar ayrı-ayrı şəhərlərin təmsilçisidi və paytaxtın cəmi bir “döyüşçüsü” var.
 
Keçmiş SSRİ ölkələrindən Ukrayna və Belarusa diqqət yetirdik. Məlum oldu ki, Ukraynada 12 komanda 10 şəhərə paylanıb və onlardan yalnız ikisi Kiyevdə məskunlaşıb. 4 paytaxt təmsilçisi olan Belarusda da 16 komanda 13 bölgəni təmsil edir.
 
Qonşularımızda da vəziyyət bizdən yaxşıdı:
Rusiya – 16 iştirakçı, 13 şəhər yarışda təmsil olunur, 3 klub paytaxtda məskunlaşıb
Türkiyə - 18 iştirakçı, 13 şəhər yarışda təmsil olunur, 2 klub paytaxtda məskunlaşıb
Qazaxıstan – 12 iştirakçı, 12 şəhər yarışda təmsil olunur, 1 klub paytaxtda məskunlaşıb
Gürcüstan - 10 iştirakçı, 7 şəhər yarışda təmsil olunur, 3 klub paytaxtda məskunlaşıb
 
AFFA yalnız Ermənistana baxıb, təskinlik tapa bilər. Üzdəniraq qonşularımızda vəziyyət bizdən də pisdi. Burada çempionat iştirakçısı olan 6 komandadan 5-i İrəvanda düşərgə salıb. Bizim məmurlar da deyəsən, futbolumuzu bataqlıqda olan ermənilərin vəziyyətinə çatdırmaqda israrlıdı.
 
FƏRİD

 
tarix: 09-09-2017 13:16


 
Xəbər lenti
17.07.2018

15:08   Ramos qayıdır: “Sabah” “Neftçi”nin daha bir veteranını gətirir

14:52   “Neftçi” sabah yoxlama oyunu keçirəcək

14:40   “Barselona”dan rekord gəlir

14:32   Laqeyd olduğumuz “Qarabağ”

14:11   “Sabah” yeni transferini rəsmən açıqladı - FOTO

14:06   Qriqorçuk “Qəbələ”nin mərhələ keçəcəyinə inanır

14:01   “Sabah” da Türkiyə toplanışına start verdi

13:52   “Neftçi” müraciət etdi

13:41   “O zərbə qol olsaydı, mən də karyeramı bitirməliydim, qapıçı da”

13:35   İsmayılovun jurnalistlərlə görüş vaxtı açıqlandı

13:29   “Kintana çox təhlükəli futbolçudu” - Qayiç

12:33   MY-dən “Ayaks”a 20 milyon avroluq transfer

11:45   “Valensiya”dan “Xetafe”yə

11:22   Kaseres rəsmən La Liqa klubunda

11:00   “eTopaz”da günün canlı oyunları

10:41   Rakitiç bu mövsüm hamını qabaqladı

10:32   Super Liqa klubu yeni hücumçu aldı - FOTO

10:19   “TOPAZ”DA BU GÜN

09:58   Maksimov məğlub kimi getdi: səhvləri rəhbərliyə onu qovmaq imkanı yaratdı

09:44   “Yuventus” Ronaldonu təqdim etdi: “Burada da iz buraxmaq istəyirəm”

09:38   “Neftçi”nin rəqibində qarşıdurma: “Rəhbərlik müflis olduğunu bildirir”

09:32   “Qarabağ”dan Polşa klubuna

09:30   Avroliqada ilk qaliblər bəlli olur - YENİLƏNİR

09:00   ÇL-də 1-ci təsnifat mərhələsi həyəcanı davam edir - YENİLƏNİR

00:02   “Sumqayıt” Boluda ilk məşqinə çıxdı

16.07.2018

23:35  “Sumqayıt” artıq Boludadı - VİDEO

23:16  “Neftçi” “Uypeşt”lə cavab matçına bir itki ilə hazırlaşır

22:28  “Keşlə”dən Yuri Maksimov açıqlaması - RƏSMİ

21:06  “Qarabağ” - “Olimpiya” matçına nə qədər bilet satılıb?

18:30  Maksimov “Keşlə”dən getdi

17:14  “Qarabağ” - “Olimpiya”: Mətbuat konfranslarının vaxtı açıqlandı

16:38  “Sumqayıt” 4 yoxlama oyunu keçirəcək

16:00  Millidə debüt etmədən dünya çempionu oldu, tarixə düşdü

15:40  A Seriyası klubundan yeni transfer - FOTO

15:25  “Qarabağ”dan abituriyentlərə jest

14:49  Danimarka yığmasının üzvü Premyer Liqa klubunda

14:35  “Çelsi”nin yetirməsi La Liqa klubunda

14:00  “Borussiya”dan Premyer Liqa klubuna

13:42  Denis Silva: “Cavab matçında sonadək döyüşəcəyik”

13:32  “Qarabağ” - “Olimpiya” matçını yayımlayacaq kanal bəlli oldu

13:17  “Qəbələ” Differdanja yola düşür: Səfər proqramı açıqlandı

13:06  Fransa çempion oldu, milli karyerasını başa vurdu

12:50  Tarixin 3-cü ən məhsuldar DÇ-si

12:36  Qoran Paratski: “Özümüzü “Sevilya” ilə oyunlarda da göstərmək istəyirik”

12:19  Çempiona 38 milyon dollarlıq mükafat

11:54  Millimizin üzvü “Astana”da debüt şansı qazandı

11:44  Millimiz beynəlxalq turnirdə iştirak edəcək

11:30  “Sumqayıt” Türkiyəyə yola düşdü

11:21  Mandzukiç tarixə düşdü

11:11  “Qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlar var”

11:00  “eTopaz”da günün canlı oyunları

10:47  Kurtua fəxr edir

10:40  Millimizin sabiq forvardı Latviyada dubla imza atdı

10:33  “Finalda belə penalti təyin etmirlər”

10:21  Argentina və Uruqvaya çatdı - Fransa

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az