(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Millimizin baş məşqçi postuna 3 namizəd müəyyənləşdi

Millimizin baş məşqçi postuna 3 namizəd müəyyənləşdi

21 yaşadək millimizin baş məşqçi postuna namizədlər müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu barədə prosport.az saytına AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib. Onun sözlərinə görə, 3 namizəd müəyyənləşdirilib və həmin namizədlərdən biri dekabradək U-21-i çalışdıracaq:

"Bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla Məşqçilər Komitəsinin üzvləri arasında 3 saata yaxın müzakirə getdi. Biz namizəd kimi Mahmud Qurbanovu, Aslan Kərimovu və Samir Ələkbərovu göstərdik. Həmçinin bəlli oldu ki, AFFA tərəfi dekabradək U-21-ə müvəqqəti baş məşqçi gətirmək istəyir. Bildiyiniz kimi, dekabradək oktyabrda Almaniya ilə səfər, noyabrda isə evdə Almaniya və Kosovo ilə görüşlərimiz var. Yəni, həmin baş məşqçi millini bu 3 qarşılaşmaya çıxaracaq. Böyük ehtimalla, gələn həftə AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək və həmin toplantıda bu 3 namizəd komitə üzvlərinə bildiriləcək. Həmin iclasdan sonra baş məşqçi məsələsi rəsmən təsdiqini tapacaq. Bu 3 oyunda işi qənaətbəxş olsa, yeni ilin əvvəlində keçiriləcək İcraiyyə Komitəsinin iclasının qərarı ilə həmin baş məşqçi işində saxlanıla bilər".

Qeyd edək ki, Mahmud Qurbanov əsas millidə Robert Prosineçkinin 2 yerli köməkçisindən biridir. Aslan Kərimov AFFA-nın məşqçilər üçün verdiyi lisenziya kurslarında təlimatçı, həmçinin "CBC Sport" telekanalının daimi ekspertidir. U-21-ə yad olmayan yeganə namizəd isə Samir Ələkbərovdur. O, Yaşar Vahabzadənin köməkçisi işləyib və hazırda da "Bakcell" şirkətinin layihəsi olan "Mançester Yunayted" Futbol Məktəbində məşqçi qismində çalışır.


 
tarix: 09-09-2017 16:38


 
Xəbər lenti
24.06.2018

01:40   Almaniya - İsveç matçının ən yaxşısı

01:21   “Neftçi” dumana düşdü - VİDEO

00:50   Xorvatiyalı yarımmüdafiəçi rəsmən “Neftçi”də

00:10   Almaniya millisi 90+5-də sevindi - VİDEO

23.06.2018

23:55  Belçika və Meksikadan asan, Almaniyadan dramatik qələbə

23:29  Sənan Qurbanov: “Kukesi” ilə matçdan istədiklərimi ala bildim”

22:52  Millimizin Bakı toplanışı üçün heyəti açıqlandı

22:11  Çiçarito ən yaxşı seçildi

22:00  Qurbanov: “Səhvlərimiz oldu, amma…”

21:49  “Qəbələ” də heç-heçə ilə başladı

21:14  “Qarabağ” ilk sınağından heç-heçə ilə ayrıldı

21:03  Meksikadan ardıcıl 2-ci qələbə - VİDEO

20:58  “Qaçırdığımız penalti oyunda dönüş nöqtəsi oldu”

20:38  Millimiz Belarusa məğlub oldu

18:46  “Neftçi”nin ilk rəqibi bəlli oldu

18:20  Belçika - Tunis matçında 7 qol - VİDEO

18:09  Dubl etdi, ən yaxşı oldu

17:36  Şotland da “Qarabağ”ın təklifini qəbul etmədi

16:53  Hacıyev üçün üç yerli, bir əcnəbi köməkçi

16:11  “Neftçi” Türkiyə toplanışına start verdi

15:28  Medvedev: “İstəmədiyimiz bir rəqib düşdü”

15:07  VAR sistemi, varam deyir...

14:30  Salah Çeçenistanın fəxri vətəndaşı oldu - FOTO

14:18  İtaliyalı futbolçudan “Qarabağ”a təşəkkür və “yox”

13:21  “Sumqayıt”ın yay hazırlıq planı məlum oldu

13:04  “Keşlə”nin rəqibi yoxlama oyununda uduzdu

12:42  “Neftçi” Türkiyədə - VİDEO

12:27  Millimiz Belarusa qarşı

12:11  Paytaxt klubunda qapıçı dəyişikliyi

11:22  Ukraynalı qapıçı rəsmən “Real”da

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  Kluyvert rəsmən “Roma”da

10:00  “TOPAZ”DA BU GÜN

09:30  DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az