(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Fariz Nəcəfov: “İmkan verin normal çempionat keçsin, sağlam rəqabət olsun”

Fariz Nəcəfov: “İmkan verin normal çempionat keçsin, sağlam rəqabət olsun”

Dünən Topaz Premyer Liqasının 4-cü turunun “Qəbələ” - “Zirə” matçından sonra meydan sahiblərinin əhvalı yerində deyildi. Bu da başadüşüləndi. Bu turadək xal itkisinə məruz qalmayan qonaqlarla matçda 3 xalı hədəfləyən “qırmızı-qaralar” yalnız son dəqiqələrdə vurulan penalti ilə məğlubiyyətdən qurtulmağı bacardılar. 

Futbolinfo.az xəbər verir ki, görüşdən sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Sport24.az və Newsport.az saytlarına verdiyi müsahibədə tək dünənki görüşlə fikirlərini bildirməyib, daha qlobal problemə toxunub ki, bu da başadüşüləndir.

Nəcəfov əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb: “Qarşılaşma gözlədiyimiz kimi gərgin keçdi. “Zirə” mövsümə yaxşı başlayıb, baxımlı futbol sərgiləyir. Matçın gedişatında iki futbolçumuz zədələnərək, əvəzləndi. Yekun nəticə istədiyimiz kimi olmasa da, son dəqiqələrdə məğlubiyyətdən qurtulmağımızı unutmaq olmaz”.

- Ancaq “Zirə”dən fərqli olaraq, “Qəbələ” ötən mövsümlə müqayisədə, heç cür öz oyununu tapa bilmir. Səbəbləri nədə görürsünüz?
- Bu suala baş məşqçi cavab versə, daha yaxşı olar. Kənardan apardığım müşahidəyə əsasən deyə bilərəm ki, komandanın problemi nəticədədi, meydandadı. Kənar problemlərimiz yoxdu. Eyni zamanda, yəqin ki, diqqət yetirdiniz: meydandakı uşaqlardan üçü akademiyamızın yetirməsi idi. Bir tərəfdən bu, bizi sevindirsə də, digər yandan onların təcrübəsizliyi hər an səhvə yol verə biləcəklirini şərtləndirir. Zənnimcə, heyətin tam oturuşması üçün bir qədər zamana ehtiyac var.

- Nika Kvekveskirinin yeri hələ də görünür...
- Saxlamaq mümkün olsaydı, bunu edərdik. Tək Nikanın deyil, oturuşmuş heyətdən kiminsə ayrılması təbii ki, özünü büruzə verir. 

- Yerli oyunçu qıtlığı göz qarşısındadı. Bu faktor “Qəbələ”yə maneə törətmir?
- Legioner limiti absurd qərardı. Çempionatda cəmi 8 komanda mübarizə aparır. Yerli futbolçu yenə də tapılmır. Meydana çıxıb rəqabətə davam gətirəcək azərbaycanlı futbolçu yoxdur. Limit nə üçün tətbiq olunub? Onsuzda bütün yaş qrupları üzrə yığma komandalarda legionerlər oynayır: dağıstanlıları, türkləri, digərlərini oradan-buradan gətirib doldurublar millilərə. İmkan verin normal çempionat keçsin, sağlam rəqabət olsun. Bu rəqabətdə də yetişən 1-2 oyunçu olacaq ki, gələcəkdə normal futbol oynayacaq. Sən ha məcbur et ki, 5 yerli futbolçu oynamalıdı. Yoxdu axı!.. Bu sözləri “Zirə”ylə oyuna əsaslanaraq danışmıram. Bəli, bu gün (dünən) komandamız zəif oynadı, bununla tam razıyam. Amma söhbət ümumi yanaşmadan gedir. Məşqçi yerli futbolçu tapıb oynada bilmir.

- Bu məsələni Klublar Komitəsində, AFFA qarşısında qaldırmısınızmı ki, limit məsələsinə yenidən baxılsın?
- Bəli, məsələni bir neçə dəfə qaldırmışıq və qeyd olunub ki, bu limit hələ 1 il də qüvvədə olan qərara əsasən tətbiq edilməlidi. Yalnız bundan sonra məsələyə yenidən baxıla bilər.


 
tarix: 10-09-2017 14:48


 
Xəbər lenti
16.01.2018

11:20   “Zirə” - “Keşlə” matçının məkanı bəlli oldu

11:10   Rəşad Sadıqovun milidə ilk sınağı - YENİLƏNİR

11:00   “eTopaz”da günün canlı oyunları

10:27   Futbolçunu vuran hakim cəzalandı, qərarı ləğv olundu

10:00   “TOPAZ”DA BU GÜN

09:36   Büdcəni aşan komitəyə “qulaqburma”

09:28   AFFA-nın yalanı: hollandlar razılıq verməyibmiş

09:24   Erməni məşqçiyə ömürlük cəza

09:12   Aleksandr İaşvili: “Razılaşmamız rəsmi xarakterli deyildi”

09:07   DÇ-2018-in iştirakçısı İordaniyaya uduzdu

09:00   Diplom sahibinin məsuliyyətsizliyi: AFFA Kosovonu niyə seçdi?

02:25   “Betis”dən çətin qələbə- VİDEO

02:15   MY-dən darmadağın - VİDEO

00:40   “Keşlə” kamerunlu futbolçu ilə müqavilə imzaladı - FOTO

00:35   “Kəpəz”də iki futbolçu ilə bağlı qərar verildi

00:10   Topaz Premyer Liqasında qış bazarlığı - YENİLƏNİR

00:06   Lopes rəsmən “İnter”də - FOTO

15.01.2018

23:25  “Qəbələ” tək məşqlə kifayətləndi

23:19  “Borussiya” İsveçrə millisinin üzvünü transfer etdi

22:39  Millimizin forvardı rəsmən Super Liqa klubunda

20:17  “Xəzər” sabah Antalyaya gedir – İlk rəqib də bəllidi

19:38  “Sumqayıt” liderə qalib gəldi

19:06  Valeh Seyidov ilə qolla başladı

18:55  “Bursaspor” millimizin üzvü ilə yollarını rəsmən ayırdı

17:52  Premyer Liqa klubunda yeni baş məşqçi

17:16  “Qarabağ” yenə Aqollisiz məşq etdi

16:52  Uqo Barqas: “Neftçi”dən ayrılmaq çox çətin idi”

15:58  Ozobiç “Qəbələ”dəki 3 ən gözəl və vacib qolundan danışdı - VİDEO

15:12  “Qarabağ”ın “Kuban”la yoxlama matçının vaxtı açıqlandı

14:59  Kosovo tərəfi xəbərimizi təsdiqlədi 

14:25  Milli komandada yeni baş məşqçi

14:01  Millimizə daha bir futbolçu qoşuldu

13:49  “Bursaspor” və “Kayserispor”dan təkzib: Yalandı!

13:33  “Səbail” Divizion klubuna qalib gəldi

13:15  “Kəpəz” Cənubi Koreya klubu ilə qarşılaşacaq

12:45  Riad Rəfiyevin növbəti oyunu

12:37  Hakim futbolçunu öncə vurdu, sonra meydandan qovdu - VİDEO

12:22  “Qarabağ”ın sabiq forvardı Hollandiya klubunda

12:07  Kosovo ilə matç dəqiqləşdi

11:44  Bu ölkə DÇ-2026-ya ev sahibliyi etmək istəyir

11:31  “Qarabağ” 2,5 milyon dollarlıq hücumçunu istəyir

11:28  Seqoviya “Neftçi”dən getməyə razılaşdı

11:22  Azərbaycan Premyer Liqası mövqeyini itirdi

11:15  Lisandro Lopes “İnter”də

11:00  “eTopaz”da günün canlı oyunları

10:34  Berluskoni “Milan”ın satışından pul “yeyib”?

10:00  “TOPAZ”DA BU GÜN

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az