(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Yakub Jezniçak: “İlham Əliyev bizə gözəl jest etdi”

Yakub Jezniçak: “İlham Əliyev bizə gözəl jest etdi”

UEFA Çempionlar Liqasının qrup mərhələsindəki ilk oyununda səfərdə “Çelsi” ilə qarşılaşacaq “Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib. Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- Çox çətin qrupda yer almısınız. “Qarabağ”ın indiki vəziyyətini keçənilki “Legiya” ilə müqayisə etmək olarmı?
- İndi vəziyyət daha çətindi. O zaman qrupda heç olmasa baş-başa mübarizə aparacağımız “Sportinq” var idi. Bu dəfə isə biz “Çelsi”, “Roma” və “Atletiko” ilə oynamalıyıq. Kağız üzərində bu komandalardan heç birinə qarşı şansımız yoxdur, ancaq... “Legiya” keçən il “Real”a mümkünsüz deyə bir şeyin olmadığını sübut elədi. “Qarabağ”ın əsas hədəfi Çempionlar Liqasında qrup mərhələsində oynamaq idi. Qazanacağımız hər qələbə isə bizim üçün bonus olacaq.

- “Çelsi”dən çəkinirsən?
- Biz heç bir komandadan çəkinmirik. Məşqçimiz də deyir ki, üzərimizdə heç bir təzyiq olmadığı üçün rahat oynayacağıq. Çünki itirəcək heç nəyimiz yoxdu. Çempionlar Liqasında oynamamaqdan qorxurdum. Hər bir futbolçunun arzusu belə bir turnirdə iştirak etməkdir. Komandamızda ancaq mənim ÇL təcrübəm var. Düşünürəm ki, komanda yoldaşlarıma müsbət enerji ötürə biləcəm.

- İşiniz az olacaq...
- Alvaro Morataya qarşı keçən il “Real”da olarkən çıxış etmişəm. Çox sakitəm, bilirəm ki, “Legiya”da olduğu kimi yaxşı xatirələrim olacaq. Biz onda qrupda 20-dən çox qol buraxsaq da, qətiyyən ruhdan düşmədim. Hətta “Borussiya”ya qarşı 4:8 hesabı ilə bitən oyun da mənim üçün əvəzsiz təcrübə olmuşdu.

- “Çelsi” – “Qarabağ” oyununa “Legiya”nın əlillərdən ibarət azarkeş qrupunu da dəvət etmisən...
- Bu, spontan yaranan ideya idi. “Legiya” “Şerif”ə məğlub olduqdan sonra ağlıma gəldi və azarkeşlərin doğma komandalarının avrokuboklardakı yoxluğunu unutdurmaq istədim. Klub prezidenti Lestnoqorski və Vandzel ilə birlikdə bu işin maliyyə tərəflərini öz üzərimizə götürdük. Yaxın gələcəkdə bu cür tədbirləri yenidən keçirməyə çalışacam. Məşqçi Avraam Qranta da təşəkkür edirəm ki, mənə 10 nəfəri seçməkdə kömək etdi. Digər 5 nəfər isə klub tərəfindən seçildi. Dediyim kimi, bu, son olmayacaq. Hər zaman “Legiya”nın və onun tərəfdarlarının yanında olacam. Onları stadionda yerləşdirmək üçün mənə “Çelsi”nin işçiləri də kömək edəcəklər, bununla bağlı söz verdilər.

- Çempionlar Liqasının qrup mərhələsinə çıxdığınız üçün çox mükafat aldınız?
- “Legiya”da olandan daha az idi. Puldan söhbət düşmüşkən, Polşada belə bir söz-söhbət var ki, guya bura pul üçün gəlmişəm. Ancaq aldığım maaş Varşavadakı ilə eynidi. Bu, sadəcə olaraq uzun müddətdən sonra mənim üçün yeni çağırış idi. Klubuma da minnətdaram ki, hələ 1 il müqaviləm qalmasına baxmayaraq, məni azad agent kimi buraxdı. Geriyə baxanda görmək olar ki, düzgün qərar vermişəm. Əgər iki ay əvvəl kimsə Çempionlar Liqasına qayıdacağımı desəydi, buna inanmazdım. Qısa müddətdi burda olmağıma baxmayaraq, çox xoş xatirələrim var. Dostlarım dedilər ki, “Kopenhagen”lə oyundan sonra bütün Bakı səhərə qədər bunu qeyd edib. Komandamız Bakını təmsil etməsə də, hər kəsin bizi dəstəkləməsi əla duyğudur. Bir çox adam maşınları ilə küçələrə çıxıb qalibiyyəti coşğu ilə qeyd edirdi. Paytaxta dönəndə mən də fanatların sevincinə qoşuldum, hətta onlarla rəqs etdik.

- Dönən kimi sizi ölkə prezidenti də qəbul etdi...
- Bəli, bu, çox xoş idi. Maraqlıdı ki, prezident bizim hər birimizlə bağlı bir neçə maraqlı məqam dedi ki, hamımızı çox yaxşı tanıdığı bəlli oldu. Mənimlə danışarkən isə ölkəmizə son səfərini xatırladı. Sonradan isə oxudum ki, o, kluba xüsusi mükafat da verib. Bu da gözəl jest idi.


 
tarix: 12-09-2017 11:46


 
Xəbər lenti
21.01.2018

02:37   “Nant” “Bordo”ya doğma meydanda uduzdu - VİDEO

01:55   “Atletiko” ev oyununda xal itirdi, “Valensiya” uduzdu - VİDEOLAR

01:44   “Bayer” darmadağınla 2-ci pillədə - VİDEOLAR

01:19   MY və “Çelsi” səfərdə, MS və “Arsenal” evdə qalib gəldi - VİDEOLAR

01:00   Topaz Premyer Liqasında qış bazarlığı - YENİLƏNİR

00:33   Budaq Nəsirov oynamadı, komandası xal itirdi

20.01.2018

23:16  Araz Abdullayev oynadı, “Anortosis” 3 qola sevindi - VİDEO

23:05  “Fənərbaxça”dan çətin qələbə

22:07  “Qalatasaray”da yeni prezident

21:22  Qurban Qurbanov: “Futbolçulardan və oyundan razı qaldım”

21:12  Dadaşov qol vurdu, komandası qalib gəldi

20:19  “Qarabağ” Polşa klubu ilə də bərabərə qaldı - VİDEO

19:43  “Neftçi” Şəhidlər Xiyabanını ziyarət etdi

19:21  “Qarabağ”ın oyunundan öncə şəhidlərimiz yad edildi

19:14  Elşad Əhmədov: “İstəyirdim ki, hamı bu yükü hiss etsin”

18:55  “Xəzər” Almaniya klubu ilə bacarmadı

17:24  “Səbail” də Antalyaya getdi

16:45  Dəniz Yılmaza debüt şansı verilmədi

16:05  “Neftçi”nin legioneri baxışda olduğu klubu bəyənmədi

15:49  Avropa çempionatı CBC Sport-da

15:20  “Neftçi”dən 1 dəqiqəlik sükut - VİDEO

13:33  “Azərbaycan millisindən bəzi futbolçuları tanıyıram”

13:08  Dino Ndlovu: “Həmişə qəlbimdə qalacaqsız”

12:37  Antalyada 20 Yanvar şəhidləri anıldı - FOTO

11:56  Gizlənən Lippert, üstündən xətt çəkilən Kökçü

11:27  “Qəbələ” 1 ayda milli komandalara 25 yetirməsini göndərdi

11:15  Qanlı 20 Yanvardan 28 il ötür

11:00  “eTopaz”da günün canlı oyunları

10:26  Premyer Liqa klubu rekordluq transfer etdi - FOTO

10:00  “TOPAZ”DA BU GÜN

09:06  Prandelli qovuldu

02:35  Pele xəstəxanaya yerləşdirildi

02:04  Hərəyə 2 qol, 1 xal - VİDEO

01:54  Marsel “Olimpik”indən inamlı qələbə - VİDEO

01:45  “Borussiya” yenə xal itirdi - VİDEO

01:32  Super Liqada ikinci dövrə 5 qolla başladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az