(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
DÇ-2018-in biletləri satışa çıxır

DÇ-2018-in biletləri satışa çıxır

Gələn il Rusiyada keçiriləcək DÇ-2018-in oyunlarına biletlər satışa çıxır. 

Futbolinfo.az xəbər verir ki, artıq sabahdan etibarən mundialı canlı izləmək arzusunda olanlar öz biletlərini almaq şansı qazanacaqlar.

İlk satış dönəmi 14 sentyabr – 16 noyabr tarixləri aralığında olacaq. Biletlərin növbəti partiyası isə 5 dekabr - 31 yanvar və 13 mart - 3 aprel aralığında satışa çıxacaq.

Biletlərin qiymətinə gəlincə, qrup mərhələsinin oyunları 175-455 ABŞ dolları arasında dəyişir. Final matçı üçün bilet isə 550-1100 dollar arasında olacaq.

Xaricdən Rusiyadakı mundialı canlı izləməyə gələnlər üçün 1, 2 və 3-cü kateqoriya biletlər satışa çıxarılacaq. 3-cü kateqoriyada ən ucuz biletlər qrup mərhələsində 105, 1/4 finalda 175, finalda isə 455 dollar olacaq. 1-ci və ən bahalı kateqoriya üçün biletlərin qiyməti isə qrupda 550, həlledici oyun üçün isə 1100 dollardan başlayır. 

4-cü kateqoriya biletlər isə ancaq Rusiya vətəndaşları üçün nəzərdə tutulub. Bu kateqoriyaya aid biletlərin qiyməti qrup mərhələsində 22, final qarşılaşması üçün isə 122 dollardan başlayır.

Azarkeşlər bu il qonşu ölkədə keçirilən Konfederasiyalar Kubokunda olduğu kimi, dünya çempionatında da oyunlara baxmaq üçün FAN-İD kartlarını əldə etməlidilər. Bu sistemdən keçməyən şəxslər oyunlara buraxılmayacaqlar. 

Biletlər FİFA-nın rəsmi saytı vasitəsilə satılacaq.


 
tarix: 13-09-2017 13:18


 
Xəbər lenti
19.11.2017

02:05   “Milan”la “Latsio” səfərdən məğlub qayıtdı - VİDEOLAR

01:57   “Real” büdrədi, “Barsa” xal fərqini artırdı - VİDEOLAR

01:43   “Qarabağ”ın rəqibi “Real” ilə bərabərə qaldı - VİDEO

01:09   PSJ 3 xalı yenə darmadağınla qazandı - VİDEO

00:35   “Bavariya” darmadağınla qalib gəldi - VİDEOLAR

18.11.2017

23:57  “Liverpul”, MY və MS-dən inamlı qələbə - VİDEOLAR

23:21  “Qarabağ”ın rəqibi əzəli rəqibinə qalib gəldi - VİDEO

23:05  “Qalatasaray” səfərdə darmadağın oldu - VİDEO

21:55  “Qarabağ”ın rəqibi 3 xalı 4 qolla qazandı - VİDEO

20:32  Dəniz Yılmaz oynamadı, “Bursaspor” yenə xal itirdi

18:47  Nizami Hacıyev "Neftçi"də

18:31  “Qarabağ” “Sumqayıt”ı məğlub yola saldı

18:10  Samir Əliyev: “Belə olmasını istəməzdim”

17:55  Diniyevin istefasına səbəb olan məğlubiyyət - VİDEO

17:30  Şahin Diniyev: “Gəncənin əsl azarkeşlərindən üzr istəyirəm”

17:23  Şahin Diniyev “Kəpəz”dən istefa verdi

17:02  “Neftçi”dən azarkeşkərə müraciət

16:57  “Kəpəz”lə “Keşlə” yenə də uduzdu

16:05  “Keşlə”nin ardıcıl altıncı məğlubiyyəti - FOTOLAR

15:54  “Zirə” “Keşlə”ni belə məğlub etdi - VİDEO

15:49  Ramiz Məmmədov: “Onu komandada saxlamaram”

15:39  “Sübut etdik ki, “Qarabağ”a qarşı oynamaq mümkündü”

14:41  “Zaqatala”nın ilk qələbəsi - VİDEO

14:02  “Neftçi” – “Qəbələ” matçının biletləri satışda

13:38  “Çelsi” imtina etdi, “Qarabağ” daha 1000 bileti satışa çıxardı

12:51  Qurban Qurbanov: “Azərbaycan futboluna xidmət etmək borcumdu”

12:13  Yığmadan ayrıldı, Premyer Liqa klubuna baş məşqçi təyin olundu

11:47  Əhmədov: “Hələ heç nə itirilməyib”

11:35  Konte: “Azərbaycanda qrupdan çıxmaq üçün oynayacağıq”

10:45  “Qarabağ” sürprizə hazırlaşır - Türkiyədən xüsusi qrup gəldi

10:33  “Çelsi”də problem

09:30  AFFA-dan geri addım: komitələr ləğv edilir

09:17  Əzizov yenə oynamadı, komandası qalib gəldi

09:11  "Vitrin"dən göstərilən hədəflər

09:02  Paşayevin komandası “Şaxtyor” üzərində qələbəyə sevindi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az