(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Qurbanov ingilis mediasına Qarabağ həqiqətlərindən danışdı - VİDEO

Qurbanov ingilis mediasına Qarabağ həqiqətlərindən danışdı - VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında “Çelsi”yə məğlubiyyətdən (0:6) sonra mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, britaniyalı jurnalistlərin suallarını cavablandıran mütəxəssis komandanın tarixi barədə də onlara məlumat verib.
 
- Çempionlar Liqasında və Azərbaycan Premyer Liqasında hədəfiniz nədi?
- Özümüzü Çempionlar Liqasında harada gördüyümüzü deyə bilmərəm. Qrup mərhələsində olmaq istəyirdik, bunu da bacardıq.
 
- 2008-ci ildən “Qarabağ”ın baş məşqçisisiz. Klub həmin vaxt bu səviyyədə deyildi. Siz komandanı böyük uğura daşıdınız...
- Dəyərli suala görə çox sağ olun. “Qarabağ”ın Çempionlar Liqasının qrupunda iştirakı Azərbaycan futbolunda bir ilkdi. Belə baxanda, kiçik futbol ölkəsiyik. Ölkə olaraq, futbolda indi-indi inkişaf etməyə başlayırıq. Çətin addımlarda mənim adım olduğu üçün şadam. Bizim üçün asan deyil. Bu cür turnirin qrup mərhələsinə düşməyimizə baxmayaraq, belə böyük hesablı məğlubiyyət mənə xoş deyil. Amma inkişaf etmək istəyiriksə, bu cür məğlubiyyətlərlə razılaşmalıyıq, belə halları gözümüzün qabağına gətirməliyik. Çəkinmədən, utanmadan daha da çox çalışmalı və bundan da irəli getməli düşünməliyik.
 
- “Qarabağ”ın Çempionlar Liqasında iştirakı sizin üçün nə deməkdi?
- Bu, bizim üçün böyük uğurdu. Çempionlar Liqasının qrupuna düşmək vəzifəsinin öhdəsindən gəldik və bu nailiyyət Azərbaycanda futbolu daha da sevdirdi, futbola maraq artdı.
 
- “Qarabağ” azarkeşlərinin çoxu bu gün klubun formalarını geyinməsələr də, Azərbaycan bayraqları ilə sizə dəstək oldular. Bu, üzərinizdə təzyiqi artırmışdı?
- Yəqin ki, bu komandanın tarixini bilirlər, “Qarabağ” adının mənasını dərk edirlər. Bizim yaralı yerimizdi. Qarabağ torpaqlarının çox hissəsi erməni daşnaklarının əlindədi, haqsız yerə əlimizdən alıblar. Azərbaycan bayrağını tribunlarda görmək üzərimdəki təzyiqi artırmır, əksinə mənə güvən, inam verir, məsuliyyətim daha da çoxalır. Şadam ki, bu komandanın baş məşqçisiyəm. Nə qədər ağır olsa da, komandamın belə məğlubiyyətlə üzləşməsini istəməzdim. Biz azərbaycanlı kimi, “Qarabağ”da işləməkdən fəxr duyuram və əlimdən gələnin artığını etməyə çalışıram. Apasport


 


 
tarix: 13-09-2017 13:35


 
Xəbər lenti
26.09.2017

13:04   AFFA-dan qapıçı məşqçiləri üçün A kursu

12:27   “Beşiktaş”ın prezidenti: “Superkubok Azərbaycanda keçirilsin”

11:50   Totti Bakıya gələsi olmadı

11:25   “eTopaz”da günün canlı oyunları

11:04   “TOPAZ”DA BU GÜN

10:31   Fərid Nəbiyev oynadı, “Slaviya” uduzdu

10:10   “Beşiktaş” “Leypsiq”ə, “Real” “Borussiya”ya qarşı - YENİLƏNİR

10:03   Yığmamız Gürcüstana 5 qolla uduzdu

09:36   Super Liqa klubunda Leonardo dönəmi

01:27   La Liqada 6-cı tura darmadağınla yekun vuruldu - VİDEO

01:20   “Arsenal”dan inamlı qələbə - VİDEO

00:37   “Sumqayıt” “Səbail” üçün hazırlığa Cavidsiz başladı

00:10   Super Liqada 6-cı tura yekun vuruldu

25.09.2017

22:34  Araz Abdullayevin klubu liderliyini qorudu

21:35  “Yuventus”un prezidenti 1 illik futboldan uzaqlaşdırıldı

21:06  La Liqa klubunda yeni baş məşqçi

20:37  “Qəbələ” “Neftçi”yə 7 qolla qalib gəldi

19:36  “Qarabağ”dan azarkeşlərə müraciət

19:05  “Qarabağ” - “Roma” oyunu ilə bağlı polisdən xəbərdarlıq

18:30  “Qarabağ” – “Roma” matçı üçün pulsuz nəqliyyat

18:14  “Roma” Bakıya bu heyətlə gəlir

16:55  “Roma”: nə vaxt gəlir, nə vaxt gedir?

16:46  15 faizlik büdcə, lazımsız İcraiyyə Komitəsi və susdurulan Əbilov

16:38  “Qarabağ”la oyunlarda maksimum nəticə əldə etməliyik"

16:15  BOS-da “Qarabağ” - “Roma” matçı öncəsi festival

16:06  "Qəbələ" də olmasa...

15:55  “Prosineçki məni yığmada görmək istəmir” - Dadaşov

15:38  Birinci Divizionda yeni mövsümün püşkatması - FOTOLAR

15:26  “Roma”ya Monika Beluççi, “Qarabağ”a...

15:18  La Liqa klubunun baş məşqçisi qovuldu

15:07  Millimizlə oyun öncəsi Almaniya yığmasında daha bir itki

14:53  UEFA Gəncləq Liqası: “Qarabağ” - “Roma” matçı üçün Fesniç

14:41  UEFA-dan Könül Mehtiyevaya növbəti təyinat

14:26  Öncə Qurbanov, sonra Di Françesko

14:19  Ramin Musayev: “Premyer Liqada 12 komanda iştirak edəcək”

14:04  Birinci Divizionun püşkü atıldı

13:56  Yenə Azərbaycan - İtaliya dueli, yenə Dias

13:45  “Qarabağ” - “Roma” matçında bu topla oynayacaqlar

13:24  Maşallah Əhmədov Əfv Komissiyasına müracət edib

13:16  “Qarabağ” - “Roma” matçının hakimləri açıqlandı

13:06  Konte "Qarabağ"a şans vermədi: Favorit bizik...

12:46  Azərbaycanlı futbolçu üçün yeni baş məşqçi

12:35  Üçüncü səfər sindromu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az