(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
“Qarabağ”a hörmətsizlik olmasın, amma...”

“Qarabağ”a hörmətsizlik olmasın, amma...”

“Müdafiədə oturan, qapalı komandalara qarşı oynamaq asan deyil”. Futbolinfo.az xəbər verir ki, bu sözləri “Çelsi”nin U-19 komandasının baş məşqçisi Co Eduards deyib.

UEFA Gənclər Liqasında “Qarabağ”ı qəbul edən londonlular 5:0 hesablı qələbə qazanıblar. Klubun saytına açıqlama verən Eduards oyun haqda danışıb: “Qarabağ”la qarşılaşmada komandamızın nizam-intizamı yüksək səviyyədə idi. Ən çox bu, ürəyimcə oldu. “Qarabağ” ritmimizi pozmaq istəyirdi. İlk hissədə tez-tez fasilə yarandı. Rəqib dəfələrlə qayda pozuntusu etməklə, oyunu çirkinləşdirirdi və bu yolla nəticə əldə etmək istəyirdi. Belə hallarda komandamızın öz oyununu göstərməsi çətinləşirdi. Futbolçular bir neçə epizodda bu baxımdan problemlə üzləşsələr də, tapşırığın öhdəsindən gələ bildilər. Təbii ki, 5 qol vurmağımız bizi sevindirir. Amma keyfiyyətli futbolu ikinci hissədə göstərə bildik. Fəsilədə dəyişiklik etdik, 4-3-3 taktiki sxeminə keçdik. Bu da bəhrəsini verdi”.
 
Fasilədə futbolçulara təmkinli olmağı və səbrli davranmağı tapşıran Eduards “Qarabağ”ın ikinci hissənin əvvəlində bir nəfər azlıqda qalmasına da toxunub: “Qırmızı vərəqə oyunun bir hissəsidi. Bununla belə, fasilədə uşaqlara matçı 11 nəfərlə bitirməli olduğumuzu başa saldım. Mənə elə gəldi ki, “Qarabağ” bizi buna çəkirdi. Lakin futbolçularım buna imkan vermədilər”.
 
31 yaşlı çalışdırıcı qrupdan çıxmaq uğrunda mübarizənin “Çelsi”, “Atletiko” və “Roma” arasında gedəcəyini bildirib: “Qarabağ”a qarşı hörmətsizlik kimi çıxmasın, amma qrupdan növbəti mərhələyə adlamağı hədəfləyən 3 böyük komanda var. Bizim üçün uğurlu başlanğıc önəmli idi. Startda 5:0 hesablı qələbə əladı. Bu qollar qrup mərhələsinin sonunda komandanın işinə daha çox yaraya bilər”. Apasport


 
tarix: 13-09-2017 17:00


 
Xəbər lenti
17.01.2018

02:46   Çempion yenə xal itirdi - VİDEOLAR

02:16   “Sürix”lə matç öncəsi son məşq

01:12   “Fənərbaxça” 1/4 finalda, “Bursaspor”la “Trabzonspor” dayandı

00:24   Divizion təmsilçilərinin duelində 3 qol - VİDEO

16.01.2018

23:32  Mustafa Dənizli Azərbaycan klubu ilə razılığa gəldi

22:31  “Sürix”lə ikinci sınaq - VİDEO

20:36  “Qarabağ” “Kuban”la oyuna hazırdı

19:20  Rəşad Sadıqovdan uğurlu debüt

18:54  “Qarabağ” dünyanın 100 ən güclü klubu sırasında

18:33  “Kəpəz” daha 3 transferi rəsmən açıqladı - FOTO

18:11  “Çempionatın startına kimi tam hazır olmağa çalışacağıq” - VİDEO

17:50  “Neftçi” futbolçusu ilə müqaviləyə xitam verdi

17:31  “Sabah” “Binə”yə qalib gəldi

17:11  “Qəbələ” - “Sürix” matçının başlama saatı açıqlandı

16:47  Prosineçkidən Şehiç açıqlaması

16:23  Millimizdən 6 qolluq qələbə

16:00  Sergey Litovçenko “Kəpəz”i seçməsinin səbəbini açıqladı

15:45  Türkiyə klubu Mahirə olan borcunu ödəmədiyi üçün cəzalana bilər

15:17  “Kəpəz” iki legionerlə müqavilə imzaladı

14:27  Fransa millimizlə oyuna 14 futzaçı ilə hazırlaşacaq

14:07  “Neftçi” 2 dövrənin antirekordçusudu

13:54  Rəqib baş məşqçi yekun heyəti açıqladı

13:08  Stadionda faciənin qarşısı alındı - FOTO

12:19  “Azərbaycan millisinə qiymət vermək çətindi”

11:55  UEFA Superkuboku üçün 9 namizəd

11:41  “Sumqayıt” Divizionun liderinə belə qalib gəldi - VİDEO

11:20  “Zirə” - “Keşlə” matçının məkanı bəlli oldu

11:00  “eTopaz”da günün canlı oyunları

10:27  Futbolçunu vuran hakim cəzalandı, qərarı ləğv olundu

10:00  “TOPAZ”DA BU GÜN

09:36  Büdcəni aşan komitəyə “qulaqburma”

09:28  AFFA-nın yalanı: hollandlar razılıq verməyibmiş

09:24  Erməni məşqçiyə ömürlük cəza

09:12  Aleksandr İaşvili: “Razılaşmamız rəsmi xarakterli deyildi”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az