(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Kante: “Onlar bizi “Qarabağ”dan yaxşı tanıyırlar” 

Kante: “Onlar bizi “Qarabağ”dan yaxşı tanıyırlar” 

“Futbol bir oyundan ibarətdi. Keçmişdə yaşananlara ilişib qalmaq olmaz, irəliləmək lazımdı”.

Futbolinfo.az xəbər verir ki, bunu “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante deyib. Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” üzərində 6:0 hesablı qələbə qazanan “zadəganlar” həftəsonu İngiltərə Premyer Liqasının V turunda “Arsenal”la üz-üzə gələcək.
 
Yerli mətbuata açıqlamasında London derbisi barədə fikir bildirən Kante ardıcıl 4 qələbədən sonra bu seriyanı davam etdirmək əzmində olduqlarını söyləyib: “Çelsi”nin ötən mövsüm əldə etdiyi çempionluqda uğurlu seriyanın böyük rolu oldu. Premyer Liqanın ardıcıl 13 matçında qələbə qazandıq. İndi yenidən başlamışıq. Təbii ki, eyni şeyi təkrarlamağı gözləmirik. Mövsümün sonunu yox, oyun-oyun irəliləməyi düşünürük. Hazırda da bütün diqqətimiz qarşıdakı matça yönəlib. Premyer Liqanın növbəti turundakı rəqibimiz “Arsenal”dı. Qələbə qazanmaq üçün hər şeyimizi ortaya qoyacağıq. Bu rəqiblə dəfələrlə üz-üzə gəlmişik. Bu baxımdan düşünürəm ki, “Qarabağ”la müqayisədə “Arsenal” bizi daha yaxşı tanıyır, necə oynadığımızı bilir. Həmçinin biz də onların oyun tərzinə bələdik. Azarkeşlər yaxşı “döyüş” izləyəcəklər, matça tam hazır olmalıyıq. Yeganə hədəfimiz qələbə qazanmaqdı, buna görə də oyun bizim üçün çox vacibdi”.
 
Ölkəsi Fransada ötən ilin ən yaxşı futbolçusu seçilən Kante eyni zamanda İngiltərə Premyer Liqasında 2016-17 mövsümünün ən güclü oyunçusu adına layiq görülmüşdü. 26 yaşlı dayaq yarımmüdafiəçisi buna önəm vermir: “Hesab edirəm ki, ötən mövsüm həm mənim, həm də klubum üçün möhtəşəm alındı. Ancaq bu, keçmişdə qalıb. Gələcəyə diqqət ayırmaq lazımdı. Futbolda yalnız qarşıdakı oyunlar barədə düşünmək önəmlidi. Şəxsən mən özümü ilin futbolçusu hesab etmirəm. Oynadığım zaman belə şeylər məni maraqlandırmır. Meydanda olduğum zaman həmişə əlimdən gələni etməyə çalışmışam və inkişaf barədə düşünmüşəm”.
 
Qeyd edək ki, “Çelsi” – “Arsenal” oyunu sentyabrın 17-də keçiriləcək. (Apasport)


 
tarix: 14-09-2017 13:01


 
Xəbər lenti
16.01.2018

11:41   “Sumqayıt” Divizionun liderinə belə qalib gəldi - VİDEO

11:20   “Zirə” - “Keşlə” matçının məkanı bəlli oldu

11:10   Rəşad Sadıqovun milidə ilk sınağı - YENİLƏNİR

11:00   “eTopaz”da günün canlı oyunları

10:27   Futbolçunu vuran hakim cəzalandı, qərarı ləğv olundu

10:00   “TOPAZ”DA BU GÜN

09:36   Büdcəni aşan komitəyə “qulaqburma”

09:28   AFFA-nın yalanı: hollandlar razılıq verməyibmiş

09:24   Erməni məşqçiyə ömürlük cəza

09:12   Aleksandr İaşvili: “Razılaşmamız rəsmi xarakterli deyildi”

09:07   DÇ-2018-in iştirakçısı İordaniyaya uduzdu

09:00   Diplom sahibinin məsuliyyətsizliyi: AFFA Kosovonu niyə seçdi?

02:25   “Betis”dən çətin qələbə- VİDEO

02:15   MY-dən darmadağın - VİDEO

00:40   “Keşlə” kamerunlu futbolçu ilə müqavilə imzaladı - FOTO

00:35   “Kəpəz”də iki futbolçu ilə bağlı qərar verildi

00:10   Topaz Premyer Liqasında qış bazarlığı - YENİLƏNİR

00:06   Lopes rəsmən “İnter”də - FOTO

15.01.2018

23:25  “Qəbələ” tək məşqlə kifayətləndi

23:19  “Borussiya” İsveçrə millisinin üzvünü transfer etdi

22:39  Millimizin forvardı rəsmən Super Liqa klubunda

20:17  “Xəzər” sabah Antalyaya gedir – İlk rəqib də bəllidi

19:38  “Sumqayıt” liderə qalib gəldi

19:06  Valeh Seyidov ilə qolla başladı

18:55  “Bursaspor” millimizin üzvü ilə yollarını rəsmən ayırdı

17:52  Premyer Liqa klubunda yeni baş məşqçi

17:16  “Qarabağ” yenə Aqollisiz məşq etdi

16:52  Uqo Barqas: “Neftçi”dən ayrılmaq çox çətin idi”

15:58  Ozobiç “Qəbələ”dəki 3 ən gözəl və vacib qolundan danışdı - VİDEO

15:12  “Qarabağ”ın “Kuban”la yoxlama matçının vaxtı açıqlandı

14:59  Kosovo tərəfi xəbərimizi təsdiqlədi 

14:25  Milli komandada yeni baş məşqçi

14:01  Millimizə daha bir futbolçu qoşuldu

13:49  “Bursaspor” və “Kayserispor”dan təkzib: Yalandı!

13:33  “Səbail” Divizion klubuna qalib gəldi

13:15  “Kəpəz” Cənubi Koreya klubu ilə qarşılaşacaq

12:45  Riad Rəfiyevin növbəti oyunu

12:37  Hakim futbolçunu öncə vurdu, sonra meydandan qovdu - VİDEO

12:22  “Qarabağ”ın sabiq forvardı Hollandiya klubunda

12:07  Kosovo ilə matç dəqiqləşdi

11:44  Bu ölkə DÇ-2026-ya ev sahibliyi etmək istəyir

11:31  “Qarabağ” 2,5 milyon dollarlıq hücumçunu istəyir

11:28  Seqoviya “Neftçi”dən getməyə razılaşdı

11:22  Azərbaycan Premyer Liqası mövqeyini itirdi

11:15  Lisandro Lopes “İnter”də

11:00  “eTopaz”da günün canlı oyunları

10:34  Berluskoni “Milan”ın satışından pul “yeyib”?

10:00  “TOPAZ”DA BU GÜN

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az