(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Yığmamızın onuncusu

Yığmamızın onuncusu

Samir Ələkbərov Azərbaycan millisinin tarixinə seçmə oyunlarda komandaya rəhbərlik edən 10-cu baş məşqçi kimi düşəcək. 

Futbolinfo.az “Apasport”a istinadla xəbər verir ki, 47 yaşlı mütəxəssis bu gün yığmanın “sükanı arxasına” keçib.

Avropa çempionatlarında ilk seçmə oyununu 1994-cü ildə keçirən millimiz debüt etdiyi AÇ-1996-dan indiyədək 9 çalışdırıcıya güvənib. Debütü oktyabrın 6-da Almaniya ilə səfər matçında gerçəkləşəcək Ələkbərov bu siyahıda yubiley mövqedə - 10-cu olacaq.
 
Düzdü, seçmə mərhələ həyəcanı yaşamayan qısamüddətli təyinatlar da olub. Lakin rəsmi matçlar səviyyəsində 9 baş məşqçisi olan yığmamız 10-a məhz Ələkbərovla çatır.
 
Komandamızın ilk çalışdırıcısı isə Valeri Hacıyev olub. Rekordçu isə 4 seçmə mərhələdə işləmiş Bernard Lippertdi. Yaşar Vahabzadə ilə Vaqif Sadıqov hərəyə üç tsikldə çalışıb. Hacıyevlə Əsgər Abdullayev iki seçmə mərhələdə şans qazanıbsa, 4 məşqçi yalnız bir tsikldə fəaliyyət göstərib.
 
AÇ-2019-un gedişində də baş məşqçi dəyişikliyinin gerçəkləşməsi ilə 4 tsikllik ənənə pozulub. Belə ki, ardıcıl 3 dəfə Lippert, 1 dəfə isə Vahabzadə seçmə mərhələni əvvəldən sonadək postunda qalıb. Nazim Əliyev 2 oyundan ibarət AVRO-2007-də dəyişməz məşqçi olub. Bir mərhələni tam çalışan ilk məşqçi isə AVRO-2002-də bunu bacaran Əsgər Abdullayevdi.
 
1. Valeri Hacıyev (AÇ-1996, AÇ -2004)
2. Vaqif Sadıqpv (AÇ-1998, AÇ-2000, AÇ-2006)
3. Ağasəlim Mircavadov (AÇ-2000)
4. Əsgər Abdullayev (AÇ-2002, AÇ-2004)
5. Yaşar Vahabzadə (AÇ-2004, AÇ-2017, AÇ-2019)
6. Təbriz Həsənov (AÇ-2006)
7. Nazim Əliyev (AÇ-2007)
8. Şakir Qəribov (AÇ-2009)
9. Bernard Lippert (AÇ-2009, AÇ-2011, AÇ-2013, AÇ-2015)
10. Samir Ələkbərov (AÇ-2019)


 
tarix: 14-09-2017 14:26


 
Xəbər lenti
17.08.2018

01:45   Avroliqada gecənin bütün nəticələri

01:00   “Qarabağ”ın Avroliqadakı rəqibi bəlli oldu

16.08.2018

22:05  3 itki, bir məşqlə davam

21:27  Uruqvay yığmasının üzvü “Milan”da

20:45  Açılış turunun 2 oyunu təxirə salındı - A Seriyasında

20:14  Elxan Əsədov məqsədinə doğru daha bir addım atdı

19:22  Türkiyə klublarından şok qərar

17:50  “Neftçi” ilə “Qəbələ”nin 46-cı dueli

17:30  “Barselona”nın futbolçusu İtaliya klubunda

17:00  “Fənərbaxça”dan İtaliya klubuna

16:35  “Şalke”nin futbolçusu PSJ-də - RƏSMİ

15:49  Eto’O rəsmən Qətər klubunda

15:14  Kosta rikalı futbolçu Super Liqada

14:50  İsveç millisinin üzvü A Seriyasında

14:32  “Real” - “Atletiko” matçında 6 qol - VİDEO

14:25  Ramil Şeydayev "Krılya Sovetov"da qol vurdu

14:20  Ospina "Napoli"yə keçdi

14:01  Nağıyevin təsdiqi, Rəfiyevin axtarışı

13:19  Reytinq: Millimiz yerində saydı

12:01  Birinci Divizionda yeni mövsümün TƏQVİMİ

11:42  “Neftçi” Super Liqada ilk qələbəsini qazandı

11:23  Super Liqa klubundan A Seriyasına

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  “Çelsi”nin futbolçusu milli karyerasını başa vurdu

10:21  “Sportinq”dən Super Liqa klubuna

10:00  “TOPAZ”DA BU GÜN

09:30  “Mançester Siti”də şok itki

01:45  UEFA Super Kubokunu “Atletiko” qazandı

00:45  Bordin Genuya faciəsinə biganə qalmadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az