(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

"Şura höküməti"nin ayağı meydana dəydisə…

"Şura höküməti"nin ayağı meydana dəydisə…

Tahir Süleymanov email:

"Qarabağ" Çempionlar Liqasının ilk qrup oyununa çıxdı. Nəticədən asılı olmayaraq, Azərbaycan futbolu adına tarixi bir gün idi...

Görüşdən öncə fikirlərimi bölüşmüşdüm. "Qarabağ"ı qalib kimi təqdim edib qısaca real durumu bildirmişdim.

Yanlış ictimai fikir formalaşmışdı. Daha doğrusu, formalaşdırılmışdı. "Qarabağ"ın tarixi qrupa vəsiqəni təmin etdikdən sonra qrupdan çıxmaq şansları müzakirə olunur, mövcud vəziyyətdən uzaq "təhlil"lər aparılır, azarkeşlər ümidləndirilir, Londonda qələbədən danışılır, heç-heçə minimum nəticə hesab olunurdu. Sanki qarşıda dünya nəhəngi "Çelsi" deyil, "Çernomorets" idi...

Dəfələrlə bildirmişəm, böyük futbol elmdir, eyforiyaya qapılmamalıdır. Azarkeş hər zaman qələbə istəyir. Başadüşüləndi. Təəssüf ki, ictimaiyyətdə yanlış fikirlər formalaşdıranlar arasında üzün illərdi futbolda olanlar da var. Bizlərin vəzifəsi bu deyil. İnsanları vaxtında maarifləndirmək, real durumu izah etmək, doğru təhlilləri xalqa çatdırmaqdı. Azarkeşlərin Azərbaycan futbolundan, stadionlardan uzaq düşməməsi üçün mütləq bu yol seçilməlidir.

Onsuz da futbolumuzda olan bərbad durum çoxlarına bəllidi. Təkrarçılığa yol verib sadalamağa ehtiyac da yoxdu. İllərdi bu mövzuda yazılar yazılır, danışılır. Futbolun açınacaqlı vəziyyətdə olmasına baxmayaraq, "Qarabağ"ın tarixi uğuruna layiqli qiymət verməklə yanaşı elə etməliyik ki, möhtəşəm nailiyyət ictimaiyyətin "eyfo"laşdırılması nəticəsində bumeranq rolunu oynamasın.

Eyforiyaya qapanmaq məşqçi, futbolçulara da psixoloji baxımdan çox mənfi təsir edir. İctimai rəy çox böyük önəm daşıyır. Klub rəhbərliyi, məşqçilər, futbolçular da ictimaiyyətin bir parçasıdı. Oxuyurlar, təsir altına düşürlər, hətta uğursuzluğu göz önünə gətirib buna uyğun addım atmağa məcbur olurlar. 

Böyükhesablı məğlubiyyət alındı...

"Şura höküməti" nümayəndələrinin ayağı yaşıl meydana dəydisə, başqa nəticə də gözlənilmirdi. Dağıtdıqları klubların ölmüş ruhunu Londona aparmışdılar.

Obyektiv, subyektiv səbəblər təhlil olunmalıdır.

İndi nə baş verir? Ağır məğlubiyyətdən sonra "geri dönüş", futbolun obyektiv durumu ortaya qoyulur, səbəblər göstərilir, bundan artığının olmayacağı ictimaiyyətə çatdırılır. Bir ay öncə durum fərqli idi? İctimaiyyətə psixoloji dopinq verib göylərə qaldıraraq bir günün içində yerə enməyin nə mənası var?! Bu fikirlər vaxtında deyilə bilməzdimi?! Yanlış fikirlər o qədər çoxalıb ki, zamanında deyilən ağıllı söz, təhlillər çoxluq tərəfindən qəbul olunmaq istənilmirdi. İctimaiyyət, azarkeşlər günahkar deyil. Günahkar "futbol biliciləri"nin xalqa verdiyi yanlış "dopinq"idi...

Oyundan öncə deyilənlərlə indi səsləndirilənlər arasında Ərəbistanın 50 dərəcə istisi ilə Antarktidanının 60 dərəcə şaxtasına qədər böyük fərq, uçurum var. Belə ürək döyüntüsü, yanaşma ola bilməz. "Qarabağ" Azərbaycan futbolu üçün tarix yazıb artıq. Ağır məğlubiyyətdən sonra onların ifrat dərəcədə müdafiə olunmasına elə bir ehtiyac yoxdur.

Qurban Qurbanovun oyundan sonra "səhvlərimiz üzərində çalışmalıyıq" açıqlamasından sonra məğlubiyyəti millətin ruhuna yeritməyin yeri yoxdu. Azərbaycan futbolu nə qədər acınacaqlı durumda olsa da, "Qarabağ" qarşısında "Çelsi"nin olmasından asılı olmayaraq, 0:6-lıq komanda deyil.

Bayağı təriflərin "Qarabağ"a faydası olmaz.

Futbolda dərin, uyğun təhlillərlə komandaya dəstək olmalıyıq. Yeni legionerlərin kluba transferindən çox danışıldı. Dərk etməliyik, Azərbaycana gələn futbolçuların heç biri "Çelsi", "Atletiko, "Roma"nın nəinki 18-yə, 25-yə, heç transfer siyahısına yaxın düşə bilməzlər.

Legioner adı o demək deyil ki, onlarla oynanılsa, rəqiblər darmadağın ediləcək. Kluba olan ictimai təzyiq, Azərbaycan səviyyəsində legionerlərə ödənilən pullar onların start heyətində olmasını şərtləndirir.

Bədnam düşmənlərimizin futbolçusunun böyük klubda çıxış etməsi gündəmi zəbt edib, nümunə göstərilir. Yüz faiz əminəm, ictimaiyyətin doğru olmayan yanaşması nəticəsində Mahir Mədətov start heyətində olmadı. Məğlubiyyət öncədən bilindiyi halda legionerlərin Mahirin əvəzinə meydana buraxılmasının nə əhəmiyyəti var idi, Azərbaycan futboluna nə xeyri dəydi?!

Klub səviyyəsində böyük təcrübəsi olan şəxs kimi birmənalı bildirirəm, doğru təhlillərlə Qurban Qurbanov bu baxımdan lazımı dəstək görsəydi, fərqli addım ata bilərdi. Onu çox gözəl başa düşürəm. Mahiri start heyətinə salıb ağır məğlubiyyət fonunda klub rəhbərliyi, futbol ictimaiyyətinin qınağından qurtara bilməyəcəkdi. “Legionerləri almısan, niyə oynatmırsan” düşüncəsilə. Sanki gətirilən legionerləri görüb rəqibin sayseçmə futbolçularının dizləri əsəcəkdi. Mahirin oynaması nə demək idi? Yenə də məğlubiyyət qaçılmaz olacaqdı. Bununla yanaşı gənc futbolçumuz 90 dəqiqə meydanda olaraq fərdi keyfiyyətlərini nümayiş etdirə, Avropa klublarının diqqətini cəlb edə bilərdi. Qrupa qədərki oyunu, baş məşqçinin dəstəyilə bunu haqq etmişdi. Oynadığı dəqiqələrdə də qeyd etdiklərimi qismən sübuta yetirdi.

Çempionlar Liqası eyni zamanda futbolçuların yarmarkasıdır. "Qarabağ" bu səviyyəyə gəlib çatıbsa, hədəflər qrupdan çıxmaq deyil, heyətdə olan istedadlı 1-2 futbolçumuzun adlı-sanlı klublara transfer olunmaq şansını artırır. Belə olarsa, Azərbaycan futbolu adına daha bir möhtəşəm uğur olar, "Qarabağ" isə büdcəsinə milyonlar qazandıra bilər. Ehtiyatda oturmaqla Mahir və digərlərinin potensialını "Mançester Yunayted" görə bilməz. "Çelsi" kimi klublarla görüşlərdə bacarıq göstərilirsə, deməli, nəhəng klublarda oynamaq şansları çoxalır.

İndiki məqamda "Qarabağ"a dəstək bu cür olmalıdır. Qurban Qurbanov bilməlidir ki, bu addımları atsa, qınaq obyektinə çevrilməyəcək.

Bilirəm, ağır yazılar çox da diqqəti cəlb etmir. Nizami, Nəsimi, Sabirlərdən çox başqa "şair"lər gündəmdədi. Müzakirə olunur, xalqın ruhu əlindən alınır. Elə futbolda da yazıçı, aktyor, marketoloq dönəmidi. Üzdən yanaşma, yüngül mövzular ictimaiyyətdə daha çox diqqəti cəlb edir. 
Bunun davam etməməsi üçün dərin təhlillərə, hər sahədə işini bilən insanlara önəm verilməli, onların fikirləri aparıcı qüvvə rolunu oynamalıdır. Əks halda, digər klubları, layiqli mütəxəssisləri, uğurları itirdiyimiz kimi "Qarabağ"ı, Qurban Qurbanovu da futbolda itirə bilərik.

Qarşıdakı 5 oyunda uğurlar, "Qarabağ"!


 
tarix: 14-09-2017 20:11


 
Xəbər lenti
22.10.2017

09:57   Samir oynadı, “Fakel” yenə uduzdu

09:48   "Neftçi" rəhbərliyini əsəbləşdirən 90 faiz

09:36   Əsgərov Latviyada yenə dubla imza atdı

09:30   Təbrikə it də gəldi

09:23   Məhv edilmiş sabah: Təbriz Həsənov qəbirqazan rolunda

09:17   "Kəpəz" rəhbərliyi üçün "yadasaldı pankartı"

09:12   "Kəpəz" yenə Gəncədə oynamayacaq

08:57   Xaqani Məmmədov təhqir edildi, Tahir Süleymanov yada düşdü

01:35   "Monako"dan 2 qolla 3 xal - VİDEO

01:06   “Barselona”dan qələbə, "Valensiya"dan darmadağın - VİDEOLAR

00:58   “İnter”lə “Napoli”dən qolsuz heç-heçə - VİDEOLAR

00:40   Debütantlardan inamlı qələbə

00:20   “Bavariya” qalib gəldi, “Borussiya” yenə xal itirdi - VİDEOLAR

21.10.2017

23:51  Araz Abdullayev oynadı, "Anortosis" qalib gəldi

23:44  "Trabzonspor" yenə uduzdu

23:32  Pillələri sayan "Neftçi", zirzəmidə "möhkəmlənən" "Kəpəz"

23:05  MY uduzdu, MS 3 qolla qalib gəldi - VİDEOLAR

22:43  Vurğunla Amildən “Zirə” üzərindəki qələbəyə şərh - VİDEO 

22:22  Millimizin üzvü oynadı, komandası xal itirdi

21:50  “Qarabağ”dan möhtəşəm qələbə və liderlik

21:23  Rauf Əliyevdən daha bir qol, “Kukesi”dən növbəti qələbə

21:03  "Qarabağ" fanatlarını təhqir etməyim üçün dəli olmağım lazımdı”

20:16  Samir Abasov: “Bu qatardan geri qalsaq, çətinlik çəkəcəyik”

20:10  “Zirə”ni də məğlub edən tapıldı - FOTOLAR

19:46  “Sumqayıt” “Zirə”yə belə qalib gəldi - VİDEO

19:19  Turun son matçında heç-heçə - VİDEO

19:09  “İnter” “Səbail”ə məğlub oldu

18:55  “Zirə”dən ilk məğlubiyyət, “Neftçi”dən ardıcıl 3-cü qələbə!

18:36  “Neftçi”dən növbəti qələbə - FOTOLAR

18:25  “Qarabağ”ın rəqibi 3 xalı 4 qolla qazandı - VİDEO

18:16  Emin Mahmudov: “Seçimimdə yanılmamışam”

17:55  Şahin Diniyev: “Bizim də küçəmizdə bayram olacaq”

17:45  Tərlan Əhmədov: “Neftçi”də qruplaşma hələ tam aradan götürülməyib”

17:42  Məhv edilmiş sabah: 330 minlə 120 minin fərqi

17:32  “Kəpəz” yeni qazondakı ilk matçında “Neftçi”yə uduzdu - VİDEO

17:20  Birinci Divizionda 3-cü tur heç-heçə ilə yekunlaşdı

17:07  Nəsirovlu “Sportinq” 4 qola üzüldü

16:25  İmişlidə 6 qolluq duel - VİDEO

15:21  “Zaqatala” “Binə”yə də məğlub oldu - VİDEO

15:17  UEFA “Kəpəz” – “Neftçi” görüşünə görə dəyişiklik etdi

15:06  Donald Gerrye: “Atletiko”ya qarşı qızım üçün oynadım”

15:00  "Neftçi" rəhbərliyi azarkeşlər arasında

14:55  “eTopaz”da günün canlı oyunları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az