(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Fariz Nəcəfov: “Kim günahkardısa, ciddi şəkildə cəzalanacaq”

Fariz Nəcəfov: “Kim günahkardısa, ciddi şəkildə cəzalanacaq”

"Qəbələ" Topaz Premyer Liqasının 6-cı turunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldi. 

Futbolinfo.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb. O, öncə komandanın iki üzvü - Stiven Jozef Monroz və Ruslan Qurbanov arasında baş verən qalmaqala münasibət bildirib:

- Bu, xoşagəlməz haldı. Mən şəxsən bunu qəbul edə bilmirəm. Komanda yoldaşları belə kobud rəftar edə bilməzlər. Araşdırılacaq və kim günhkardısa, ciddi şəkildə cəzalanacaq. Başqa cür mümkün də deyil. Bu, baş məşqçi və futbolçu arasında olan məsələ deyil. Birbaşa klubun imicidi.

- Oyun baxımından sizi narazı salan daha çox nədi?
- Bu məşqçiyə aid olan məslələrdi. Ancaq mənim istədiyim kimi top saxlamırıq. Bu gün çox imkan əldə etdik, amma 2 dəfə fərqləndik, müdafiədə çox səhv etdik. Məşqçimiz səhvləri bilir. Mən bir şeyi növbəti dəfə vurğulamaq istəyirəm: çempionatda limit dəyişdirilməlidi. Yerli oyunçu baxımından əziyyət çəkirik. Nəticə qazana bilmirik deyə demirəm. Məsələyə ümumi baxıram. Çempionatda "Qarabağ"dan başqa hamı bu problemlə üzləşir. Yəqin ki, “Qarabağ" bu məslədə daha yaxşı iş görüb. Bunu etiraf etmək lazımdı. Biz də etmək istəyirik, ancaq alınmır. Yerli futbolçu demək olar ki, yoxdu.

- Ramin Musayevlə matçı birgə izlədiniz. Onunla bu məsələdə danışdınız?
- O, fikirlərimlə tam razıdı. Özündən də soruşa bilərsiniz. Bu məsələni qaldırmaq lazımdı ki, növbəti mövsüm bunu azaldaq. Demirik ki, birdəfəlik limit ləğv olunsun. Start heyətdə 5 deyil, 3 azərbaycanlı olsun. Ancaq süni inkişafla uğur olmaz. Limit üçə endirilsə, futbolçular arasında da rəqabət yüksək olacaq.

- Komandada maliyyə durumunun zəiflədiyi və maaşların verilmədiyi xəbərləri dolaşır...
- Siz bunu hardan eşitmisiz? Bu, normal haldı. Bir az gecikmə oldu. Artıq məvaciblər verilib. Hər şey qaydasındadı. Komandada ab-hava yaxşıdı.


 
tarix: 25-09-2017 00:16


 
Xəbər lenti
17.01.2018

03:00   “Lester”lə “Vest Hem” də növbəti mərhələyə vəsiqə qazandı

02:46   Çempion yenə xal itirdi - VİDEOLAR

02:16   “Sürix”lə matç öncəsi son məşq

01:12   “Fənərbaxça” 1/4 finalda, “Bursaspor”la “Trabzonspor” dayandı

00:24   Divizion təmsilçilərinin duelində 3 qol - VİDEO

16.01.2018

23:32  Mustafa Dənizli Azərbaycan klubu ilə razılığa gəldi

22:31  “Sürix”lə ikinci sınaq - VİDEO

20:36  “Qarabağ” “Kuban”la oyuna hazırdı

19:20  Rəşad Sadıqovdan uğurlu debüt

18:54  “Qarabağ” dünyanın 100 ən güclü klubu sırasında

18:33  “Kəpəz” daha 3 transferi rəsmən açıqladı - FOTO

18:11  “Çempionatın startına kimi tam hazır olmağa çalışacağıq” - VİDEO

17:50  “Neftçi” futbolçusu ilə müqaviləyə xitam verdi

17:31  “Sabah” “Binə”yə qalib gəldi

17:11  “Qəbələ” - “Sürix” matçının başlama saatı açıqlandı

16:47  Prosineçkidən Şehiç açıqlaması

16:23  Millimizdən 6 qolluq qələbə

16:00  Sergey Litovçenko “Kəpəz”i seçməsinin səbəbini açıqladı

15:45  Türkiyə klubu Mahirə olan borcunu ödəmədiyi üçün cəzalana bilər

15:17  “Kəpəz” iki legionerlə müqavilə imzaladı

14:27  Fransa millimizlə oyuna 14 futzaçı ilə hazırlaşacaq

14:07  “Neftçi” 2 dövrənin antirekordçusudu

13:54  Rəqib baş məşqçi yekun heyəti açıqladı

13:08  Stadionda faciənin qarşısı alındı - FOTO

12:19  “Azərbaycan millisinə qiymət vermək çətindi”

11:55  UEFA Superkuboku üçün 9 namizəd

11:41  “Sumqayıt” Divizionun liderinə belə qalib gəldi - VİDEO

11:20  “Zirə” - “Keşlə” matçının məkanı bəlli oldu

11:00  “eTopaz”da günün canlı oyunları

10:27  Futbolçunu vuran hakim cəzalandı, qərarı ləğv olundu

10:00  “TOPAZ”DA BU GÜN

09:36  Büdcəni aşan komitəyə “qulaqburma”

09:28  AFFA-nın yalanı: hollandlar razılıq verməyibmiş

09:24  Erməni məşqçiyə ömürlük cəza

09:12  Aleksandr İaşvili: “Razılaşmamız rəsmi xarakterli deyildi”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az