(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Biabırçılıq: Avroliqanın finalı üçün pul ödəyəcəyik

Biabırçılıq: Avroliqanın finalı üçün pul ödəyəcəyik

Sentyabrın 20-də UEFA-nın XIII Növbədənkənar Konqresi, ardınca isə İcraiyyə Komitəsinin yığıncağı baş tutdu. Tədbir Azərbaycan futbolyu üçün önəmli hadisəylə yadda qaldı.
 
UEFA-ya üzv olan 55 milli assosiasiyanın nümayəndələrinin də iştirak etdiyi Konqres Cenevrənin “Prezident Vilson” otelində baş tutdu. Lakin Azərbaycan üçün daha önəmli qərar İK-nın Nyondakı Avropa Futbol Evində təşkil olunan toplantısında verildi. Bir sıra vacib məsələləri müzakirə edən komitə üzvləri 2019-cu ildə keçiriləcək Çempionlar Liqası, Avropa Liqası və UEFA Super Kubokunun final oyunlarına ev sahibliyi edəcək stadionların adına aydınlıq gətirdi.
 
Finala iddiaçılar arasında ilk dəfə Azərbaycan da var idi. Bakı Olimpiya Stadionu həm Çempionlar Liqası, həm də Avropa Liqasının 2018/19 mövsümünün həlledici görüşünə namizəd idi. Qitənin ən nüfuzlu klub turnirində bu matça iki iddiaçı vardı ki, Bakının da yeganə rəqibi Madridin “Vanda Metropolitano” stadionu idi. Avroliqada isə Bakı Olimpiya Stadionunun iki rəqibi vardı. Burada da onlardan biri İspaniyanı təmsil edirdi. Sevilyanın “Ramon Sançes Pisxuan” stadionu, həmçinin İstanbulun “Vodafon Park” arenası ikinci dərəcəli turnirə iddiaçı idi.
 
Sonda UEFA Super Kuboku İstanbuldakı “Vodafon Park Arena”ya, ÇL-in həlledici matçı Madridin “Vanda Metropolitano” stadionuna qismət oldu. 2019-cu ildəki Avropa Liqasının finalına isə Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək. Amma...
 
...Amma indi bəlli olur ki, AFFA bu finalı əldə etmək üçüm böyük qurbanlara razılaşıb. Qitə ölkələri belə oyunları qəbul etməklə həm də maddi qazancı düşünürsə, bizimkilər əksinə, xərcə düşəcək.
 
UEFA-nın bu haqda rəsmi hesabatında ölkəmizin qonaqlar üçün xərcə düşəcəyi aşkar yazılıb. Belə ki, Bakıda ötel qiymətləri həddindən artıq baha olduğu üçün UEFA finalı Bakıya vermək istəmirmiş. Avropalı qonaqların xərclərinin digər ölkələrlə müqayisədə 3-4 dəfə baha olacağı ehtimalı, insanların rahatlığını düşünən qitə futbol qurumunu tərəddüddə saxlayıb. Belədə AFFA bu xərclərin də böyük hissəsini qarşılamağı öhdəsinə götürüb.
 
Beləliklə, avropalılar yenə gəlib futbol oynayacaq, istirahət edəcək, biz isə pul ödəyəcəyik. Qazanmamaq bir yana, hələ onların rahatlığı üçün boğazımızdan da kəsəcəyik.
 
İndi nəyə görə Premyer Liqada cəmi 8, divizionda 10 komandanın oynayacağı sizə bəlli oldu? Futbolumuzu idarə edənlərə inkişaf yox, yalançı görüntü, reklam lazımdı...
 
AĞA

 
tarix: 25-09-2017 12:26


 
Xəbər lenti
25.02.2018

16:00   “Keşlə” “Sumqayıt”a cavab verdi - YENİLƏNİR

15:04   “İnter Arena”da 1 dəqiqəlik sükut

14:49   Müəllimləri istismar edən icra başçısının öz qohumları haradadı?

12:54   Aqibəti Antalyada müəyyənləşən “Neftçi”

11:33   “Duysburq” Eratsız qalib gəldi

11:09   “eTopaz”da günün canlı oyunları

10:50   Millimizin sabiq üzvü üçün 90 dəqiqə

10:26   Nəsirovsuz “Sportinq” yenə xal itirdi

10:00   “TOPAZ”DA BU GÜN

09:24   Pavel Paşayev üçün 90 dəqiqə və 3 xal

03:30   “Səbail”dən “Qəbələ”yə ağır zərbə - FOTOLAR

02:29   Çempion 3 qol vurub, 1 xal qazandı - VİDEO

02:08   “İnter”dən inamlı qələbə - VİDEOLAR

01:53   “Barselona” 6, “Real” 4 qolla qalib gəldi - VİDEOLAR

01:27   “Liverpul”dan darmadağın - VİDEOLAR

00:59   “Bavariya” xal itirdi - VİDEOLAR

00:17   “Trabzonspor”dan səfər qələbəsi

24.02.2018

23:50  Dmitri Nazarov üçün 79 dəqiqə və 3 xal

22:25  “Neftçi”nin “Zirə” ilə heç-heçəsi - FOTOLAR

22:18  Bombardirlərin yarışında fərq azaldı

21:36  “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”

21:26  Tərlan Əhmədov: “Gələcəyə ümid var”

20:45  Paytaxt derbisində hərəyə 1 qol, 1 xal - VİDEO

19:58  “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi

18:59  “Səbail” “Qəbələ”ni belə məğlub etdi - VİDEO

18:41  “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə

18:32  Samir Əliyev: “Qəbələ”yə qarşı 5 oyun sərgiləsək, hamısını uduzarıq”

18:19  Roman Qriqorçuk: “Bunu gözləmirdim”

17:18  “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə

16:16  “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü

14:49  AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi

13:03  “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu

12:16  “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”

11:40  Xidməti müqavilələr, şəxsiyyət vəsiqəsi olmadan alınan xarici pasportlar…

11:04  “eTopaz”da günün canlı oyunları

10:07  3,6 milyonu yeyən adamın yalanları

09:47  “TOPAZ”DA BU GÜN

09:34  Hollandiyada Azərbaycan derbisi qolsuz bitdi

02:04  Autsayderlərin duelində heç-heçə - VİDEO

01:56  Qolsuz başlanğıc - VİDEO

01:49  “Maynts”la “Volfsburq”dan heç-heçə - VİDEO

00:52  Təbriz klubu darmadağına üzüldü

00:01  Anatoli Banişevskinin xatirəsi belə yad olundu - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az